داغ عشق صنم لاله عذاری دارمدل سودا زده جان فگاری دارم

Aşiqəm, bir sənəmi-laləüzarım vardır,Bir də sevdalı başım, qəlbi-figarım vardır.

بر دل ای خون جگر نم مرسان بهر خداکه بدان لوح صفا نقش نگاری دارم

Ciyərim, qəlbimi islatma qızıl qanın ilə,Ki, o saf lövhədə bir nəqşi-nigarım vardır.

کارم اینست که در راه غمش سربازمبا بلای عجبی خوش سر کاری دارم

Arzum oldur ki, qəmində başım əldən getsin,Çün bəla aşiqiyəm, eşq ilə karım vardır.

ز دلم برد غم سرو قدش صبر و قرارروزگاریست نه صبری نه قراری دارم

Aparıb səbrü qərarım o qədi sərv gözəl,Bir ömürdür ki, nə səbrim, nə qərarım vardır.

من باو مایل و او مست می استغنااو ز من فارغ و من شاد که یاری دارم

Mən ona aşiq ikən etmiş onu məst qürur,Yenə şadəm ki, elə sevgili yarım vardır.

همچو بلبل شده ام واله گل رخساریعجبی نیست اگر ناله زاری دارم

Bir gülün aşiqiyəm bülbüli-şeyda kimi mən,Yox əcəb, şamü səhər naleyi-zarım vardır.

Məqtə — şairin təxəllüsü olan son beyt. دورم از خاک در دوست فضولی چه عجبکه بر آیینه دل باز غباری دارم

Məqtə — şairin təxəllüsü olan son beyt. Yar kuyindən uzaq düşdü Füzuli, nə olar,Bax könül güzgüsünə, gör nə qubarım vardır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq