Ürəkdən gəlməyən sözünBir ucu ürəkdə qalır.Bir çöp kimi, tikan kimiOrda çürüməkdə qalır.

Az qalır səni çürüdə,Ağrısını kim kiridər?!O ağrı içdiyin suda,Yediyin çörəkdə qalır.

Sən torpağa bürünəndə,Yaxşı-pisin ələnəndə,Min-min sözün ələnəndə,Tək o söz ələkdə qalır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri