Ey alnın ay, üzün günəş, ey qaşları kəman,Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.

Alma çənən, çənəndə zənəxdan dərin quyu,Kirpiklərin qamış, dodağın bal, tənin kətan.

Boynun surahi, boy-buxunun bir uca çinar,Əndamın ağ gülüş, yanağın qırmızı ənar.

Xalın üzündə buğda, başında saçın qürab,Qah, qah!... qəribə gülməlisən xaniman xərab!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq