Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Töhfeyi-Sami, bölmə 169از احفاد شیخ محمد کججی است در این روزگار سر دفتر ارباب افضال و فهرست روزنامچه فرخنده مآل و پروانه درایتش بمهر جلال مختوم و از توقعیات اعمالش مأثر مرضیه مفهوم و از اقوام نزدیک امیر زکریای وزیر است و در زبان آوری و مجلس آرایی فی الواقع بی نظیر، مولدش از قصبه نطنز عراق است، و در خوش طبعی و سخنوری یگانه آفاق، این دو بیت از اوست :اگر گویم نهال قامتت دلجوست میرنجی
QərardadQabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?
Balaca felyetonVilson Amerika tərəfindən Türkiyəyə səfir tə’yin edilmişdir.*Türklər əlhəq ki, minnətdardır siz həzrətə
Tənqidat“İkinci il”Bu günlərdə çapdan tazə çıxmış “İkinci il” adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna idik. Çünki keçənlərdə, müsəlman məktəbləri üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşlar, burada mövcud, mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi sonunda məclisi ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu “İkinci il” idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surət ilə biz haman kitabı hələ çap edilməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, – bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi.
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Qorxuram“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”.Men həmişə bu haray-dadlan eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”.
Balaca mütəfərriqələr 8Qəribə mən vicudam, vallahi. Özüm də təəccüb edirəm: birdən heç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xeyir xəbər eşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə heç təəccüb etmək yeri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad edən!Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gedən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangi-rəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir versinlər... Pəh, pəh, pəh, nə gözəl fikirdi, Tanrı! Hesaba gələn şey deyil. Yer üzündə hansı bang bir belə bangi – şərifə müqabif gələ bilər? Heç biri! Bəs mən necə ruhül-ərvah oxumayım ki, cəmi müsəlman vilayətlərində mümkündür darülfünunlar və cürbəcür məktəbxanalar. Mən necə şad olmayım? Şad olsun məni şad edən!.. Siz tanrı, bircə dürüst diqqətlə hesab ediniz. Milyonlar milyonlar üstə və həmişəlik. Nə durmusan qulami-millət, başla ruhül-ərvahı. Mövlayi-mən...
XAxşamüstü idi. Adamlar sirkin kassası qarşısında toplanıb bilet alırdılar. O gecə yeni və gözəl nömrələr göstəriləcək idi. Xasay bilet almaq bəhanəsi ilə adamların içərisinə soxulmuşdu. Ancaq çox çalışdı, bir şey bacarmadı, axırda onu “xuliqan” deyə dümsükləyib qovdular. Xasayın bazarı tutmamışdı. Bir tərəfdə durub qəmli-qəmli düşünürdü. Bu zaman yaşlı bir qadın əlində sirk bileti onun yanından keçərkən Xasay bileti onun əlindən alıb qaçdı. Qadın arxasınca bağıra-bağıra qaldı... İçəridə oyun başlanmış, qadın getmişdi... Xasay biletini göstərib içəri girdi.Gecikmiş tamaşaçılar qapı ağzında toplanıb tamaşa edirdi, Xasay onların arasına soxuldu. Bu zaman təlim verənlərin birisi eşşəyin qulağından tutub səhnəyə gətirdi. Kiçik bir stol qarşısında durdular. Təlim verən üzünü tamaşaçılara tutub dedi:
V.A.UğryumiDünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
“Qruziya” qəzetinəGürcü parlamenti üzvlüyünə daxil olmağım münasibətilə “Qruziya” qəzetinin 30-cu nömrəsində çıxan “Hümmət” partiyasının təzə üzvü məqaləsinin müəllifi “Musulmaninə” cavabımı hörmətli qəzetəmizin sütunlarında çap etmənizi acizanə xahiş edirəm.Hal-hazırda bildirirəm ki, mən heç vaxt “müsavat” partiyasının üzvü olmamışam və İndi də üzvü deyiləm. Mənim Zaqafqaziya seymi üzvlüyünə namizədliyim “müsavat” partiyası tərəfindən deyil, onun bitərəf cinahı tərəfindən göstərilmişdir. Əksinə, mənim namizədliyim “müsavat” partiyası tərəfindən rədd edilərək onuncu yerə itələnmişdir.
AfyorizmlərQəribədir, əvvələr özgəyə quyu qazıyanda özün düşürdün, indi isə özgəyə quyu qazıyanda həm neft çıxır, həm də ora özgəsi düşür."Çıraq" öz dibinə işıq salmaz, amma okeanın o tayına salar.
XVMurtuzov geri-geri addımlayaraq öz otağına çəkildi, işləri qabağına töküb nəzərdən keçirməyə başladı. Bir az keçdi, qonşu otaqdan zəng səsi gəldi. O, qulaq verdi, raykom katibi Vahidov, Mehmana zəng edirdi. Murtuzov yavaşca ayağa durub astanadan o yan-bu yana boylandı, tez-tələsik özünü icraiyyə komitəsinə saldı. Kamilov təkcə oturmuşdu. O, əllərini boynunun ardında daraqladığı halda yırğalanır, astadan fişdırıq çalırdı.– Nə var, silistçi? – deyə o, iri əllərini boynu ardından çəkmədən ağzını çuval kimi açıb əsnədikcə əsnədi, – təzə nə xəbər?..
V fəsil, 1Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".
Bağçamızdakı payız meyvələrinin mənə dikilən xoşhal baxışları...Biz babamın dostu olan Hacı Yüzbaşının faytonunda Qızılbaşoğlu Alıgilin müşayiətilə getdik şəhərə. Evimizdə ilk qabağımıza çıxan adam, çiynində hansı qonşununsa səhəngi kəhrizdən gələn İman kişi oldu. O gülüb dedi:– Xoş gəldiniz!
Töhfeyi-Sami, bölmə 193وی هم از اولاد شاه صدر مذکور است و این مطلع را بخود نسبت میکند :بت صراف کافکندست طرح دلبری با من
Moizə– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.
Hindistanda vəba– Pəncab şəhərində əlli minə qədər insan vəba və taundan tələf olmuşsa da, ingilislər bir tədbir görmək istəməyir.*Nə qədər öldürə hind əhlini taun, vəba,
Ordan-burdan 22Tazə xəbərEşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur.
Qız məktəbindəMolla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:– Molla bacı, köynəyin mübarək olsun!
Çəhrəci XalaCənab Molla əmi!Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə – Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun ahş-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqlan yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığmı sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yanmçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri de budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri de bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara basdı ve yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini göıdünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sen elə bağlanmalısan, çünki pirlərə, ocaqlara ve biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan.
Balaca mütəfərriqələr 6Necə ki, ağasın sevən nökər şad olur ağası şad olanda və qəmgin olur ağasına bədbəxtlik üz verəndə, elə də qulami-millət Dərviş üçün toy-bayram olur milləti insaniyyət yolunda tərəqqi edəndə. Necə şad olmasın Dərviş?.. Pəh, pəh, pəh! Fəda olum sizə, ey sahibi-kəramət, səxavəti-millətpərəst ağalarım Məşədi Hacağa, Kərbəlayı Nemətqulu, Ağa Rəcəbəli, Kərbəlayı Şeyx Qulu və qeyriləri! Fikriniz dürüstdür, ağalarım: şüurlu oğul neylər ata malını, bişüur neylər... Dövlətimiz çox çoxdur, kifayətdir övladbəövlad. Allah daha artıq etsin! Yəqin bilin, ağalarım, siz rəhmət edəndən sonra adınız itməyib baqi qalacaq və həmişə sizə rəhmət oxunacaq, ələlxüsus indi duaçı, sonra rəhmət oxuyanlar siz bina etdiyiniz məktəbxananın şagirdləri olacaq və necə olmasınlar, küçələrdə axırı puç bisərüpa qalan uşaqlar elm oxuyub gələcəkdə adam olacaqlar. Dərviş ölənədək sizə duaçı. Təbrik edər bu gözəl, illər ilə gözlənən nicatxananı. Mübarəkdir! Ancaq qurban sizə, ağalar, bir azca tezcə olsun, çünki indi fəsli-bahardır. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı Dərviş öz sinəsindən icad edib?Xudaya pərvərdigara, bu xəbər yalan isə də doğru olsun, yoxsa qulami-millətin işi lap zayedir.
İki yoldaşNizaminin atası Böyük Vətən müharibəsi günlərində əsgər getmişdi. Əvvəlləri hər ay məktub göndərirdi. Məktublarında cəbhə həyatından, döyüş səhnələrindən, oradakı dostlarından yazır, evdəkilərin halını soruşurdu. Bir məktubunda da yazırdı ki, son döyüşlərdən birində qəhrəmanlıq göstərib, onu “Şərəf nişanı” ordeni ilə təltif ediblər. Hətta o zərfin içində döşündə “Şərəf nişanı” ordeni olan şəklini də göndərmişdi.Son məktubundan üç-dörd ay keçdi, ancaq Nizaminin atasından nə məktub gəldi, nə də bir xəbər. Nazim və anası hər gün həyəcan içində məktub gözləyirdilər.
Q.Edelmanın konsertləri haqqındaDemək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun.Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu.
QəndilBütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?
ElanlarAiləmi dolandıra bilmədiyimdən arvadın yanında keyfiyyətimi itirmişəm.Millət vəkiliyəm. Seçildiyim gündən yalnız öz şəxsi mənafeyimi güddüyümdən seçicilər arasında etibarımı itirmişəm.
XXIIIQaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?
V fəsil, 2Kənd itlərinin səs-küyü azalandan və çıraqlar öləziyib işıqlar seyrələndən sonra Həsən ağa qardaşı Şəmiddinin yanına getdi. Onlar hasara söykəndilər. Bir xeyli heç biri dinib-danışmadı.Şəmiddin başa düşdü ki, qardaşı nəsə çox ağır bir məsələdən söz açmaq istəyir. Dinmədi. Gözlədi. Xeyli sonra onun titrək səsini eşitdi.
Müsavat hökuməti və Nəcəf bəyin çomağıBir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.