Yumşaq-quru
Mən qərib adam, pulum da yoxdur. Gedirəm çörək almağa, səngəkçi qabaqca soruşur: yumşaq istəyirsən, quru? Deyirəm quru. Görürəm şatır səngəki səliqə ilə bişirir, o tərəfini bu tərəfini qızdırır, tutur qabağıma ki, götür apar. Mən də olan qalan bir abbasımı verirəm, çörəyi dürməkləyirəm və bir dəqiqədə qovurqa kimi yeyirəm, genə ac qalıram.
Sabah genə getdim bir səngək istədim, genə çörəkçi soruşdu: yumşaq istəyirsən quru? Dedim qoy bu səfər “yumşaq” deyim, bəlkə bu səfər qarnım doya. Dedim yumşaq. Onda gördüm zalım oğlu şatır bir xəmir kündəsini yaydı, bir təhər burşaladı (məsələn, itə yal bişirən kimi), qoydu tərəziyə və bir-iki tikə də kəsdi, düzəltdi, verdi apardım yedim, doydum. Bəli, doydum, yəni möhkəm doydum. Amma qarnım şişdi və sancı elədi. Getdim davaxanaya, dava soruşdum, elə qiymət dedi ki, quruyub qaldım (amma davaxananın adını yadımda saxlamışam ha).
İndi ay müsəlman qarlaşdar, sizdən ikicə şey soruşacağam; biri budur ki, bilmirəm bu şəhərin sahibi var, ya yox?
Biri də budur ki, səngəkçi ki sizdən soruşur: quru verim, ya yumşaq verim, onda siz nə cavab verirsiz və mən nə cavab verim?
Amma dərdi-sər oldu, bağışla.
Qızdırmalı
“Molla Nəsrəddin”, 10 aprel 1921, №5
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yumsaq-quru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1. Tapmaca: tap görüm, nə səbəbdən qışın soyuq günündə bir para adamlar üşüyürlər, amma bir paraları heç üşümürlər?2. Bu gün qəzetlərin birində bir nəfər başıboş yazıçı yazmışdı ki, kino idarəsi biletlərin qiymətini yendirməlidir ki, camaata tez-tez kinoya getmək əlverişli olsun.
Zəng orada çalınmırAğahüseyn yoldaş günlərin bir günü “Molodoy raboçi” qəzetinin 15-ci nömrəsini alır əlinə ki, oxusun, buradaca yoldaşı yuxu tutur, huşa gedir və yuxuda görür ki, pedaqoji texnikumun müdiri P. Qasımov özü kimi bir əksinqilabçılar dəstəsi düzəldib, Şura hökumətini yıxmaq fikrindədirlər. P. Qasımovun əksinqilabçı yoldaşları bunlarmış:1) Müəllim Cəmobəy Cəbrayılbəyli, 2) müəllim Musaxanlı, 3) müəllim və şair Hüseyn Cavid.
Allah-taalanın sifətləri1) Allah-taala alimdir.Bu var ki, məlum deyil elmi kimdən təhsil edibdir.
8 Mart qadınlar günüBu gün, yəni martın səkkizinci günü beynəlxalq işçi qadınları günüdür. Digər tərəfdən də bu gün bütün islam aləmində rəmazan gecələri əhya ibadətləri əsnasında mömin müsəlman qadınlarının “Bikə, ya Allah” çağıran günüdür.Lakin bu heç bir-birini tutmadı: işçi qadın hara, əhya qadını hara?! Bu hal həmişəlik davam edə bilməyəcək; bu ola bilməyəcək ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr şirin yuxunu özünə haram edib, axirətdə qılman axtarmaqla məşğul olsun.
Başqa şairlərin şeirləri · Satira
Bəsdir, “mən, mən” söyləyib atıldığın meydana,Neçə qoltuq altına girdiyini saysana!
Yoxsa yoxBu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Qaç, at basdı! ("Qaç, oğlan! Qaç, at basdı! millət gəlir!")Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Ötüşdən çıxan bir cəmaət gəlir!