12 noyabr 1857-ci il, Tiflis

Mənim bu il 23 sentyabrda verdiyim yazılı məruzədən sizin zatialilərinizə məlumdur ki, bir çox səbəblərə görə mən müsəlman əlifbasını dəyişmək qərarına gəlib, yeni bir əlifba tərtib edərək, İran hökumətinə göndərmək üçün rəislərimin hüzuruna təqdim etmişəm.

Artıq bu əlifba İrana göndərilmək üçün İran konsuluna verilmişdir. Eyni zamanda mən hər gün bu təşəbbüsüm barədə Tiflisdə savadlı adamlar və ruhanilər tərəfindən təqdiredici məktublar aldığımdan daha da ruhlanaraq, öz ideyamın düzgün olması haqqında daha möhkəm qənaətə gəlmişəm. Ona görə də özümün yeni əlifba layihəmdən başqa bir nüsxəni, onun haqqında məruzə ilə bərabər həzrəti-əşrəfinizə təqdim edib, acizanə xahiş edirəm ki, Qafqaz canişini zati-alilərinin icazəsi ilə onu müzakirə etmək üçün Türkiyə divanına vermək məqsədi ilə Rusiyanın Konstantinopoldakı səlahiyyətli nazirinə göndərin. Əgər Türkiyə hökuməti mənim əlifbamdan istifadə etmək barədə razılıq verərsə, xahiş edirəm ki, İran hökumətindən rica etdiyim mükafatı mənə və ya mənim varislərimə versinlər. Yəni mənim əlifbam 15 il müddətində hər bir mətbəədə çap edildiyi təqdirdə ondan gələn gəlirin beşdə bir hissəsi mənə çatsın.

Əlbəttə, həzrəti-əşrəfiniz düşündüyü kimi, bu əlifbanı rəsmi sənədlərlə təqdim etmək məqsədəuyğun deyildir. Ona görə də yaxşı olar ki, onu rəsmi sənəd olmadan, xüsusi məktub kimi təqdim edəsiniz. Bununla bərabər, mənə çatacaq mükafatın verilməsi barədə Türkiyə Divanına yazmış olduğum ərizənin tərcüməsini də təqdim edib xahiş edirəm ki, Rusiyanın səlahiyyətli nazirliyinə göstəriş verəsiniz ki, göndərilən kitabça təqdim edildikdə mənim ərizəm də ona əlavə edilsin.

Kapitan Mirzə Fətəli Axundzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti

Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.

16 dəq
Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi

Yer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.

13 dəq
Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti

Yüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.

18 dəq
Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun!

Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin.*Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam.

6 dəq

Başqa şairlərin şeirləri