Xalq ədəbiyyatı
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi. Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı. Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı. Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı. Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi. Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin. O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur. Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:Gəl sənə söyləyim, bəzirganbaşı,
Koroğluynan Ərəb ReyhanKoroğlunun Ərzincandan sağ-salamat qayıdıb gəlməyi Çənlibeldə toy-bayram oldu.Elə bil ki, dəlilərin ürəkləri yerinə gəldi. Əhvalatı, necə ki, Aşıq Cünun gəlib xəbər gətirmişdi, Koroğluya danışdılar.
Koroğluynan AyparaKoroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ. Eyvaz gəlib çıxmadı. Koroğlu çox darıxıb durub gəldi Qıratın yanına, sazını kök eləyib görək nə dedi:Qurban olum qara telə,
Koroğluynan bəylərKoroğlu bir gün dəlilərinə deyir:– Dəlilərim, mənim səfərim var.
Ayaqlaşa bilmirdiTeymur Ləng bir gün Mollanı cıdırda iştirak etmək üçün dəvətedir. Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub meydana gəlir.
MüqəddiməBİSMİLLAH İR-RƏHMAN İR-RƏHİM VƏ BİHİ NƏSTƏİN**Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyundan, Qorqut ata deyərlər, bir ər qopdı. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə, olurdı. Qayibdən dürlü xəbər söylərdi. Haq Taala anın könlünə ilham edərdi.
Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edərDUXA QOCA OĞLI DƏLİ DOMRUL BOYINI BƏYAN EDƏR, XANIM HEY!Məgər xanım, Oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, “Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənfimlə savaşa, - derdi; mənim ərligim, bəhadirligim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana”, - derdi.
Basat Təpəgözü öldürdügi boyı bəyan edərMəgər, xanım, bir gün Oğuz oturarkən üstinə yağı gəldi. Dün içində ürkdi, köçdi. Qaçub gedərkən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. Oğuz genə əyyamla gəlüb, yurdma qondı. Oğuz xanın ilqıçısı gəlüb xəbər gətürdi. Aydır: “Xanım, sazdan bir aslan çıqar, at urar, apul-apul yüriyişi adam kibi. At basuban, qan sümürər”.Aruz aydır: “Xanım, ürkdigimiz vaqtm düşən mənim oğlancığımdır, bəlkə?” - dedi. Bəglər bindilər. Aslan yatağı üzərinə gəldilər. Aslanı qaldırıb oğlanı tutdılar. Aruz oğlanı alub evinə gətürdi. Şadılıq etdilər. Yemə-içmə oldı. Amma oğlanı nə qədər götürdilərsə, durmadı, gerü aslan yatağına vardı. Gerü tutub gətürdilər.
Dağlar qoynunda, qoynundaMəni binadan bəslədi,Dağlar qoynunda, qoynunda.
Çağır gəlsin dən, KoroğluÇünki oldun dəyirmançı,Çağır gəlsin dən, Koroğlu.
Meydan başınaQıratım kişnəyib girər,Atılar meydan başına.
Meydandan məniYagı duşmanın hərbəsiQaçırtmaz meydandan məni.
Nigar, Çənlibel budu, buÇiskinli dağların başı,Nigar, Çənlibel budu, bu!
Qara deyilmiMənə qara deyən gözəl,Qaşların qara deyilmi?
Ərzurumun bazarına varandaƏrzurumun bazarına varanda,Məqamda düşmanı atmağın gərək.
Gündü buMərd igidlər, dava günü gəlibdi,At sürüb meydana çıxan gündü bu.
Mənmi qocalmışam, ya zəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
Bizdən salam olsun Ərəb paşayaBizdən salam olsun Ərəb paşaya,Səndən istədiyim bir zənan ola.
Koroğlunun İstanbul səfəriKoroğlu Dəli Həsənlə arxa-arxaya verib Çənlibeldə yurd-yuva salmışdı.Tay iş gəlib o yerə çatmışdı ki, Çənlibelin həndəvərindən bir karvan da keçə bilmirdi. Koroğlunun adı bütün aləmə yayılmışdı.
Həmzənin Qıratı aparmasıBolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər.Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər.
Aşı mollanın, başı mollanınBir gün molla çayın kənarında əyləşmişdi, gördü ki, suyun üzü ilə çay axını bir neçə motal üzüb gəlir. Tez soyunub girdi suya, motalların ikisini tutdu, ikisi də ona yaxınlaşdı.Molla əlindəkilərin hərəsini bir ayağına keçirtdi, yaxınlaşan iki motalı da tutdu. Gördü ki, uzaqdan bir motal da gəlir, əlindəkilərdən birini dişinə alıb onu da tutdu. Bu zaman suda bir motal da göründü. Ancaq molla nə qədər can atdısa, altıncı motalı tuta bilmədi.
Uşun Qoca oğlı Səgrək boyını bəyan edərUŞUN QOCA OĞLI SƏGRƏK BOYINI BƏYAN EDƏROğuz zamanında, Uşun qoca deyərlər, bir kişi vardı. Ömründə iki oğlı vardı. Ulu oğlının adı Əgrək idi. Bahadır, dəlü, yaxşı yigid idi. Bayındır xanın divanına qaçan istəsə varır-gəlürdi. Bəglərbəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan önində oturardı. Kimsəyə iltifat eyləməzdi.
İç oğuza daş oğuz asi olub Beyrək öldügi boyı bəyan edərİÇ OĞUZA DAŞ OĞUZ ASİ OLUB BEYRƏK ÖLDÜGİ BOYI BƏYAN EDƏRÜç Oq, Boz Oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı.
Bizim ellər yerindəmiGöydən gedən beş durnalar,Bizim ellər yerindəmi?
Siz o yandan, mən bu yandanMisri qılınc alın ələ,Siz o yandan, mən bu yandan!..
BənzərsənÜç yaşından beş yaşına varanda,Yenicə açılan gulə bənzərsən,
Paşa, sənə nişan verim QıratıPaşa, sənə nişan verim Qıratı,Əbrişim ipəkdən yalı gərəkdi.
Meydana girəndəNərə çəkib mən meydana girəndə,Varmı meydanıma gələ pəhlivan?..
SultanımQoç quzudan quzu törər qoç olar,Qoçaqlardan qoçaq olur, sultanım!
Koroğlunun Rum səfəriAşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.