Vətən yazıq

Solubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.

Baba Pünhan19991 dəq
Sahil qara gündə

Ay örtdü günü, qaldı günüm bil, qara gündəGün qarə olan ildə olar il qara gündə.

Baba Pünhan19991 dəq
Xalis duzdu ki...

Hər nə ki, qəlbindədir, ruyində bu biruzdu ki,Üz gözündən bəllidir xain ürək bumbuzdu ki.

Baba Pünhan19991 dəq
Formanı neynəyirsən?

Dərdi verən dərmanı neynəyirsən?Mərdi qovan fərmanı neynəyirsən?

Baba Pünhan19991 dəq
Kəlmədə məna yükü var

Necə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.

Baba Pünhan19981 dəq
Misli yoxdur təkliyin

Sən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,Haqq ilə yüksəldiyiyinçün, enmədi yüksəkliyin.

Baba Pünhan19991 dəq
Şam ağlasın

Xalqımın bayramıdır, boş süfrədə şam ağlasın,Bayramın axşamına, sübh gülsün axşam ağlasın.

Baba Pünhan19981 dəq
Mail tək ağsaqqal kimi...

Dördü qəm çiynimdə, hey ömr eylərəm hambal kimi,Bax, bu hamballıq yazılmış alnıma iqbal kimi.

Baba Pünhan19961 dəq
İt günündə

Dilimizdə itə bağlı çoxlu ifadələr işlənir. Məsələn «it günündə yaşayırıq» «it yiyəsini tanımır», «it itin aağını basmazh» «itin yadına daş salma», «it aparan olsun» və s. Güzəranımız itin güzəranına yaxınlaşdıqca, bu ifadələr leksikonumuza daha çox daxil olur. Və «it insanın dostudur» deyimi, tədricən «İt Azərbaycan xalqının günüdür»ifadəsinə çevrilir.Bütün bu fikirlər məni «it günündə» rədifli bir şer yazmaq ehtiyacında qoydu. Və yazdım.

Baba Pünhan6 dəq
No... olub ala?!

Qatmısan sən gənə də malı mala, no..olub ala?Qazıyırsan ayağım altda çala, no.. .olub ala?

Baba Pünhan20001 dəq
Evdə oğlan qalmışıq

Biz fəna mülkün tutub təxtində sultan qalmışıq,Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.

Baba Pünhan20001 dəq
Yoğunlar arasında

İllərlə ömür sürdük azğınlar arasında,Doymaq sifəti yoxmuş quzğunlar arasında.

Baba Pünhan20001 dəq
Hamam olmasın, küçə olsun

Qədimlərdə oğlan üçün qızı hamamda bəyənər-dilər, onun hər bir əzasının yerli-yerində olduğuna arxayın olmaq üçün. Deyirəm, şükürlər olsun ki, hamamların, saunaların belə bahalı vaxtında bir çox gələcək qayınanalar indi elə küçədə, metroda, avtobusda qız seçmək imkanına malik olublar. Lap qödim dövrdəkindən də artıq. Çünki o vaxt, "fitə" ilə çimdiklərindən çox yerlərini görə bilmirdilər. İndi maşallah, ürəklərindən başqa hər yerləri görsənir.

Baba Pünhan1 dəq
Univermaqda qatar

Bir nəfər Mərkəzi Univermaqda camaatın get-gəl yerində 15-20 dəqiqə o yan-bu yana baxa-baxa dayanandan sonra deyir:– Pah atonnan, bu zəhrimar harda qaldı görəsən?

Baba Pünhan1 dəq
Dialoq nədir

– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.

Baba Pünhan1 dəq
Tərpəndi, ya tərpənmədi?

Titrəyib yer tərpənəndə bilmirəm insanların,Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Baba Pünhan20001 dəq
Şalvarımız evdə qalıb

Bizi çox dərinə çəkmə, arımız evdə qalıb,Üzümüz sürtülüb, həm astarımız evdə qalıb.

Baba Pünhan20011 dəq
İtlər ki, karvanındadır

Hərbdən qorxmaz o kəs ki, qeyrəti qanındadır,Düşmənindən intiqam almaq onun canındadır.

Baba Pünhan20011 dəq
Türkmənbaşı

Sən fələkdən qorx, ətəkdən tök daşı türkmənbaşı,Öylə bilmə dahi sənsən, biz naşı türkmənbaşı.

Baba Pünhan20021 dəq
Altımız üstdən bilinir

Adamın yaxşısı yaxşı, pisi pisdən bilinir,Necə ki, düz cavabın qiyməti testdən bilinir.

Baba Pünhan20011 dəq
Pulun göstərir

Get-gedə dövran özü insanların,Dəymişi halında kalın göstərir.

Baba Pünhan20011 dəq
Əntər "obezyan" necədü?

Görən heyvanxanada indiki dövran necədü?Görəsən fərqdə insan ilə heyvan necədü?

Baba Pünhan20011 dəq
Kilkə

Bir sümük, bir dəri olsan da qədimdən, kilkə,Bu çətin gündə mənim tutdun əlimdən, kilkə.

Baba Pünhan19961 dəq
Oruc tutmuşam

Bir gözələ baxmaram, gözdən oruc tutmuşam,Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.

Baba Pünhan19971 dəq
Yurda-burda

Qonaq gəlib qonaqdı yurda-burda,Nə tazə, nə yamaqdı yurda-burda.

Baba Pünhan19971 dəq
Badi-səbadan qeyri

Bizdə hər şey satılır, bircə həvadan qeyri,Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.

Baba Pünhan19971 dəq
Zəhr dilindən bal apar

Sözümü salma yerə, çıxdı dilimdən al apar,Bulud ol, yağdır onu, çör-çöpü üzdən lal apar.

Baba Pünhan19981 dəq
Az.TV

Bu riya dünyasına ən yaxşı meydan Az.TB.Ev qurub antennasında sanki şeytan Az.TB.

Baba Pünhan19971 dəq
Hamı cığal içindədir

Əl əli, əl də üz yuyur – ölkə zaval içindədir,İynə çuval içindədir, xəlq sual içindədir.

Baba Pünhan19971 dəq
Erməni arvadı var

Səndə Çaplindən füzun, artistlik istedadı var,Əsl artist sənsən, o Çaplinin ancaq adı var.

Baba Pünhan19991 dəq