IV fəsil, 4
Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.
Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.
O, papirosunu son dəfə sümürüb kötüyü müştükdən çıxardı və üzünü Mürsülə tutdu.
– A bala, a müəllim, zəhmət olmasa bir aşağı düş, - dedi.
Mürsəl təəccüblənsə də, pilləkənləri endi. Atlı sıçrayıb yəhərdən düşdü. Dəstədən aralandılar.
– Oğul, səndən xoşum gəldi, yaxşı adama oxşayırsan. Ona görə də sənə qıymıram. Sən bizim kəndin xasiyyətini yaxşı bilmirsən. Çox sözlü-gaplı kənddi. Əllərindən nə xəta desən, çıxa bilər. Özünü bir az ağıllı apar.
– Mən nə eləyirəm ki?
– Sözümü kəsmə!
Elə bil kişini birdən-birə dəyişdilər. Quyruğunun üstünə qalxıb fısıldayan ilana döndü.
– Qanacağın olsun, böyük danışanda kiçik qulaq asar. Hələ bu kənddə mənə cavab qaytaran olmayib. Yadında saxla. Mənə Çapıq Əmrah deyərlər.
– Buyurun, sözünüzü deyin, qulaq asıram.
– Əvvəla, bu gündən o qrammofonu oxutma. Hardan almısan, qoy yerinə!
– Burda nə var ki, musiqidi, qulaq asırıq.
– Dedim ki, sözümü kəsmə! - Kişinin əli belindəki xəncərin dəstəyinə uzandı. - Sən bizi nə hesab edirsən? Hər səhər eyvanda qrammofon oxutdurub suya gedən qız-gəlinə sataşırsan, biz də durub baxacayıq? Yoxsa uşağın biri bizi xoşqeyrət hesab edir? Ağır otur, batman gəl. Yoxsa iri tikəni qulağın boyda eləyərlər. Kənddəki zümzümələri eşitməmisən?
– Mən nə eləyim, mənim nə günahım var? Sizin kəndin adamları sazlı- sözlü camaatdı.
– Çalış adın o saza-sözə düşməsin. bildinmi? Bir də teatr-zad çıxartmaqdan əl çək. Bax, bu mənim axırıncı sözlərimdi. Eşitməsən, öz bəxtindən küs.
Uçitel atlıları görüb həyətə çıxdı. Salam verdi. Və ehtiyatla soruşdu:
– Xeyirdimi, a Əmrah? Nə əcəb sizdən?
Əmrah dabanı üstdə fırlanıb Uçitelə köntöy cavab verdi:
– Bu müəllim uşaqdır, ağlı bir şey kəsmir. Bəs sənə nə olub? Mən sözümü dedim. İndi ona de ki, ağlını başına yığsın.
O, quş kimi sıçrayıb atın belinə qalxdı. Dəstə bir göz qırpımda məktəbdən uzaqlaşdı.
Uçitel gecə kurslarından və kəndə yayılan zümzümələrdən sonra səksəkəli idi. O, belə bir hadisənin olacağından qorxurdu. Mürsəlin xəbəri olmadan onu gözdən qoymur, duruşuna, oturuşuna fikir verirdi. Hətta bir-iki dəfə qəsdlənmişdi ki, onunla söhbət etsin, bəzi məsələləri ona başa salsın. Ancaq onun bir gənclik ehtirası ilə məktəbə vurulduğunu görəndə qəlbinə dəyməmişdi. İndi Əmrahın məktəbə gəlməsi onun sümüyünü çaxnaşdırmış və ürəyinə qorxu salmışdı. Mürsəl də çaşıb qalmışdı. Uçitel bu cavan oğlanın sirsifətindəki qəzəb qarışıq kədəri, şaşqınlığı görüb onu acı düşüncələrdən ayırmaq istədi. Əvvəlcə özünə toxtaxlıq verib gülümsündü, sonra Mürsəlin qolundan yapışdı.
– Gəl içəri gedək, bala, yaman üşüdüm. Deyəsən, hava soyudu. Mina xalanın təzəcə dəmlədiyi samovar çayından bir-iki stəkan içib qizışaq. Ağzımıza bir-iki tikə çörək alaq. Fikir eləmə. Belə sözləri çox eşitmişik və çox da eşidəcəyik.
Mürsəl özünə gəlməmiş Uçitel bir ata kimi onun qolundan yapışıb içəri apardı. Mürsəl sakitcə çayını içdi. İştahası olmasa da, bir-iki tikə çörək kəsdi. Uçitel gördü ki, onun fikri uzaqlardadır, çox uzaqlarda. O nə isə düşünür, nəyi isə ölçüb-biçir və vəziyyəti aydınlaşdirmağa çalışırdı. O, isti məxməri çaydan bir stəkan da içib üzünü Uçitelə tutdu.
– Bəs nə olsun, onların qabağından qaçaq? Onlar meydanda at oynatsınlar, biz dö durub baxaq? Bəlkə boynumuzu büküb qabaqlarında diz çökək?
Uçitel gülüınsünüb əlini onun çiyninə qoydu.
– Tələsmə, oğlum, hər şeyin vaxtı var. Zorakılıqnan heç nə olmaz.
Atalar deyib ki, saxla samanı, gələr zamanı.
– Zamanı çox gözləmək olmaz. Ona təkan vermək lazımdı. İnqilab yaratmaq lazımdır. Eşitməmiş olmazsınız, dahilər deyib ki, inqilab zamanın əvəçisidir. Zorakılıq olmasa, uşaq dünyaya gəlməz.
– Yarımçıq doğulan uşaq da çox yaşamaz: ya anadan olan kimi ölər, ya da ağıldan naqis olar. Təbiətin də, cəmiyyətin də öz əbədi və əzəli dəyişməz qanunları var. Yaz qışı, yay yazı, payız da yayı əvəz etdiyi kimi cəmiyyət də embrioloji mərhələlər keçməlidir. Əvvəlcə insanların zehnində kamillik yaranmalı, təkamül yolunu keçib inqilaba gəlməlidir. Yoxsa uşağı 6-7 aylığında alayarımçıq halda dünyaya gətirmək olmaz.
– Olar, Uçitel, olar. Bəs tarixi dahilar yaratmırmı?
Uçitel özünə bir stəkan da çay süzdü. Gülümsəyərək Mürsələ baxdı.
– Dahi kimə deyirsən?
– Cəmiyyətin istiqamətini dəyişən adamlara.
– Onlar cəmiyyətin istiqamətini dəyişdirə bilməzlər. Cəmiyyət özü öz istiqamətini dəyişdirir.
– Bəs elə isə dahilər nə edir?
– Bax, məsələ də elə bundadı. Xəstə cəmiyyətin yaraları göynəyir, əzab- əziyyət verir və nəhayət, yetişir, bədəndə olan çiban kimi. O çibaniarın deşilmə mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə və neştəri götürüb hamıdan əvvəl yaranı kəsirsə, dahiyə çevrilir. Yenə deyirəm, əslində, cəmiyyət özü dəyişir, təzələnmək istəyir. Dahilər isə qabağa düşüb bu işi sürətləndirirlər. İndi, Mürsəl bala, tələsmək olmaz. Hər şeyin vaxtı- vədəsi var. Bundan başqa, yaşadığın cəmiyyətin qanunlarını gərək öyrənib özünü qorumağı da bacarasan.
Süfrəyə xörək gətirdilər. Uçitel Mürsəlin boşqabını yağlı plovla doldurdu və söhbətinə davam etdi.
– Yadındadırmı, iki ay bundan əvvəl bizi kəndin yuxarı hissəsinə iclasa çağırmışdılar. Axşamüstü gedəsi olduq. Mənim qoşalülə tüfəngimi sən götürdün. Arxayınca çağırılan yerə getdik. Biz mühazirə oxumalı idik. Amma heç kəs gəlməmişdi. Qaranlıq isə qarışmışdı. Sən sakit idin. Mənim isə ürəyimə damdı ki, burda bir qurğu var. Bizi buraya pis niyyətlə çağırıblar. Azacıq sonra kəndin işıqları yandı, itlər zəncirdən açıldılar. Birdən-birə kəndi iki yerə ayıran dərəyə zil qaranlıq çökdü.
Elə qaranlıq ki, göz-gözü görmədi. Biz qayıdası olduq. Tüfəngi mən götürdüm. Qabağa düşdüm. Bilirsənmi niyə? Fikirləşdim ki, əgər yolumuzu kəsən olsa, çaş-baş qalsınlar. Gedəndə tüfəng səndə idi, indi onlar ehtiyat edəcək, bilməyəcəkdilər ki, tüfəng qabaqda gedəndədir, ya arxada qalanda. Geri qayıdanda da gəldiyimiz yolla yox, ayrı bir cığırla qayıtdıq. Məndən sənə əmanət, heç vaxt getdiyin yolla geri qayıtma, çalış izini itir, düşmən sənin haradan gəlib, hara getdiyini bilməsin. Sən fikir verdinmi, mən çığırla yox, cığırın kənarındakı kələ-kötür yerlə gedirdim. Özü də elə bu nəyinsə üstünə cumurdum. Nəyisə ayaqlamaq istəyirdim. Bunu da qəsdən edirdim ki, yolumuzu kəsən olsa, çaşıb qalsın. İndi gərək hər şeyi öyrənəsən, ehtiyatlı olasan. Bir yatdığın yerdə bir də yatmayasan, yerini tez-tez dəyişdirəsən. Pis niyətlə evinə gələn olsa, axşamı harda yatacağını bilməsin. Xörəyini ye, soyutma. İndi gəl, belə məsləhətləşək: onsuz da bu gün- sabah qış gəlir, havalar soyuyur, sən mənim sözümə qulaq as, qrammofonu yığışdır, saxla, yaz gələnə qədər. Ona qədər söz-söhbət kəsilər, kəndin qız-gəlini ayrı şeylərə zümzümə qoşarlar. Sonrasına baxarıq.
Uçitelin sözləri Mürsəlin ağlına batdı və qrammofonu götürüb saxladı.
Ancaq Novruz bayramından sonra Mürsəl yenidən qrammofonu oxutmağa başladı. Yenə mahnılar zümzüməyə qarışdı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-olen-dunyam-iv-fesil-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...
Namus qaçağıO dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf-maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.
Namərd gülləsiDostum Hüseyn Arifə*Niftalı koxa at;n örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi: hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı...
Ölüləri qəbristanda basdırınŞəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar. Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində güllü-çiçəkli bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı. Keçmiş təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox gəlsə də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç saatdan bir altında maşın olan kefi kök adamlar görünür, onlar da bir-iki saat oturub gedirdilər. Sonra sükutdan qulaq cingildəyirdi. Amma Rəşid istəyirdi ki, hamıya qulluq eləsin, atlıya da, piyadaya da. Dəqiq bilirdi: kooperativ restoran şəhərin mərkəzində olsa, bütün fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da müştərisiz qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə də demişdi, razı olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni əsirgəməyəcəklər. Rəşid özünə köməkçilər tapmış və hər şeyi ölçüb-biçmişdi. Restoran ikimərtəbə olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu idi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı. Hər şey ölçülüb-biçilmişdi: restoranın yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün dəmdəsgahı ilə verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, darçını, kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki, şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini evdə yox, Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını yaman qaraltmışdı.Bağın ortasında köhnə bir qəbir vardı. Görünür vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerləyeksan edilmişdi. Kolların kökü çürümüşdü. Amma hərdən torpaq şirələnib bahar havası ilə nəfəs alanda çürümüş kotüklərin ora-burası cücərir, tezcə də solurdu. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ daşları isə quzulayıb ovxalanmışdi. Bir-iki il də keçsəydi, bu sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-gedən qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma düz- əməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı. Rəşid niyyətini heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda yəqin etdi ki, qəbrin sahibi yoxdur. Restoranın himini qoyanda qəbri dövrəyə alıb, səssiz-səmirsiz, döşəmənin altına salar, beləliklə də hər şey bitər, nə dil bilər, nə də dodaq. Amma ürəyində bir səksəkə vardı. Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon mərkəzlərində, hər adamı bağda basdırmırlar...
Başqa şairlərin şeirləri
Çust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Analar bəzəyiGər olsa nisadə elmü irfanÖvladə edər bu yolda iman.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.