آن آفتاب رو چو خریدار من شودگوهر سپند گرمی بازار من شود

من کیستم که یار خریدار من شودگوهر فروز گرمی بازار من شود

هر چند گوهرم، ز حیا آب می شومگر خاک راه یار خریدار من شود

بنیاد من به آب رسانید آگهیکو حیرتی که خانه نگهدار من شود

چون لشکر شکسته به صد راه می رومکو جذبه ای که قافله سالار من شود

دربار من چو شمع به جز اشک و آه نیسترحم است بر کسی که خریدار من شود

چون سرو نیست جز گره دل ثمر مرابیچاره قمریی که هوادار من شود

دیگر سیاهی از سر داغش نمی رودگر آفتاب شمع شب تار من شود

ز اقبال عشق، باز چو بند قبا کنمنه آسمان اگر گره کار من شود

سنگ از فروغ گوهر من آب می شوداین شیشه خانه چیست که زنگار من شود

دریا کف نیاز گشوده است از صدفتا خوشه چین کلک گهربار من شود

از طوطیان گرانی زنگار می کشدآیینه ای که واله گفتار من شود

از لشکر ستاره فزون است داغ منچون صبح پنبه دل افگار من شود

Məqtə — şairin təxəllüsü olan son beyt. تا کی غبار هستی موهوم همچو خوابصائب حجاب دیده بیدار من شود

Kaş günəş üzlü o yar indi xiridarım ola,
Gövhərəm, bir alanım, yaxşıca bazarım ola.

Gövhər olsam da, həyadan dönürəm çün suya mən,
Su olam, yolda axam, ordan ötən yarım ola.

Çün ağıldandı, bəla sellərinə qərq oluram,
Yoxdu bir kəs ki, mənim evdə pərəstarım ola?

Pozulan ordunun əsgərləri yüz yolla qaçar,
Yoxdu bir qüvvə ki, o, qafiləsalarım ola.

Eşqimin iqbalına bağlamışam taleyimi,
İstəməm ki, daha göylərlə mənim karım ola.

Ovcunu ümman açıb, bənzəyir o, ağ sədəfə,
Qələmim inci tökə, dərya qədər barım ola.

Eşqidə göz yaşıdır, bir də ki, ah, şam sayağı
İstərəm sinəmin üstündə odum, narım ola.

Yuxuda, həm də ayıqlıqda elə qəm çəkirəm,
Saib, olmazmı mənim özgə cürə varım ola?


Mən kiməm ki, meyl edib alsın bazardan yar məni?
Çünki qiymətdən salıbdır indi bu bazar məni.

Gövhər olsam da, həyadan dönmüşəm qətrə suya,
Yarımın kuyində torpaqdan tapar əğyar məni.

Mən ki əqlin babətində xanəmi verdim selə,
Hümmət eylər, kim bu qəmdən hifz edib saxlar məni.

Məğlub olmuş bir qoşuntək yüz yerə ayrılmışam,
Hanı ardıyca çəkən bir qəhrəman salar məni?

İstədim bu dünyanın nazın çəkəm Saib kimi,
İstəyir o eyləsin ömrüm boyu ağlar məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq