Birinci hissə, 6
Səhifə 1 / 2
Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.
Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.
At sahibinin süvar olduğunu duyan kimi, başını dik tutub kişnədi. Allahyar üstü çadırlı furqon və arabalarla dolu karvansara həyətindəki atların, ulaqların arasından keçib küçəyə çıxdı.
O əvvəlcə heç yerdə dayanmamaq, atını dördnala çaparaq, bu kiçik qəza şəhərindən uzaqlaşmaq istədi. Amma dükançıların "axşam bazarıdır ay müştəri, özünü yetir, yaxşı zəncəfil, darçın, mixək var. Əklə düyüsü, İrəvan qaysısı, könlün nə istəsə, tapılar", - deyə çağırdıqlarını eşidəndə tərkindəki boş xurcun yadına düşdü. Küçənin yanlarında qatarlaşan uca çinarların kölgəsi ilə atını astaca sürdü.
Kənarlarına iri, yastı daş döşənmiş küçənin hər iki tərəfi dükan idi." Səkilərin yaxası boyu balaca arx çəkilmişdi. Sular ağacların dibi ilə şırıldayıb axırdı. Çinarların başı qarğa yuvası ilə dolu idi. Baqqallar, xırdavatçılar və dükançılar nə qədər çalışsalar da, quşları qova bilmirdilər. Qarğalar höcətə düşmüş kimi budaqlara qonub qarıldaşır, bəzən hay-küylə uçub, yerə yapışmış kimi görünən birmərtəbəli şəhər evlərinin üstündə fırlanır, kirəmit damlara qonur, sonra yenə də yuvalarına toplaşırdılar. Dükançıların cəhdinə baxmayaraq, səkilər zibillənirdi. Onlar gündə üç dəfə dükanın qabağını sulayırdılar. Kimi özü xəkəndaz götürüb, kimi də dükanların qabağında boynunu büküb dayanan yetim uşaqlara bir-iki qəpik verib səkini suladırdı.
Allahyar küçəyə çıxanda dükançılar adətləri üzrə yenə səkiləri sulayırdılar. Balaca uşaqlar, dəlləklər, künclərdə dükan açmış yamaqçılar, çəkməsilənlər elə bir yarışa girmişdilər. Onlar bir-birini həvəsə gətirirmiş kimi “Ay başına dönüm, qoyma gəldi”, - deyə qışqırır, tozu yatırmaq üçün yola da su çiləyirdilər.
Allahyar atdan düşdü. Kəhəri ağaca bağlayıb, xurcunu götürdü. Dükana yaxınlaşdı. Alverçilər onu - köhnə və tanış müştərini mehribanlıqla qarşıladılar. Allahyar beş-on girvənkə düyü, kişmiş, qaysı aldı. İki kəllə qənd götürdü. Çəkməçilərdən anasına bir cüt məst aldı. Xurcunun ağzını bağlayıb, yenə atın belinə qalxdı.
Artıq gün əyilmişdi. Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə sərilmişdi. Tənəkəçi dükanlarının qabağındakı dəmir sobalar, qab-qaçaqlar günün altında parıldayırdı. Ustalar çəkidə tənəkələri dö-yəclədikcə danqıltı şəhəri başına götürür, dəmirçixanalardakı zindan səsini belə batırırdı.
Allahyar çilingər və qalayçıların yanından ötdü. Tanış nalbəndlə salamlaşıb, yoluna davam etdi. Tələsmək lazım idi. Bir azdan gün batacaq, axşam qaranlığı çöllərin üstünə çökəcəkdi.
O, atı mahmızladı. Şəhərin kənarındakı dəmir körpüyə yaxınlaşdı. Selləmə yağışlardan sonra yatağına sığmayan boz-bulanıq sulara, körpünün dirəklərini döyəcləyən hirsli çaya belə baxmadı. Atını dörd-nala çaparaq, şəhərdən uzaqlaşdı. O, qaranlıq qarışana qədər yolun qorxulu yerlərini keçmək və işıq gözünə özünü evlərinə çatdırmaq istəyirdi, At da sahibinin fikrini başa düşmüş kimi tələsir, az qala qanadlanıb uçurdu. Allahyar yenicə nallatdığı, ayağından qığılcım qopan atını gah xır yolla sürür, gah da sünbüllənmiş taxıl zəmilərinin arasındakı torpaq yola salırdı. O sakitləşə bilmirdi. Şəhərdə ləngidiyinə və bir həftədən bəri karvansarada qumara başı qarışdığına görə özünü danlayırdı. "Zəhrimara yaman şirnikmişdim. Gərək elə cümə ertəsi, əlim tutan günün səhərisi qayıdaydım. Evə tez dönsəydim, bəlkə də bu iş baş verməzdi".
Allahyar Mələyin evdən baş götürüb getməsini heç cür ağlına sığışdıra bilmirdi. Axı o, Allahın dilsiz-ağızsız heyvanı idi. Neçə dəfə döyülüb-söyülmüş, hətta evdən də qovulmıışdu, ancaq heç cınqırını da çıxarmamışdı. Həyətdə bir küncə qısılaraq yatmış, səhər tezdən isə heç nə olmamış kimi qolunu çırmalayıb işə başlamışdı. İndi o birdən-birə hara gedə bilərdi? Bəlkə, acıq edib əmisinin yanına qaçıb? Daha geri qayıtmaq istəmir?
Sahibinin fikrə getdiyini duyan at yerişini yavaşıdıb yorğaladı. Ətrafa axşam sərinliyi çökmüşdü. Dağların dalında gizlənən günəşin son sarımtıl şüaları qərb tərəfdəki buludları çəhrayı rəngə boyamışdı. Silsilə təpələrin bəzi yerlərinə qatı kölgə çökür, bəzi yerləri isə hələ də günəşin şüaları altında qızılı rəngə çalırdı. Taxılların və bahar havasının təsiri ilə yaşıllaşan dəmyə çallarda, otların arasında gəzişən quşlar ağız-ağıza verib oxuyurdular. Gölməçələrdəki qurbağalar da səs-səsə vermişdilər. Allahyar qucağında tutduğa zağlı tüfənginin tətiyindən barmağını çəkmirdi. Atın dırnağı altından parıltı ilə qalxan quşlar onu diksindirdikcə fikirdən ayılır, qamçını çəkib atı yenə səyirdirdi.
Mələyin əmisi evinə getməsi ehtimalı onu o qədər də həyəcanlandırırırdı. Əslinə baxsan, bu elə onun ürəyindən idi. Son günlər evdə kürlük etməsi, tez-tez dava-dalaş salıb Mələyi yamanlaması məhz bunun üçün deyildimi? O elə bu arvadı da bezikdirib evdən qovmaq istəmirdimi? Hətta əlaltından özünə yeni arvad axtarmırdımı? Bəs belə isə nə üçün təşvişə düşmüşdü?
Allahyar kəndə çatan kimi Mələyin əmisigilə adam göndərib, mə-sələni öyrənməyi qət etmişdi. Əgər çıxıb əmisigilə gedibsə, onda özündən küssün. Heç kəs ona minnət etməyəcəkdi. Əgər getməyibsə?! Elə məsələ da bunda idi. Allahyarı narahat edən də bu idi.
At döngələri burulduqca qulaqlarını şəkləyib fırnıxır, bəzən də tırıldayıb dayanırdı. Allahyar yoldan kənara çıxıb gizlənir, atın başını çəkib ətrafı dinləyirdi. Ala-toranda çökəklərdə adam olub-olmadığını yoxlayırdı. Ancaq axşam küləyinin dərə boyu otları yalaya-yalaya ötüb keçdiyini gördükdə ürəklənib atını mahmızlayırdı. O qorxurdu. Əgər şəhərdə namus ona güc verməsəydi, bəlkə də heç yola çıxmaz, gecə yenə qumar oynayar, səhər tezdən işıq gözünə, atın belinə qalxardı. Ancaq artıq gec idi. Birtəhər kəndə çatmaq lazımdı.
Allahyar ürəyindəki xofu dağıtmaq və dərələrin birində qarşısına çıxa biləcək qaçaq-quldurun yolunu kəsməsi ehtimalını unutmaq üçün yenə də Mələyi düşünməyə başladı. "Bəlkə özünü Kürə atıb? Axı son vaxtlar onun söyülüb, danlanmadığı gün olmurdu. Hər gün qapazlanırdı. Bəlkə elə canı boğazına yığılıbmış, indi də alinə fürsət düşüb, özünü yarğandan atıb?".
Allahyarın dodaqları qaçdı. Ürəyində, "əger belə edibsə, lap ağıl-sız arvadmış", - deyə düşündü və yüngülləşmiş kimi atını mahmızladı.
Qarşıdakı hündür təpənin üstündə üç-dörd qaraltı göründü. At yenə nədənsə fınxırıb qulaqlarını qırpdı. Allahyar tüfənginin qayışını qoluna dolayıb ətrafı dinlədi. Sol tərəfdə yolun altındakı dərədən axan suyun şırıltısı aydınca eşidilirdi. Qamışlıqda quruldayan qurbağalar tez-lez səslərin: kəsib şappıltı ilə suya atılırdılar.
Allahyar ən çox qorxduğu yerə çatmışdı. Burada dərənin ətrafın-dakı təpələr ağız-ağıza gəlib daralırdı. Yol burulub çayın içindən keçir və sonra düzənliyə çıxırdı. Buranı salamat ötmək evə çatmağa bərabərdi. İndiyə qədər bu Acı dərədə çox adamın qanı axıdılmışdı.
Deyilənə görə, qarşıdakı dərədə bir gecədə yeddi qardaşı xəncər-dən keçirib, yarğandan atıblar. Yaralılar səhərəcən "qardaş vay", - deyə bir-birini çağırıb inildəmişdilər. Elə o vaxtdan buranın adı "Qardaş vay" dərəsi qalmışdır.
Allahyarın həmişə olduğu kimi, indi də bu dərəyə çatanda sümüyü eyməndi.
O, sol tərəfdəki təpədə do qaraltılar gördü. Özünü lap itirdi, Atın başını qanırıb dönmək və birbaş şəhərə qayıtmaq istədi. Ancaq gec idi. Çaxmağı yavaşca hərləyib gülləni lüləyə verdi. Atı xır yoldan torpaq yola saldı. "Allaha pənah", - deyə irəlilədi. Təpələrin ağız-ağıza qovuşduğu yerə çatanda gözünü yumub atın yalına yatdı. Kəhər götürüldü Allahyar dərəni burulub çayı necə keçdiyini, dördnala çapıb düzənliyə nə vaxt çatdığını bilmədi. Bir xeyli qulağı səsdə, səksəkəli halda irəlilədi. Ancaq dalınca heç kəsin gəlmədiyini yəqin etdikdən sonra atı yavaşıtdı. Qanrılıb geri baxdı. Təpədəki qaraltılar daha aydın görünürdü. Allahyar yalnız indi, qorxduğu yerdən dörd-beş verst aralandıqdan sonra məsələni başa düşdü. Təpələrdəki qaraltıların çox qədim zamanlarda salınmış qəbristanlıqdakı başdaşıları olduğunu görüb, nəfəsini dərdi. Dəsmalını çıxardıb alını basmış soyuq təri sildi.
Artıq kəndin işıqları görünürdü. Deyəsən kəhər də sakitləşmişdi. Bayaqdan balaca bir qaraltı görəndə fınxırıb dayanırdısa, indi gözləri yana-yana yolu o üz-bu üzə keçən tülkülərə belə əhəmiyyət vermə-dən irəliləyirdi.
Təpələrin dalından ay boylandı. Ətrafa solğun ay çiləndi. Uzaqda şaxələnib axan Kürün suları ağarışdı. İlbizlər səs-səsə verdilər. Allahyar kənd itlərinin boğuq səsini eşidib ürəkləndi. Əlini atın boynuna çəkdi. Kəhər suyun içində idi. "Bir az da belə sürsəm, atı çatladardım", - deyə düşündü və cilovu dartdı...
O, darvazaya yaxınlaşanda itlər hürüşürdülər. Bir az bundan əvvəl kəndin aşağısında səs-küy qalxanda oyanıb yol gözləyən nökər gələ-nin kim olduğunu bilib qapını açdı. İtlər sahiblərini tanıyıb atın ətra-fında atılıb-düşdülər, sonra da Allahyara şırvandılar.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-birinci-hisse-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.
20Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
21Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
22Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın