Saçların dağnıqmıdır, aləmmi, ya karım mənim?Qönçədən ağzınmı dar, ya qəlbi-qəmxarım mənim?

Gecə, ya qəlbimmidir, halımmı, ya xalın qara?Bal şirin, ya ləblərin, ya şəhdi-gövtarım mənim?

Ayla Gündür nur saçan, fikrimmi, ya hüsnün sənin?Tez dönən bəxtimmi, ya əhdin, ya rüzgarım mənim?

Əyilən vədənmidir, rəyinmidir, yoxsa belim?Sözlərin boşdur, güləkmi, yoxsa əşarım mənim?

Pərvin - ülkər yaxşımı, dürrü-sədəf, ya dişlərin,Qamətinmi, sərvmi düzdür, ya əfkarım mənim?

İsmətin, səbrimmi kəm, yoxsa gözəllərdə kərəm?De, sənin lütfünmü çox, ya dərdim, azarım mənim?

De, fələk çox qan tökür, sultan qılıncı, ya gözüm?Nazü qəmzəndir iti, xəncər, ya bazarım mənim?

Məqtə — şairin təxəllüsü olan son beyt. Qəlb açan vəslinmidir, yoxsa mənim şerim, sözüm,Can yaxan hicrinmidir, yoxsa bu ah-zarım mənim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran