Ey hərir içrə tənin, mütləq bülur içrə gülab
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Ey hərir içrə tənin, mütləq bülur içrə gülab,
Köksün abi-rövşən, ol ab üzrə dügməndir hübab.
Böyləsən məhbub, yox nəzzarənə aləmdə tab,
Vay əgər tezcik çıxıb, sərpib ləçək, salsan niqab,
Hiç şək yox kim, səni görcək olur aləm xərab.
Dil çəkib zərrin o tağın, verdi lə’lindən soraq,
Tutdu ol göftar içün lə’li-binaguşin qulaq,
Zülfünə həmdəm daraq, aşüftə mən ondan iraq,
Diş salıb hər piçü tab açdıqca zülfündən daraq,
Rişteyi-canımğa rəşkimdən düşür yüz piçü tab.
Ey üzü gül, köynəgi gülgunü donu qırmızı!
Atəşin kisvət geyib, odlara yandırdın bizi.
Adəm oğılundan sənin tək doğmaz, ey zalım qızı.
Ayü gündür hüsn bəhsində cəmalin acizi,
Guiya atan məhi-tabandır, anan afitab.
Al saç bağında mişkin saç pərişanhaliyəm,
Sim-saq üzrə qızıl xəlxallər pamaliyəm,
Sanma xəlxalın kimi mehrindən, ey məh, xaliyəm,
Arizin dövründə zərrin silsilən timsaliyəm,
Qəmzən oxundan həzin canımda yüz min iztirab.
Sürmədən gözlər qara, əllər hənadən lalərəng,
Hiç şahid yox bu rəng ilə ki, sənsən şuxü şəng,
Vəsməli qaşın yaşıl tozlu kəman, qəmzən xədəng,
Qəmzəvü qaşinə meyl eylər Füzuli bidirəng,
Quş əcəbdir qılmamaq tirü kəmandan ictinab.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-texmis-4-ey-herir-icre-tenin-mutleq-bulur-icre-gulab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.
Tökdükcə qanımı oxun, ol asitan içərTökdükcə qanımı oxun, ol asitan içər,Bir yerdəyəm əsir ki, toprağ qan içər.
Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylərGirib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.
Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlarMüqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar,Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.
Başqa şairlərin şeirləri · Eşq
Ağlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir,Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
LaləYarın qanlı köynəyi tək,Qızarır yol üstə lalə.