Mənim fərqim varmı heç?
Bir tərəfdə sel kimi od axıdan buruqlar,Bir tərəfdə çadırda donan körpə çocuqlar.Yurdumuzun atəşi isidir əcnəbiniİsidə bilmir ancaq Zübeydəni, Nəbini.
Yağan qarı qasırğa burmalayır bu gecəSobam yanır otaqda gürhagurla, gör, necə.Yatağıma girmişəm, uyumaq istəyirəmYerimdə şirin-şirin.Çatmır mənə naləsi çadırlarda üşüyənGünahsız körpələrin.Amma rahat buraxmır bir qəribə sirr məni:Döşəyimin istisi bəs niyə sancmır məni?Yatıram şirin-şirin.Mən ki bilirəm indi çadır körpələrininSoyuqdan əsdiyini.Özümdən də böyükdür öz-özümə heyrətim:Varsa Vətən namusum, varsa millət qeyrətimNecə yata bilirəm öz isti yatağımda?Yatır nəvələrim də solumda və sağımda.Sordum özüm özümdən:-Görəsən, doğurdanmı bu yurdun oğluyam mən?Bilmirəm kim utansın indi mənim yerimə?Qıyardımmı bu zülmü mən öz nəvələrimə?Nəvələrim deyilmi bəs bu qış gecəsindəDamsız qalan körpələr?Hələ ucalmalıykən bu alçalan körpələr?Bunu bilən vətəndaş öz isti yatağındaRahatca yatarmı heç?Yurdunun atəşinə qızınan əcnəbidənMənim fərqim varmı heç?
Yanvar, 1998
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-menim-ferqim-varmi-hec
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bütün ömrüm boyu anlar kimiQəzetdən, kitabdan mən şirə çəkdim.
Sevincin zirvəsi, dərdin zirvəsiKöhnə dostum M.Sadıq müəllimə*Qarışıb dünyanın yaxşı-yamanı,
Unutqanlıq"Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl... hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış... Bu sadədilliyimiz səbəbilə cümləmiz qonşu ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib* *rahat və arxayın olmağı vəz və bəyan edirdik və bu surətlə millətimizin gözünü bağlayıb...uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq".*Ömər Faiq Nemanzadə, 1906-cı il*
Qürub düşüncələriVaxtı vaxtın özündən borc almaq istəyərdim.İstəyərdim, bir anda bir saatlıq iş görüm.
Başqa şairlərin şeirləri · Vətən
Sitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.
Duşizeyi-hürriyyətəDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti.
Vətən dedimXəfif yeldən titrəyənyarpağına Vətən dedim.
KimdədiNə ucadı, nə alçaqdı,bu məqamlar kimdədi,Gözəl işlər, gözəl peşə, böyük namlar kimdədi.