Hər yerdə töksə qanım ol şuxi-sərvqamət

Hər yerdə töksə qanım ol şuxi-sərvqamət,Qan cuş edər o yerdən ta daməni-qiyamət.

Seyid Əzim Şirvani1 dəq
Qasid məni bəhanə qılıb getdi kuyüvə

Qasid məni bəhanə qılıb getdi kuyüvə,Ol kudə bu bəhanə ilə mənzil eylədi.

Seyid Əzim Şirvani1 dəq
Bundan bil iştiyaqımı kim, bunca rəşk ilə

Bundan bil iştiyaqımı kim, bunca rəşk iləBir qeyri qasid eyləyirəm ərzi-hal üçün.

Seyid Əzim Şirvani1 dəq
Çıxarmı xatirimdən buseyi-ləli-ləbi-canan

Çıxarmı xatirimdən buseyi-ləli-ləbi-canan,Nəmək həqqin fəramuş eyləyənlər kamyab olmaz.

Seyid Əzim Şirvani1 dəq
Qamətü qaşından olmuş əzbərim nun-əlqələm

Qamətü qaşından olmuş əzbərim nun-əlqələm,Məktəbi-eşq içrə mən tifli-səbəqxanın sənin.

Seyid Əzim Şirvani1 dəq
Səni hüsn ilə binəzir görüb

Səni hüsn ilə binəzir görüb,“Vəhdə hu la şərikə-la” dedilər.

Seyid Əzim Şirvani1 dəq
O məh yanında bir gün qisseyi-tufanı kəşf etdim

O məh yanında bir gün qisseyi-tufanı kəşf etdimKi, şayəd vaqif olsun əşki-çeşmim macərasından.

Seyid Əzim Şirvani1 dəq
…Dilərdi tüstüdən olmaq kənarə

…Dilərdi tüstüdən olmaq kənarə,Bətər ondan bu iş kim, düşdü narə.

Seyid Əzim Şirvani1 dəq
Abbasını rədd edən sipahi

Abbasını rədd edən sipahi,Yox eybi, çıxartsın altı şahi

Seyid Əzim Şirvani1 dəq
Alimin kuşüvə al göftarın

Alimin kuşüvə al göftarın,Sorma xasiyyət ilə ətvarın.

Seyid Əzim Şirvani1 dəq
Bu səffədə piri tulla gürgə

Bu səffədə piri tulla gürgə,Damə atılır kühən süpürgə.

Seyid Əzim Şirvani1 dəq
Eşidib ölməgüvi şəhrdən öldüm, getdim

Eşidib ölməgüvi şəhrdən öldüm, getdim,Eylə, ey mah, məni tərki-səfərdən ehya.

Seyid Əzim Şirvani1 dəq
Yad ol günlər ki, bavər eyləməzdim, ey könül

Yad ol günlər ki, bavər eyləməzdim, ey könül,Gər şikayət eyləsəydi kimsə hicri-yardən.

Seyid Əzim Şirvani1 dəq
Eşitdim ta qiyamət qamətindən bir əlamətdir

Eşitdim ta qiyamət qamətindən bir əlamətdir,Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir.

Seyid Əzim Şirvani1 dəq
Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab

Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab,Gər bu məzlumə o şuxi-səngdil qatil degil?

Seyid Əzim Şirvani1 dəq
Hər zaman derlər ki, qıl bir tazə dilbər arizu

Hər zaman derlər ki, qıl bir tazə dilbər arizu,Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm.

Seyid Əzim Şirvani1 dəq
Qeyrlər meyl etməgindən yarə bihal olmuşam

Qeyrlər meyl etməgindən yarə bihal olmuşam,Bəs nolur halım mənim ol meyli-əğyar eyləsə.

Seyid Əzim Şirvani1 dəq
Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsan

Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsan,Əgər can çıxmasaydı cismdən, derdim ki, canımsan.

Seyid Əzim Şirvani1 dəq
Fariqimdən degiləm şad, vəli əğyarın

Fariqimdən degiləm şad, vəli əğyarınBağrı qan olmaq üçün gül təki xəndan oluram.

Seyid Əzim Şirvani1 dəq
Ölmə eşəgim, sabah olur yaz

Ölmə eşəgim, sabah olur yaz,Yonca bitibən işin olur saz.

Seyid Əzim Şirvani1 dəq
Bir yaxşı üçün yaman sevərlər

Bir yaxşı üçün yaman sevərlər,Gül xatirinə tikan sevərlər.

Seyid Əzim Şirvani1 dəq
Ləbbəstədir əhli-hal ağzı

Ləbbəstədir əhli-hal ağzı,El ağzı, demək, çuval ağzı.

Seyid Əzim Şirvani1 dəq
Yağmurdən eyləyən fərarı

Yağmurdən eyləyən fərarı,Axır doluya düşər güzarı.

Seyid Əzim Şirvani1 dəq
Yat rahətilə, tut öz sayağın

Yat rahətilə, tut öz sayağın,Yorqanuva düz uzat ayağın.

Seyid Əzim Şirvani1 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.