İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Səhifə 8 / 26 · 27%
Bu sətirləri yazarkən, kiçik bir hadisə də yadıma düşdü.
O zaman mən gənc idim, universitetin ilk kurslarında oxuyurdum və atamdan fərqli olaraq, o qaragüruh hücumu mənə çox təsir edirdi. «Azərbaycan qadını»
jurnalında çap olunan və Səriyyə surətini «ifşa» edən məktublardan birinin müəllifinin müəllimə olduğu göstərilirdi. Mən soraqlaşıb o müəllimənin dərs dediyi məktəbə telefonla zəng etdim və məlum oldu ki, həmin məktəbdə o adda müəllimə işləmir. Bunu atama danışdım və dedim ki, bu məsələni açmaq lazımdı, qoy redaksiya cavab versin ki, bu müəlliməni haradan tapıb, niyə belə təxribatlarla məşğuldu?
İlyas Əfəndiyev gülə-gülə:
– Əşşi, sənin də işin qurtarıb də!..– dedi və bununla elə mən özüm də sakitləşdim (sonralar da onun məni beləcə «sakitləşdirmələri» çox olub...).
O dövrün kontekstində mənim üçün çox maraqlı görünən və ədəbi tənqiddəki bayaq dediyim həmin «dönüş mərhələsi» baxımından əhəmiyyətli olan bir məsələni də qeyd etmək istəyirəm: «Körpüsalanlar»a qarşı Azərbaycan KP MK Bürosunun təzyiqi ilə «Kommunist» qəzetindəki dərcin dayandırılmasından sonra başlayan hücum kompaniyası ictimaiyyətdə elə bir ajiotaj yaratdı, elə bir çaxnaşma saldı, oxucuların, aparıcı tənqidçilərin bu əsəri müdafiəsi elə bir müstəviyə gəlib çıxdı ki, sözün əsl mənasında, ədəbi-ideoloji bumeranqa çevrildi və o «ifşa» məqalələri Azərbaycan KP MK-nın 29 avqust 1962-ci il tarixli plenumunda, eləcə də Yazıçılar İttifaqı partiya təşkilatının yığıncağında çox ciddi tənqid olundu. (Bax: «Ədəbiyyat və İncəsənət» qəzeti, 1 sentyabr 1962-ci il; «Ədəbiyyat və İncəsənət» qəzeti, 15 sentyabr 1962.)
İlyas Əfəndiyev üçün bu – oxucularının qələbəsi idi.
Mənim üçün qiymətli cəhətlərdən biri odur ki, İlyas Əfəndiyevin vəfatından keçən bu beş ildə, onun haqqında sağlığında olduğundan daha artıq yazılıb.
Yalnız elə onun xatirəsinə həsr edilmiş «Sən həmişə bizimləsən» kitabına (Bakı, «Gənclik», 1999.) ədəbiyyatımızın, mədəniyyətimizin ağbirçək və ağsaqqalları Mirvarid Dilbazidən, Tofiq Quliyevdən, Qılman İlkindən, Əzizə Cəfərzadədən, Leyla Bədirbəylidən, Əziz Mirəhmədovdan, Kamal Talıbzadədən, Süleyman Ələsgərovdan, Bəxtiyar Vahabzadədən, Tahir Salahovdan, Fərəməz Maqsudovdan, Nəbi Xəzridən, Hüseyn Abbaszadədən, Qabildən, Ələviyyə Babayevadan və başqalarından tutmuş, Yazıçılar İttifaqının sürücüsü Kərbəlayi Əliyə qədər 70-dən çox müəllifin ən səmimi hisslərinin ifadəsi olan məqalələri, esseləri, şerləri, çıxışları toplanmışdır və mən bu sətirləri yazarkən də onların hamısına minnətdarlıq hissi yaşayıram, eləcə də fürsətdən istifadə edib o kitabı tərtib etmiş qələm dostlarım Dilsuzun və Abid Tahirlinin zəhmətini, İlyas Əfəndiyev şəxsiyyətinə və yaradıcılığına çox istiqanlı münasibətlərini xüsusi qeyd edirəm.
İlyas Əfəndiyevin vəfatından sonra yazılmış o esselərdən, məqalələrdən, xatirələrdən bəzi kiçik fraqmentləri oxuculara təqdim etmək istəyirəm.
«İlyas Əfəndiyevin dili başdan-başa musiqidir» – deyən və uzun illər boyu onunla, necə deyərlər, «az-az görüşən, tez-tez yada düşən» dost olan bəstəkar Tofiq Quliyev:
«İlyas Əfəndiyev qüdrətli sənətkar idi.
İlyas Əfəndiyev qayğıkeş ata idi.
İlyas Əfəndiyev gözəl baba idi.
İlyas Əfəndiyev yaxşı dost id\elə gəldi ki, İlyas müəllim gələcəkdən – iyirmi birinci, iyirmi beşinci, bəlkə də otuzuncu əsrdən gəlmiş bir insandır.
Biz – yeni-yeni nəsillər onun öz əsrində (yəni bütün əsrlərdə!) onunla həmişə yenidən görüşəcəyik...».
Polad Bülbüloğlu:
«Nə İlyas müəllimin dəfnində, nə də teatrın açılışında mən böyük ağsaqqalımıza demək istədiyim sözləri deyə bilmədim. Kövrək hisslər məni bürüdü. Gözlərim doldu. Sözlər qırıq-qırıq oldu. Amma indi, elə həmin ovqatla demək istədiklərimi ağ vərəqələrə köçürə bilirəm:
– İrəliyə baxın, əziz İlyas müəllim! Və inanın ki, nə qədər səhnəmiz var, o heç vaxt Nərminsiz, Kamransız, Nargiləsiz, Natəvansız – qəribə talelər yaşayan, mahnıları ulu dağlarda qalan insanlarsız olmayacaq. Xoşbəxt ruhunuz həmişə səhnəmizin divarları arasında, başımızın üstündə olacaq!
Rahat yatın, ustad!
Siz həmişə bizimlə olacaqsınız!».
Həsənağa Turabov:
«Azərbaycan milli teatr sənəti möhtəşəm bir binadır. Bu sənət sarayı «Axundov teatrı» təməli üzərində yüksəlirsə, onun özünəməxsus mərtəbələrini «Mirzə Cəlil teatrı», «Hüseyn Cavid teatrı», «Cəfər Cabbarlı teatrı» təşkil etməkdədir. Aydın məsələdir ki, milli dramaturgiyamızdakı imzalar çoxdur, amma müəllifin adı yalnız o zaman müstəqil teatr lövhəsinə yazılır ki, yazar öz taleyini məhz teatrla bağlasın, Belinskinin təbirincə desək, «teatrda doğulsun və teatrda da ölsün». Burada fiziki ölüm yeni – mənəvi, bədii, sənət həyatına keçid kimi anlaşılır və hər hansı sənətçidən ötrü bundan xoşbəxt tale yoxdur...
İlyas Əfəndiyev ömrü boyu bu xoşbəxtliyə doğru getməkdəydi və sonuncu niyyəti onu arzuladığı mənzilə çatdırdı.
Çünki Azərbaycan milli teatr sənətinin ulu binasının ən incə, lirik, həssas və qeyrətli mərtəbəsi artıq «İlyas Əfəndiyev teatrına» məxsusdur...».
Vaqif Bayatlı Önər:
«Əziz İlyas müəllim! Siz çiyinlərinizi, ürəyinizi, həyatınızı verib Azərbaycanı XXI yüzilliyin astanasına gətirib çıxardınız...».
Bəlkə də sitatları həddən arıq gətirdim, amma buna məni o yazıların (həm də yalnız sitat gətirdiklərimin yox, hamısının!) səmimiliyi, orada ifadə olunan hissiyyatın saflığı sövq etdi, çünki o səmimilik də, o hissiyyat saflığı (və zənginliyi!) də İlyas Əfəndiyevin özünün təbiətinə çox xas olan bir cəhət idi və başqalarında da həmin səmimiyyəti, həmin hissiyyatı yüksək qiymətləndirirdi.
Mən İlyas Əfəndiyev haqqındakı xatirələrdən, məqalələrdən bu kiçik parçaları ağ kağıza köçürürəm və qoca Abbas Tufarqanlının fikrimin dərinlərində həmişəlik ilişib qalmış iki misrasını eşidirəm:
Bu dünya karvansaradı,
Hər gələn qonar, əylənməz...
O xatirələr, məqalələr, esselər müəlliflərinin də bir işıqlı qismi bu gün artıq haqq dünyasındadı...
Vəfatından sonra İlyas Əfəndiyevdən bəhs edən böyük albom nəşr olundu (Bakı, «İşıq», 1996), Əmin Əfəndiyev «İlyas Əfəndiyevin yaradıcılığı» mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və həmin dissertasiya əsasında yazılmış eyniadlı monoqrafiyası (Bakı, «Elm», 2000), eləcə də onun hazırladığı «İlyas Əfəndiyev. Biblioqrafik göstərici» kitabı (Bakı, «Çinar-Çap», 2002) çapdan çıxdı və yeri düşmüşkən, mən, İlyas Əfəndiyevin ədəbi irsinin öyrənilməsində və xüsusən də toplanmasında bu tədqiqatçının xidmətlərini xüsusi qeyd etmək istəyirəm.
Səidə Şahbazovanın «İlyas Əfəndiyevin tarixi dramları» monoqrafiyası (Bakı, «Ağrıdağ», 2002.) nəşr olundu.
Bu müddət ərzində İlyas Əfəndiyevin özünün əsərləri müxtəlif teatrlarda tamaşaya qoyuldu, ömrünün son illərində yazdığı əsərlərdən ibarət «Sən ey böyük Yaradan» adlı kitabı nəşr olundu (Bakı, «Şərq-Qərb», 1997), vaxtilə yazılmış, tamaşaya qoyulmuş bir sıra əsərləri ilk dəfə dərc edildi və o tamaşalar da, o kitab da, o əsərlər də mətbuatda geniş işıqlandırıldı, böyük uğur qazandı...
Mühüm hadisələrdən biri də o oldu ki, İlyas Əfəndiyevin yeddi cilddən ibarət «Seçilmiş əsərlər»i latın qrafikası ilə nəşr edildi. Bu nəşri hazırlamaq üçün İlyas Əfəndiyev yaradıcılığına yaxından bələd olan, bu yaradıcılığı yüksək qiymətləndirən, İlyas Əfəndiyevin şəxsiyyətinə dərin hörmət bəsləyən Ağamusa Axundov, Anar, Vaqif Bayatlı Önər, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Dilsuz Mustafayev, Əmin Əfəndiyev, Əziz Mirəhmədov, Həsənağa Turabov, İlham Rəhimli, Kamal Talıbzadə, Timuçin Əfəndiyev, Vilayət Quliyev, Yaqub İsmayılov və Yaşar Qarayevdən ibarət Redaksiya heyəti yarandı, mən Baş redaktor oldum və çox gərgin hazırlıq işindən sonra, yeddi cildliyi nəşr etdik (Bakı, «Çinar-Çap»,
2002).
İlyas Əfəndiyevin sağlığında Azərbaycan dilində dörd dəfə «Seçilmiş əsərlər»i nəşr olunmuşdu: bir cildliyi (Bakı, «Azərnəşr», 1959), iki cildliyi (Bakı, «Azərnəşr», 1-ci cild – 1964, 2-ci cild – 1965), dörd cildliyi (Bakı, «Azərnəşr», 1-ci cild – 1969, 2-ci cild – 1970, 3-4-cü cildlər – 1973) və nəhayət, altı cildliyi (Bakı, «Yazıçı»,
1984).
Təxminən 250 çap vərəqi həcmində olan yeddi cildlikdə İlyas Əfəndiyevin əsas əsərləri, o cümlədən, indiyədək heç bir kitabına düşməyən hekayələri, pyesləri və başqa yazıları toplanmışdır və bu nəşrin ciddi uğurlarından biri də odur ki, İlyas Əfəndiyevin ədəbiyyat, sənət haqqında məqalələri ilk dəfə bir yerə toplanaraq 35 çap vərəqi həcmində ayrıca bir cild kimi (sonuncu – 7-ci cild) nəşr olundu.
İlyas Əfəndiyev yalnız bir yazıçı kimi yox, eyni zamanda, dövrün vulqar-sosioloji doqmalarına heç vəchlə yaxın durmayan və əsərin bədii-estetik cəhətlərini əsas götürən tənqidçi kimi də Azərbaycan ədəbi prosesində aktiv iştirak edirdi və onun yeddi cildlik «Seçilmiş əsərlər»i əyani şəkildə göstərdi ki, İlyas Əfəndiyev yalnız milli bədii ədəbiyyatın deyil, ictimai fikrimizin də inkişafında mühüm xidmətlərə malikdir.
Yeddicildliyi oxucular (yeni bir epoxa oxucuları!), böyük maraqla qarşıladı, ədəbi tənqid bu nəşri yüksək qiymətləndirdi və bir daha məlum oldu ki, yaradıcılığının böyük əksəriyyəti sovet dövrünə düşən İlyas Əfəndiyev böyük sovet yazıçısı yox, böyük Azərbaycan yazıçısıdır, onun istisnasız olaraq, bütün hekayələri, romanları, povestləri və pyesləri, hətta məqalələri sistemə, ideologiyaya yox, ədəbiyyata məxsusdur.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Müəllifin digər əsərləri
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.