Yağış suyu
İnsanlar gəldikcə ağıllanırlar.
Qabaqlarda xalq yağış suyunu bəyənmirdi. Gedib dağlardan bulaq suyu çəkib, şəhərə gətirirdilər. Belə axmaq işi də əlli-altmış il bundan qabaq Şuşa şəhərində görmüşlərmiş.
Rəhmətlik babaları bilməyiblər pulu hara məsrəf eləsinlər. Fikirləşib-fikirləşib, istəməyiblər guya ehsan olaraq bir yadigar qoysunlar. Xeyli pullar töküb, Turşsu dağlarından on səkkiz verst uzaqdan saxsı künəklər ilə xeyli ləzzətli dağ sularını çəkib, Şuşa şəhərinə gətiriblər.
Şəhərin hər bir məhəlləsində səliqəli su anbarları tikdiriblər ki, hər birindən neçə-neçə qırnalardan behişt suyu kimi dağ suyu şırıltı ilə tökülüb, camaatı sirab edirdi.
Hayıf-hayıf!
Xudəvəndi aləmə min şükürlər olsun ki, bu il Şuşa camaatının gözü açıldı və yağış suyunun ləzzətini necə ki, lazımdır anladı və başa düşdü.
Buna bais Şuşada bu il həmən bulaq suyunun lağımlarının və könəklərinin xarab olmağı idi. Mən özüm bu il Şuşa şəhərində idim. Gördüm ki, qanmaz camaat qırnaların qabağında səhərdən növbəyə durub, gözləyirlər ki, qablarını doldurub, aradan çıxsınlar. Amma çünki su qətrə-qətrə gəlirdi. Onun üçün də səbir sahibləri sübhdən növbəyə duranda axşam vaxtı deyinə-deyinə susuz qayıdırdı evinə. Çünki su gəlmirdi və mən özüm gördüm ki, bulağın qabağında bir yüz on yeddi övrət-uşaq növbəyə düzülübdür.
Bu hal bütün yayı davam etdi. Hərçənd rus dilində çıxan qəzetələrin birinə Şuşadan teleqraf çəkilmişdi ki, Allaha şükür olsun, bulaq suyu o qədər gəlir ki, daxi aşır-daşır. Amma vallah-billah mən ki, Şuşada idim, mən görmədim.
Yayın axırına yavuq Şuşaya bir gözəl yağış yağdı. Qurban olum Allahın rəhmətinə. Doğrudan ki, Allah taala həqiqətən Ər-rəhman ərrəhim imiş. Yəni çox bərk yağış yağdı. Axşamdan səhərə kimi. Bunun gözəl nəticəsi o oldu ki, daxi camaat bulağın qabağında boynu buruq durmaqdan bilmərrə əl çəkdi.
Amma vaqiən çox ləzzətli yağış idi. Çünki o yağışın suyundan mən özüm də içdim.
Cırcırama
“Molla Nəsrəddin”, 3 oktyabr 1925-ci il, №40
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yagis-suyu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O vaxtdan ki, biz “Qeyrət” mətbəəsində başlamışıq divar təqvimi çap eləməyə, bizə Bakı, Nuxa və Tiflis müəllimlərindən yüzdən artıq şikayət məktubu gəlib ki, nə səbəbə xaçpərəst bayramlarını biz qırmızı vərəq üstündə çap eləmirik.Müəllimlərin də giley eləməyə haqları var, çünki bu yazıqlar gecə və gündüz intizardadılar ki, kəlisa bayramları yetişsin və müsəlman uşaqlarını ötürüb, özləri də gəzib rahat olsunlar. Əlbəttə, əgər bu cür bayramlar qırmızı vərəq üstündə çap olunsalar, müəllimlər haman saat görərlər ki, bu gün bayramdır və uşaqları ötürərlər.
Molla NəsrəddinNankorluq yaxşı sifət deyil. Millətimizin bir neçə zəhmət və xidmətini danmaq təcrübəli yazıçımıza yaraşmasa gərək. Hərçənd hey eşidirik ki, Molla Nəsrəddin niyə həmişə öz millətinin qüsurunu yazır, amma ermənilərin, firənglərin, ingilislərin əskikliklərini heç yazmır, – deyirlər. Amma bunları zarafat hesab edirik, çünki biz millətimizi illər uzunu mədh edib durmuşuq.Bu dörd ildə müsəlmanlar çox şey qazandılar: müsəlman-erməni davası oldu, çox şəhərlər, kəndlər qazandıq. Hətta bu sayədə aclara yığılan puldan çox adamlar sərvət qazandılar.
QənimətAmma bu zalim Orenburq tatarlarının içindən qəribə şairlər törüyüb. Məsələn, ayıb olmasın, “Din və məişət” jurnalının birinci nömrəsində “Sədiqül-əmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
MətbuatMisirdə çıxan erməni qəzeti ”Yeni fikir”dən:İndiyə qədər osmanlı tayfalarının yekdigərindən mütəfərriq qalması məhzən “müsavat” sızlıqdan irəli gəlib, ya əfrad arasında şəxs etibarilə və ya tayfalar arasında irq etibarilə müsavatsızlığa dəlalət edəcək əhvalın cümləsi ittihadi-osmanlının qüvvətlənməsi əməlinə müxalifdir.
Başqa şairlərin şeirləri · Satira
Ar eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
Küpəgirən qarının qızlara nəsihətiQarı nənənin sözlərini sanma çərəndir,Canım, gözüm, ay qız!
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?
Məqsəd nədirİrzaxan, anlat, sükutundan nədir son məqsədin?Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in.