Baba Pünhan
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Yetişir dövrü-zühur, haqq taraz üstə gəlir,Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.
Barmağa dünya dolanıbDəyişib dövri-zaman, dövrə müəmma dolanıb,Pisə mənsəb verilibdir, düzə «əmma» dolanıb.
İdyot medlenno, medlennoAzerbaydjan v novıy vek idyot medlenno, medlenno,Kto imenno ne znayu, vedyot medlenno, medlenno
Zəncirə ehtiyacı varÇərxi-fələk çəkir sola təmirə ehtiyacı var,Çərxin oxunda qalmağın təkbirə ehtiyacı var.
Gözlərinə nəm tökülübBu nə aləm ki, bura aləm olub cəm tökülüb,Burda bir şəm yanıb, nuruna aləm tökülüb.
Başda baş bədənsiz olarXəzanə dönsə bahar, bağ yasəmənsiz olar,Fəraqdən batar bu bağ, yasə mənsiz olar.
Adəm gedim insan giləKüsmüsən canandan, ey can, dur gedək canan gilə,Bir də heç vaxt olmayaq mehman, şəbi-hicran gilə.
Vətənimdir(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.
Yetmiş il keçdi(Bəhri-təvil)Yetmiş il keçdi nə keçdi, o da bir işdi bizim əlimizə düşdü və nəhayət dolanıb təxti-Mixailə yetişdi, bu qaban oğlu qaban da yenidənqurma deyib xalqa girişdi və girişdi nə girişdi, zamanın çərxi dəyişdi.
Ümumi dövlət olsunQoy olsun, olsun, olsun, şan ilə şöhrət olsun,«Cip»imdə madmazellər, cibimdə rüşvət olsun.
Ən yaxşı yol...İlahi, bu nə qəmdir, nə zülümdür?Ölən bülbülümdür, solan gülümdür.
Bakıda kişi çoxalıbYerevan kəşfiyyatının agenti Artavası keçən ay Bakıya göndəriblər ki, get bir az məlumat topla gətir. Baxmayaraq ki, mütəmadi olaraq mərkəzi qadın bərbərxanasında işləyən agent Sirr-Anuş bizim sirləri hər gün Yerevana çatdırır, amma bu dəfə Artavasın əlinə fotoaparat da veriblər ki, əhalinin şəkilini çəksin. Mən də o gündən qorxuya düşmüşəm ki, bu alçaqlar birdən Novruz bayramında terror-zad eləmək istəyərlər.Sonra yadıma düşüb ki, yox, böizim KQB okeanın o tayında, hətta balıqların da bilib susduqları işləri aça bilirsə, ermənilərin terror törətmək niyyətlərini bilmək onlar üçün «ikruşka»dır. Və sakmtləşdim. Bəli, Artavas keçən ay Yerevandan əlində fotoaparat «Po-plostunski», yəni sürünə-sürünə üzü Bakıya tərəf yola düşüb. Bir aya yaxın sürünən agent yollarda heç kəsə rast gəlməyib. Bakıya çatanda görüb ki, ay dadi-bidad, bütün Azərbaycan burda imiş ki. Və urusun verdiyi bombalardan bircəciyinin bu əhaliyə bəs edə biləcəyinə sevinib.Deyirəm, gör bizdə zəhmə bax ki, o boyda Bakıya qədər sürünüb və bura çatanda heı qorxusundan ayağa da durmayıb ki, fərli – başlı şəkil çəkə bilsin. Şəkilləri elə uzanan yerdə çəkib. Lazımi adamlarnan görüşəndən və lazımi obyektlərin şəkillərini çəkəndən sonra qohum-əqrəbası onu Binə aeroportundan yola salıb. Yerevanda şəkilləri çıxarıb görüblər ki, bu nədir, şəhərin hansı bir nöqtəsində şəkil çəkiblərsə, adamların hamısı kişi çıxıb. Qalıblar çaş-baş ki, bəs bunların qızları, arvadları necə oldu. Düşüblər qorxuya (hə, belə qorxarsız, a!) Az sonra mənim özünümü də fikir götürdü. Axı bizdə bu qədər kişi yoxdur. Olsaydı, yəqin ki, Qarabağı çoxdan alardıq. Əşi, birdən-birə adıma nə düşsə yaxşıdır. Axı bu zalım oğlu şəkilləri uzanan yerdə çəkib. Camaatın şəkli beldən aşağı düşüb. Axı, bizdə də hamı şalvar geyinir. Deyirəm, heç özümüzün də xəbərimiz olmadan erməninin gözünü qorxutmağın üsulunu əla tapmışıq.
Köçəryanın yuxusuSon zamanlar ermənilərlə bağlı yuxular görməyə başlamışam. Hərdən eləsin görürəm ki, vallah yazmağa da, danışmağa da qorxuram. Deyirəm, Allah eləməmiş, səlahiyyətli bir adamın beyninə düşər ki, verin bunu məhkəməyə, yuxusunda erməni görür. Amma açığını deyim ki, birinci yuxumu qəzetdə yazanda məni heç tutub eləmədilər. Sonra öz-özümə fikirləşdim ki, əşşi, yuxuya görə adam tuturlar?Yuxuda görmüşdüm ki, Qarabağ əvvəlki kimi yenə bizdədir. Və yenə erməni-müsəlman qardaşcasına bir yerdə yaşayır. Amma Qarabağın ayrı-ayrı rayonlarına hələ icra hakimi təyin olunmayıb. O yerlərə adam tapmağı guya tapşırıblar mənə və qarşıma belə bir şərt də qoyublar ki, əmin-amanlığın qorunması naminə həmin adamlar yarı erməni, yarı azərbaycanlı olmalıdır. Mən də radio vasitəsilə belə bir elan verirəm ki, hansı azərbaycanlıda erməni qanı varsa, səhər saat 10-da gəlsin filan binanın qabağına, amma ürəyimdə fikirləşirəm ki, axı bu nə işdir, tapşırdılar mənə. Bakıda belə adam yoxdur axı?! Təmiz ermənilərin olduğunu bilirdim. Onu televizorda dəfələrlə eşitmişdim. Amma qarışıq... nə bilim. Səhər saat 10-da dediyim yerə gələndə gördüm burada o qədər adam var ki, gəl görəsən. Adamları aralaya-aralya elə birinci mərtəbənin eyvanına çıxıb, tribuna əvəzi ordan danışmağa bşladım. Dedim, ay camaat, doğurdanmı siz hamınız o mən deyənnəsiz? Yerlərdən qışqırdılar ki, bəli, bəli. Lap elə sən deyənnənik, heç ora-burası yoxdur. Hərə cibindən bir sənəd çıxarıb başı üstündə yelləməyə başladı. Biri dedi, atam ermənidir, o biri dedi xalis erməniyəm. Özü də hamısı samballı yerlərdə işləyən adamlar idi. Dedim yəqin bunlar məni ələ salırlar. Başladım bir-bir sənədlərini yoxlamağa. Gördüm düzdür. Amma inanmadım. Dedim sənədləriniz saxtadır. Vəzifə xatirinə düzəltdirmisiniz hamınız, yalançısınız. Gördüm izdiham yavaş-yavaş yeriyir üstümə. Aradan çıxmaq istədim, alınmadı. Tutub məni o qədər döüdülər ki, ayılanda gördüm çarpayıda yox, yerdəyəm. Başım da partdaq-partdaqdır. O gündən sonra yenə ermənilərlə bağlı bir neçə yuxu gördüm. Amma sırağagün gördüyüm yuxunun qəribliyi indiyəcən məni öz təsirindən saxlaıb. Dedim qoy qəzetə yazım ki, bəlkə bir yozan tapıldı.
Bilmədim sən bilmisənMən sənə biganə qaldım, bilmədim sən bilmisən,Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.
BakıSentyabr gələni gündə tutur yası Bakı,Bakı məktəblisinin yoxdur əlifbası Bakı.
Qocalmaz heç biriOlmasa hal əhli ilə bil ki, qalmaz heç biri,Qalmağından fayda olmaz, çünki olmaz heç biri.
Çar həmən çardırMən bilirəm çəkdiyin çar həmən çardır,Yorma özün boş yerə kar həmən kardır.
Humanist xanımBir kişi, yubkasının qabağında və arxasında çox biabırçı razrezi olan xanıma yaxınlaşıb onu pərt eləmək məqsədilə deyir:– Xanım, yubkanızın qabağındakı razrezi başa düşdüm, amma arxasındakını yox.
Doyan bu rəhmətlik kimi olarNeçə ildir ki, yan-yörəmi tikirlər. Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram. Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma danışmırdım.Söhbətin bir yerində dözə bilməyib qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?". O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır. Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər, gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar. Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.
Eşşəyi MəmmədhəsəninSən gələn gündən ölüb eşşəyi Məmmədhəsənin,Qalmayıb sən demə heç bir şeyi Məmmədhəsənin.
Bu adam, bizim adamdırGözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,Yediyi tamam haramdır, bu adam bizim adamdır.
Səbəbkarə şükürBorc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.
Torpağı ehsanlıq olarMin günahın cavabı həşrdə bir anlıq olar,Cəmi bir anın içində hərə bir yanlıq olar.
Saqqalı məxmər kimidirNə qədər ki, bizə korrupsiya rəhbər kimidir,Qarabağ söhbəti dəryadakı ləngər kimidir.
Gürzə ilannan gedirikBu yeni eraya biz bir quru cannan gedirik,Amma ki, zurna-qavalnan, balabannan gedirik..
Ötdü cavanlıq QarabağCanavar nəslinə sərf etdi dumanlıq QarabağKi, ola onlara hər dəmdə yavanlıq Qarabağ.
Qanlı bir səhradı buGöz yaşım leysan olub səhrada bir dəryadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Qalacaq izim, Əzizim!Qarışıb bu məmləkətdə, yalanım düzüm, Əzizim,Utanır üzüm deməkdən, Qarabağ bizim, Əzizim,
Nəyimə gərəkdir Qarabağ?!İki bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,Bura dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.
Boyunlar darə öyrəndiBizə dərd üz verən gündən, hərə bir çarə öyrəndi,Bakı köç etdi bulvardan, gələn bulvara öyrəndi.