Şəkibai
Yar getdikcə təhəssür dili-şeydadə durar,Ömr vardıqca həves aşiqi-risvadə durar!
Seyli-tən oylə teməwüclə alıb dövrü bərim —Bənzəıəm bir qocaman dağə ki, dəryada durar!
Döysə də canımı minlərcə məlamət ləpəsi,Zövrəqi-himmətim əwəlki təmənnada durar!
Bisütün sinəsinə dəysə do min tişə, yenəCövrə təmkin edəıək durduğu məvadə durar!
Nəqdi-can isə bəhayi-telebi-yar, iştə,Can bəkəğ aşiqi-sadiq belə sövdadə durar!
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,Mən gedərsəmsə, mətamım yenə dünyadə durar!
Dunnuşam pişü pəsi-təndə, Sabir, necə kim,O eliflər ki, pəsü pişi-ətənadə durar!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-sekibai
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəmü möhnət füzun oldu,Səbəb boynu yoğun oldu!
Qəmü möhnət füzun olduYetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!
Neyliyim, ey vay! bu urus başdılarNeyliyim, ey vay! bu urus başdılar,Bilməyirəm hardan aşıb-daşdılar?!
Mənimki belə düşdü! ("Qəm rahnümun oldu, mənimki belə düşdü!")Qəm rahnümun oldu, mənimki belə düşdü!Dil vərteyi-xun oldu, mənimki belə düşdü!