İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Səhifə 26 / 26 · 96%
– Yox, içəri girmək olmaz, İlyas müəllim,– deyir.
İlyas Əfəndiyev təəccüblə:
– Niyə?– soruşur.
Mərahim deyir:
– İlyas müəllim, qotur tutmuşam, bütün günü qaşınıram. Gecə də vannada yatmışam ki, evdəkilərə keçməsin...
İlyas Əfəndiyev tələsik:
– Onda, get, get yerinə, – deyir. – Get!.. Sonra danışarıq...
Redaktə yox, korrektə!
İlyas Əfəndiyev ərəb əlifbası ilə yalnız ibtidai siniflərdə təhsil almışdı, amma sonradan əlifbamız iki dəfə (kirildən latına keçməyimizi də saysaq, üç dəfə!) dəyişsə də, İlyas Əfəndiyev ömrünün sonuna kimi bütün əsərlərini ərəb qrafikası ilə yazdı və onun xəttini Yazıçılar İttifaqının makinaçısı, yazıçıların çox hörmət bəslədiyi, rəhmətlik Sona xanım Sadıqovadan başqa heç bir makinaçı oxuya bilmirdi. Əlli ildən artıq idi ki, İlyas Əfəndiyevin əlyazmalarını (bütün romanlarını, pyeslərini, hekayələrini!) Sona xanım makinada çap edirdi.
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Sona xanım artıq yaşlaşmışdı, tez-tez xəstələnirdi, İlyas Əfəndiyev də məcbur olurdu ki, kiçik yazıları kiril əlifbası ilə yazsın və həmin yazıları makinadan çıxarmaq üçün «Vətən» Cəmiyyətinin çox savadlı və səliqəli makinaçısı Sara xanıma verirdi.
Bir dəfə Sara xanım görür ki, İlyas Əfəndiyevin verdiyi mətndə bir söz «qofta» kimi oxunur və müəllifin yazı-pozu işlərində çox ciddi olduğunu bildiyi üçün İlyas Əfəndiyevə telefon açır:
– İlyas müəllim, mətndə bir söz «qofta» kimi oxunur, amma mən elə bilirəm ki, «kofta»dır. İcazə verirsiz redaktə edim?
İlyas Əfəndiyev:
– Sara,– deyir.– Redaktə yox, korrektə edə bilərsən!
Əli Vəliyevin ürəyi genişdir
Yazıçılar İttifaqının Rəyasət Heyəti bir dəstə gənc yazıçının İttifaqa qəbul olunması məsələsinə baxır. Əli Vəliyev birinci ayağa qalxıb söz alır və özünə xas olan bir qətiliklə təkid edir ki, bu gənclərin hamısı Yazıçılar İttifaqına qəbul olunsun.
Əli Vəliyev yerinə əyləşəndə onunla yanaşı oturmuş İlyas Əfəndiyev yavaşca soruşur:
– Əli, bunların hamısını tanıyırsan, əsərlərini oxumusan?
Əli Vəliyev də yavaşdan:
– Yox,– deyir.– Bunların birini mənə tapşırıblar, amma adı, famili yadımdan çıxıb. Ona görə də, cavandılar, qoy, elə hamısını götürsünlər İttifaqa. Sən də hamısına səs ver!
Qaryagində (Füzulidə) yüzlərlə bolşevik olub?
1980-ci ildə, Kommunist Partiyasının 26-cı qurultayı qurtarandan bir-iki gün sonra İlyas Əfəndiyevlə Cəmil Əlibəyov görüşür. Hal-əhvaldan sonra İlyas Əfəndiyev soruşur:
– Cəmil, gözümə birtəhər dəyirsən, nə olub?
Cəmil Əlibəyov deyir:
– İlyas müəllim, hansı bir namərdsə 26-cı qurultaya məndən onanim məktub yazıb.
– Nə yazıb?
– Yazıb ki, Əlibəyova kinostudiyanın direktoru kimi bir vəzifə tapşırıbsız, amma onun atası Ədil bəy Qaryagində yüzlərlə bolşeviki qanına qəltan eləyib.
İlyas Əfəndiyev gülür:
– Cəmil, Ədil bəyin yaxşı güllə atmağını mən rəhmətlik atamdan eşitmişəm. Amma Qaryagində yüzlərlə bolşevik hardaydı ki, Ədil bəy də onları bir-bir tutub qanına qəltan eləsin?
10
İlyas Əfəndiyev 82 il yaşadı.
Əlbəttə, az deyil.
O, bu dünyadakı missiyasını yerinə yetirdi və getdi.
Ancaq bir epizod həmişə mənim fikrimdədir.
İlyas Əfəndiyev mistik, sirli əhvalatlarla, anomal hadisələrlə, o cümlədən, Uçan Naməlum Obyektlərlə çox maraqlanırdı.
1996-cı ilin – ömrünün sonuncu ilinin bir yay axşamı, Zuğulbada, bağda, onun çox xoşladığı boylu-buxunlu evkalipt ağacının altında oturub söhbət edirdik və o söhbət fırlanıb gəlib Uçan Naməlum Obyektlərin üstünə çıxdı.
İlyas Əfəndiyev yarızarafat, yarıciddi:
– Onları çox görmək istəyirəm!– dedi.
Mən:
– Neynirsən onları?– soruşdum.
İlyas Əfəndiyev bir az rişxəndli, bir az da kədərli, qayğılı gözləri ilə göyə baxıb:
– Onlara deyəsi bir-iki sözüm var! – dedi.
Bəli, İlyas Əfəndiyev bu dünyada 82 il yaşadı və çox Söz dedi.
Amma, bununla belə, İlyas Əfəndiyev bu dünyada deyə bilmədiyi o «bir-iki» Sözü də həmişəlik özü ilə apardı...
O «bir-iki» Sözü daha heç kim deməyəcək...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Müəllifin digər əsərləri
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.