Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 2 / 3 · 33%

3

Axşam namazından, şam yeməyindən sonra əlində çuvaldız çarığını köşələyən Salman kişi ayar səsi eşitdi, əl saxladı, qulaq asdı:

– Fiəyətdə adam var, deyəsən. Gələn var.

Salman kişi pəncərəyə baxa-baxa, söz ağzından çıxar-çıxmaz qapı açıldı:

– Salman kişi, yatmamısan ki, səlaməleyk.

– Ay əleykəssəlam, Kablayı, buyurun, əyləşin.

– Kablayı dadaş, sizdən nə əcəb?

– Əcəb deyil, a Qara Fatma. Mən Salman kişini həmişə yoxlamışam, yoxlayacağam da. Tavarişlik düşməyinə baxma, mənim ürəyim ayrı cürdür.

Fatmanın ağzına gəldi ki, desin "vaxtında yoxlamadın, indi daha daldan atılan daş topuğa dəyər, atalar məsəlidi..." Fatmadan qabaq əri dilləndi:

– Allah əskik eləməsin.

Salman kişi razılıq etsə də, Fatma dinmədi, ayağa durub qapıya çıxdı. Nədənsə Fatmaya elə gəldi ki, Kabla Göyüş "bu daxmaya xeyir üçün gəlməyib."

Fatma həyəti cövlan edib ayrı adam olmadığını yəqin edəndən sonra içəri qayıtdı. Gözlənilməz vaxtda gəlmiş gözlənilməz qonağını diqqətlə dinləmək istədi.

Kabla Göyüş palaz üstündə oturmadı. Salman kişinin verdiyi döşəkçəni altına qoyub pəncərənin taxçasında oturdu. Oturan kimi də əlini atıb qurama pərdəni saldı.

Kabla Göyüşün gəlişi təkcə Fatmanı yox, Salman kişini də narahat etmişdi. O da bu gəlişi gözləməzdi. Ancaq soruşmağa da üzü gəlmirdi. "Bəlkə özü deyəcək!" - deyib fikirləşirdi. Kabla Göyüş bir papiros yandırdı, Salmanın ev-eşiyini diqqətlə seyr etdi. Bir az havaların quraq keç məyindən, İranda çəyirtgə törəməyindən, bu Allah bəlasının Muğan tərəfə keçməyindən, soldatların davadan qayıdıb gəlməyindən, müctəhid Ağaseyid Kazım ağanın təzə risaləsindən - oruc-namaz adabından, toxumluq buğdanın bahalaşmasından, bon pulun daha da qiymətdən düşməsindən... danışdısa da, Salman kişi bu mətləblərin heç birində vaxtsız qonaq gəlmək üçün bir zərurət, özünün Kabla Göyüşə müsahib ola biləcəyini kəsdirə bilmədi. Vücudundakı cürəti toplayıb Kabla Göyüşdən bir də soruşdu:

– Kablayı, nə əcəb gecə vaxtında bizi yada salıb, bu kasıb daxmasına təşrif gətirmisiniz. Xeyir ola?

Kabla Göyüş, sanki, Salman kişinin bu sualını gözləyirdi. O yanbu yana nəzər saldı, səsini dəyişib mehriban, məhrəm bir ahəng ilə əsas mətləbi danışmağa başladı.

– Salman kişi, mən səni, Fatma da qoy eşitsin... mən səni mömin adam, Allah adamı bilirəm, yəqinimdi ki, elə də var!

– Allah ömür versin!

– Mömin adam bilirəm və buna da inanıram. Sən də qulaq as, Fatma! Sözümün canı var! Salman kişi, sən axundların, vaizlərin yanında oturub-durmusan, mənə bir de görüm, özgənin yerini qəsb eləyən adamın oruc-namazı dürüst olar, ya yox?

– Xeyr, Kablayı, şəriət haram buyurub. Özgənin yerində ibadət batildir! Olmaz!

– Batildir?

– Bəli, batildir!

– Ay atan oldu rəhmətlik! O gədə var ey, bu ildən göndəriblər bura mirzəliyə ha?

– Mirzə Məhəmməd?

– Hə, Mirzə Məhəmməddi-nədi. Kənddə haray salıb ki, mülk sahiblərinin yerini ona-buna bölüşdürək gərək!

– Mən də eşitmişəm, şəhərdən o cür xəbər gəlib!

– Şəhərdən ayrı cür xəbər gəlib. Şəhərdən böyüklərə, ispalkomlara tapşırıblar, kəndliyə torpaq versin! Yəni harda boş yer var verin, qoyun əksinlər. Amma deməyiblər ki, Kabla Göyüşün ata-baba torpağını əlindən alın hərraca qoyun!

– Əlbəttə, elə deməzlər.

Kabla Göyüş hirsləndi:

– Bu köpəkoğlu lap ayrı söz danışır.

– Xeyr, Kablayı, cürəti nədi, ayrı söz danışa!

– Yox, danışır. Başın üçün danışır!

– Xeyr, canım, elə deməzlər!

– Biri sənin özün, Allah bəndəsi, pak, pakizə, halal-haram bilən adam. De görüm, sabah sənə desələr, gəl bu kişinin sulu yerlərini götür, götürərsən, ya yox?

– Xeyr, Kablayı, mənə sənin yerin nə lazım, bu nə sözdür!

Fatma söhbətə qarışdı:

– Hökumət verəndən sonra nə deyəcəksən!

Kabla Göyüş Fatmaya qışqırdı:

– Səfih söz danışma, ay arvad, hökumətə deyə bilməzsən, mənə ayrı yerdən torpaq ver? Kişinin malı mənə lazım deyil!

Salman kişi onun sözünə qüvvət verdi:

– Bəs nədi, mənə özgənin yeri lazım deyil. Boş yerlərdən götürmək olar.

Fatma ərini başa saldı:

– Boş yerdə toxum bitər, bəyəm, a kişi?

– Bitirərsən, bitər!

Kabla Göyüş Fatmaya tərəf qəzəblə nəzər salandan sonra dönüb Salman kişinin gözünün içinə baxdı və barmağını silkələdi:

– Bax, belədi ha! Bizim müsəlmanın dini-imanı laxlayıb! Çoxdan laxlayıb. Sənin kimi Allah bəndəsindən çox şey asılıdır. Sabah o gədə səni fitnə-fəsada çağıranda gərək getməyəsən. Gərək şeytana uymayasan. Gərək şəriəti, dini ayaqlamayasan! Mən bunları niyə deyirəm, Salman kişi? Ona görə deyirəm ki, aralığa yenə qalmaqal düşməsin. Allah şeytana lənət eləsin. Qoy Fatma da eşitsin: sənə yer lazımdır, özünə əkintikin eləmək istəyirsən, mənə de! Mən Kabla Göyüş, Hacı Kazım oğlu Kabla Göyüş, atama lənət, əgər səndən əsirgəsəm. Odur, dəyirman altındakı zəmilər. Götür əkin, halal xoşun. Lap çatmayanda beş gün-üç gün kotanımı da verim. Kasıb Allah bəndəsisən, bir tikə çörək sahibi olarsan, mənə də xoş olar, Allah da razı olar, sözməsəli. Amma, Salman kişi, onda ki, gördüm dərənin zemlemerini, ya mirsini yanına salıb mə nim çəpərimə gəlmisən, mərzimə ayaq basmısan, tavarişliyə salmaq istəmisən... onda daha özün bil. Onda körpü qalacaq çayın bu tayında. Onda daha, necə deyərlər, altda qalanın canı çıxsın...

Bu sözləri deyəndə Kabla Göyüşün həm dili titrədi, həm rəngi qızardı, həm də xurmayı papaq altından parıldayan gözləri alacalandı.

Salman kişi də, Fatma da Kabla Göyüşün sözlərinə qulaq asır, susurdular. Kabla Göyüş qabağmdakmdan cavab eşitmədikcə havalanıb danışır, sözlərinin axırını da aparıb imam-peyğəmbərə, şəriətə, Qurana bağlayırdı.

Salman kişidən səs çıxmasa da, Fatma dilləndi:

– Kablayı qardaş, bizim sənin nə yerində, nə suyunda gözümüz var. Allah özünə qismət eləsin, biz nə yer alanıq, nə də verən.

– Əlbəttə, əlbəttə.

Salman kişi Fatmanın sözünü təsdiq etmək istəyəndə Fatma ona çımxırdı:

– Dayan bir, kişi, qoy sözümü qurtarım. Allah özünə qismət eləsin, ancaq bu mətləbləri get şəhərdə damş. İspalkomlarm, kombedlərin, ağranomlarm yanında danış. Bizə niyə deyirsən bunları, a bəy?

Fatmanın sözü o qədər də acıq gəlməzdi, Kablayı Göyüşə "bəy'' deməsə idi. Bəy sözü Kabla Göyüşə bir güllədən ağır idi:

– Ay arvad, yəni bu məqamda mənim ayrı işim, yaxşılığım yada düşmür bəylikdən başqa?

– Bəyliyiniz də təki həmişə olsun, nə deyirəm!

– Yox, Fatma arvad, bilirəm, nə deyirsən, yaxşı bilirəm!

– Kablayı, o avamdı, qulaq asma!

– Avam kimi danışmır. Özünə görə danışmır axı! Lap cinatdel kimi danışır! Baxırsanmı bir, a kişi!

– Bənd olma!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 dəq
Marksın dostu

Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.

19316 dəq
Almas gəldi

– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:

19314 dəq
Azad qız

Qara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.

19325 dəq

Başqa şairlərin şeirləri