Qorxuram ("Payi-piyadə düşürəm çöllərə")
Payi-piyadə düşürəm çöllərə, –Xari-müğilan görürəm, qorxmuram.Seyr edirəm bərrü biyabanları, –Quli-biyaban görürəm, qorxmuram.Gah oluram bəhrdə zövrəqnişin, –Dalğalı tufan görürəm, qorxmuram.Gəh çıxıram sahilə, hər yanda minVəhşiyi-ğürran görürəm, qorxmuram.Gah şəfəq tək düşürəm dağlara1, –Yanğılı vulkan görürəm, qorxmuram.Gəh enirəm sayə tək ormanlara, –Yırtıcı heyvan görürəm, qorxmuram.Üz qoyuram gah neyistanlara, –Bir sürü aslan görürəm, qorxmuram.Məqbərəlikdə edirəm gəh məkan, –Qəbrdə xortdan görürəm, qorxmuram.Mənzil olur gəh mənə viranələr, –Cin görürəm, can görürəm, qorxmuram.Bu küreyi-ərzdə mən, müxtəsər,Müxtəlif əlvan görürəm, qorxmuramXarici mülkündə də hətta gəzibÇox tühaf insan görürəm, qorxmuram.Bu küreyi-ərzdə mən, müxtəsər,Müxtəlif əlvan görürəm, qorxmuram.Leyk, bu qorxmazlıq ilə, doğrusu,Ay dadaş, vallahi, billahi, tallahi,Harda müsəlman görürəm, qorxuram!....Bisəbəb qorxmayıram, vəchi var:Neyləyim axır, bu yox olmuşlarınFikrini qan-qan görürəm, qorxuram,Qorxuram, qorxuram, qorxuram!....
Kitabxana.az · https://kitabxana.az/works/sabir-qorxuram-payi-piyade-dusurem-collere
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Moldayı, salmadı el dil boğaza…Eybi yox, gərçi qoyulduq loğaza,
Neçin verməyir? ("Bircə bu məşrutəni şah neçin verməyir?")Bircə bu məşrutəni şah neçin verməyir?Gah verir filməsəl, gah neçin verməyir?
Nədir, aya, yenə üsyanları iranlıların?Nədir, aya, yenə üsyanları iranlıların?Başladı cünbüşə tüğyanları iranlıların,
Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ceyran gözün, qarışqa xətin, kakilin ilan!