Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?
Məhtaban 6Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərini dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.– Birdən qocanın bu əməli baş tutdu? – deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. – Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?
Gələcək şəhərI**Tiflisdən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Təyyarə əvvəlki sürətini dəyişdisə də, irəliyə doğru getmək mümkün olmadı: yel mane olurdu.
Mirzə Fətəli Axundov dinlər haqqındaMən külli ədyanı puç və əfsanə hesab edirəm.*M. F. Axundov*
Göydən yerə enmiş SüheylŞəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
GöbələkTiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.
TənqidSübh saat on idi. “Iftira” qəzetəsinin müdiri öz kabinəsində “İqbal”ın nömrəsini qabağına qoyub oxuyurdu:“Şimdi düşün! Məlul bir beyti-həzin, bir kəlmənin üzərində bu vaxt – səkinanə ilə bitsin, sonra mütəntən bir qafieyi-digər bir beytin həşəmətimənasına bir qərari-möhtəşəm versin. Bütün şeir bir yandan vəznin əmvacimusiqiyyəsinə təslimi-nəfs edərək dalğalanırkən qafiyələr ötəyə-bəriyə mənidar zümzümələr, ruhpərvər nəğmələr sərpsin. Sonra o şeirdən bütün xabidə təşbihləri, bütün o köhnə cinasları çıxar...”
Nə üçün haqqımızı istəmiriz?Zəmanəmizdə bizim kimi boş xəyal və quruntu ilə vaxt keçirən, fürsətdən istifadə etməyən heç bir millət olmasa gərəkdir. Hərçəndi bu malxulyanın bir qismi bir az əvvəl hakim və müstəqil olan bir millətin övladı olduğumuzdan keçmiş parlaq tarixlərimizin, siyasətdəki şan-şöhrətimizin hələ ürəklərimizə verdiyi sevincdən, ümid və qeyrətdən meydana gəlirsə də, böyük və zərərli qismi cəhalət və qəflətimizdən zühura gəlməkdədir, öylə cəhalət ki, hər kəsin öz vəzifəsini, borcunu, xeyrini unutdurub ismi var, cismi yox Ənqa kimi – yuxarılarda, Qaf dağlarında ərşi-əlalarda gəzdirir. Öylə qəflət ki, gözümüzün önündə duran ac, çılpaq, səfil, yetim, gözü yaşlı, yurdsuz, kimsəsiz uşaqlarımızın halını bir dəqiqə olsun mərhəmət nəzərinə verməz.Öylə cəhalət ki, təlimsiz, tərbiyəsiz, tənbəl, səfih, mirasa, ataqazancına göz dikən ləyaqətsiz, millətin gələcəyi üçün vəbadan daha qorxulu, ilandan daha zərərli, zəhərdən daha kəskin, ölümdən daha iztirablı olan əxlaqsız bir çox dövlət cavanlarımızın halını, gələcəini düşünmürüz də. Məsələn, “Tibet’de ingilislərin hansı yol ilə irəli getdikləri, rəislərinin adı nə olduğu, hansı dağdan, dərədən aşdıqlarını, keçdiklərini və bu barədə Londonda parlamentdə Çemberlinin söylədiyi nitqini incədən incəyə düşündürür, Yaponların Port-Arturdan neçə verst və hətta sajen və arşın məsafədə durduqlarını “Lyaoşin” təpəsinə yaponların hansı saat ve dəqiqədə və hansı dağın ətəyindən gəldiklərini və davada vəfat edən əfsərlərin adlarına qədər – bir tükü, qılı qırx parça edərcəsinə bir diqqətlə o dərəcədə uzaqdakı keçən hüdudları bizə öyrətdiyi halda ingilislərin nə qüvvətlə, səbəblə dünyanın o gözəl-gözəl yerlərini topsuz-tüfəngsiz, qansız-qışqınqsız zəbt etdiklərini və yaponların bu nisbətdə qeyrət və şücaətlərini və bu davanın əsil səbəbini bildirməz. Öylə qəflət ki, bu gün en böyük üləmamızdan başlayıb da en aşağı bir kəndlimizə varıncaya qədər hər kəsin gecə və gündüz fikrini, zikrini minlərcə verst uzaqdakı davanın zahiri, adi vüquatları ile məşğul etdiyi halda dörd gözümüzün önündə millətimizin səfalət, zillət, həqarət uçurumuna doğru sürükləndiyini göstərmək deyil, xəyala belə gətirmir.
Koroğlunun Bayazid səfəriƏhməd adlı bir tacirbaşı vardı. Əhməd tacirbaşı həm çox dövlətli idi, həmi də iyid idi.Deyirlər ki, Əhməd tacirə ata-anası uşaqlıqdan yaxşı muğayat olmuşdu.
İyirmi üçüncü fəsilMEHDİQULU XANIN HÖKUMƏTİ-ƏYYAMINDAQARABAĞDA VƏ SAİR ƏTRAF VİLAYƏTLƏRDƏ
Arşak SurenyansMən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.
İkinci hissə, 9Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.
Məhtaban 11Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.
Polis paltosuTalış-xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamıyan bir adam, elə istiyirdi ki, qarşısına çıxana açıb, dərdini desin. Bir də xan fikir eliyirdi: «Hər sözü adam özgələrə deməz. İşdir, birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olacaq, adamı elə itirərlər ki heç yeri, yurdu da mə’lum olmaz».Xan özünə bir az öyüd və nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. «Yoxsa arvada deyim-xan yenə özü ilə söhbət edirdi: arvad gedib, mənim sözümü özgələrə deyib, sirrimi açmıyacaq ki, qubernat da məndən kəm iltifat olsun. Deməz... ağzı da nədir desin; bir dəqiqə də nəkərlərə öldürdüb, meyitini itirdərəm».
Fatma xalaDünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.
Odla su arasındaCahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.
Xanım arvadla Damlıca mülkünün əhvalatıDünyaya çox igidlər, nəcib atlar verən gözəl Qarabağın «Kirs» deyilən qalın meşələrində Alyanlı adlı bir oba vardı. Alyanlı obasında hamıdan çox sayılan bir adam vardı ki, onun da adı Bağdad bəy idi. Məlum deyildi ki, dünyanın qurtaracağında, bu qalın meşələrin, bu sıldırımlı dağların arasına «Bağdad» adı haradan gəlib çıxmışdı. Bağdada kim bəylik vermişdi? Ancaq onu da deyim ki, Bağdad bəylə rəiyyətin fərqi ancaq onda idi ki, onun (yəni Bağdad bəyin) içində su dəyirmanı olan «Damlıca» adlı bir mülkü vardı. Bağdad bəy də başqa kəndlilər kimi, patavalı çarıq geyib, uzuntüklü qoyun dərisindən basma papaq qoyardı, dəyirmanda şahıdı özü alardı, Damlıca mülkündəki torpaqları özü şumlardı, özü də qabağından yeməyən igid bir adam idi, mahalda ən yaxşı at onda olardı.Siz taleyin işinə baxın ki, Bağdad bəyin də Kərbəlayı İbixan kimi gözünün ağı-qarası bircə qızı vardı və onun adı Xanım idi.
VIXasay küçə vərdişlərini yavaş-yavaş məktəbə gətirməyə başladı. Hər gün məktəbə əli, üzü, üstü-başı çirkli gəlirdi. Müəllimlər və yoldaşları ilə rəftarı büsbütün dəyişmişdi. Yoldaşlarını təhqir edir, müəllimlərin sözlərinə əhəmiyyət verməyib dərslərinə əsla çalışmırdı. Kamil müəllim bunları gördükcə, eşitdikcə kədərlənir, sinifdə hər xüsusda birincilik qazanmış olan Xasayın birdən-birə bu qədər dəyişməsinin səbəblərini axtarır və ona qarşı çarə və tədbirlər düşünürdü.Bir gün Xasay öz sinif yoldaşı və qonşusu Mürsəllə vuruşarkən köhnə müəllimlərdən Mirzə Rəhim onun qolundan çəkə-çəkə tutub bir baş müəllimlər otağına gətirdi. İçəri girincə üzünü müdirə çevirib titrək və əsəbi bir səslə bağırdı:
ÇeşməkŞəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.
Qəbahət sizdə və bizdə“İrşad”ın 112-ci nömrəsində “Hadi” imzası ilə en bəsirətli bir alimimiz tərəfindən yazılan məqaləni diqqətlə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbanın ürəyindən qopan avazi-qüdsi və ruhanidir. Çox az alim tərəfindən izhar edilə bilən mütəvazehanə, lakin alicənabanə, doğrudan hadi-yanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifanə, fəzlanə, xudapəsəndanə kəlimatdır. Cənabi həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millət fazilləri öz elmi-hürriyyəti ilə aramızda artıq eləsin.Fəzilətli cənab Hadi əfəndi həzrətlərinin məqalələri ümumiyyətlə, gözəl yazılmışdır. Ancaq məqalələrin axırlarını eyni ilə qəbul etməkdə fikir və vicdanıma nə qədər dedim ki, “hər nə yazılmış isə çox əla, sənin xoşuna gəlmirsə, gəlməsin. Bəlkə həqiqət elədir. Hər sözü çəkib uzadıb peşindən düşmək “hüsn-zənnin” xilafıdır. Xüsusilə bu cür fazil rəbbatnilərin qabağında dinmək sənin həddin deyil…” Lakin nə çarə ki, belə zəif sözlər ilə məhkəmeyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddəi qüvvələr vicdanımın üstünə tökülüb dedilər: “Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq deməyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, bəlkə fəzilətdir…” İştə bu tövr bir mühakimə ilə vicdanıma məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cəsarət eləyirəm:
Dəmirçioğlunun Çənlibelə gəlməyiKoroğlu bir gün Qıratı nallatmağa aparmışdı. Gəzib-gəzib axırda bazarın lap qurtaracağında kamil bir nalbənd tapdı.Atdan düşdü, nalbəndə salam verib Qıratı onun qabağına çəkdi.
Vasya menşeviklər təsirindəNeçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.
Üçüncü hissə, 1Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?
Məhtaban 17Həlaku xan öz gözləri ilə Məmaliki görməsə də, pişvaza çıxan olmadığından onun necə qeyzləndiyini təsəvvürünə gətirirdi. Məhəbbət mütəqabil olduğu kimi, nifrət də mütəqabildir. Madam ki, az çox müvazinət tapan qohumluq pərdəsi son zamanlar bunca tənəzzülə düşmüşdü, deməli, dədə-baba düşmənçiliyi qarşı-qarşıya dura bilər, mübarəkbadlıq əvəzinə, dava-şava başlaya bilərdi. Yenə də döyüş təbilləri çalınar, beşikdəki körpələrin zəhr-bağırları yarılardı.İndiki gör-görüşün, mübarəkbadlığın qanlı qalmaqala çevrilməsi çalbığ Həlaku üçün də heç də faydalı deyildi. Çünki açıq savaş qohumluq körpüsünü tamam uçurar, müqabil düşməni vaxtından əvvəl ayıq salardı. Buna görə də Həlaku xan qohumunun evində hər necə soyuq sifət görsə də, çalışıb üzə vurmamalı idi, “Dilin altında zəhər damlaları gizlənsə də, gərək dilin ucundan bal axsın!.. ”.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
QuzuMəmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.
Bu xatirə Əcəmi dilindəndirGecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...
Əfəndi baba və beşaçılan tüfəngBiz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?
Dördüncü fəsilBakı stansiyasına çatdığı və şəhərin mənzərəsini uzaqdan gördüyü zaman onda başqa bir hal doğdu: – “Qoca Bakı, yenə qovuşdum sənə!” – deyə pıçıldadı. Moskvadan çıxdığını teleqramla xəbər vermiş olduğundan yaxın dost-aşna onu qarşılamağa gəlmişdi. Görüşdülər, matəm münasibəti ilə ona təsəlli və başsağlığı verdilər. Sonra oradan birlikdə evə gəldilər.Atası Ağamürsəlin həftəsi idi. Bir neçə gün təziyədarlıq və dostaşnanı qəbulla məşğul oldu. Sonra atasının qoyub getdiyi əmlak və sərvətin hesabına oturdu. Ağamürsəl son günlər ağır borca düşdüyündən mülklərinin bir çoxunu satmışdı. Həyatının son dəqiqələrində klubda qumar oynarkən yüz min manat uduzmuş, bir buruğunu da bir mədənçinin yanında girov qoymağa məcbur olmuşdu. Klubda oyun stolu üzərində bir əli ilə qədəhi dodaqlarına götürdüyü, o biri əli ilə də kartı açmaq istərkən ürək partlamasından vəfat etmişdi. Atasının bu qədər israfçı və belə faciəli ölümü Əşrəfi çox düşündürdü. O, əvvəlcə əyyaşlıq və səfaləti ataraq işə ciddi yapışmaq və atasının puç etdiyi sərvəti yenidən qazanmaq, buruğu girovdan çıxartmaq istədi. Ancaq Moskva həyatı bütün qüvvəti ilə onu özünə doğru çəkməyə başladı, o bütün əşya və əmlakını satıb Moskvada yaşamağa qərar verdi, çünki Bakı onu sıxırdı. Başqa sərvətdarların oğulları ilə rəqabət etmək iqtidarı qalmamışdı. Bu səbəbə görə Bakıdan tamamilə uzaqlaşmaq istəyirdi. Lakin o günlərdə Gülcahan xala ilə görüşməsi onu Moskva səfərindən daşınmağa məcbur etdi.