Çabalır ürək sinəmdə
آینایا باخاندا گؤردوم، ساققالیما دن دوشوبدیمن کی چوخ قوجالمامیشام، بیلمیرم ندن دوشوبدی
Aynaya baxanda gördüm, saqqalıma dən düşübdüMən ki çox qocalmamışam, bilmirəm nədən düşübdü
هنر اولسا روح جواندیر، هله–هله دوشگون اولمازاونداکی گؤردون دوشوبسهن، بو نفیر بدن دوشوبدی
Hünər olsa ruh cavandır, hələ-hələ düşkün olmazOndakı gördün düşübsən, bu nəfir bədən düşübdü
اورایا کی سن گئدیرسن، قویولار آچیبدی آغزینشیطانین توری یاماندیر، هر گلیب گئدن دوشوبدی
Oraya ki sən gedirsən, quyular açıbdı ağzınŞeytanın toru yamandır, hər gəlib gedən düşübdü
نه قدیر باشین سلامت، ال– آیاقدا باشسیز اولمازآیاغا دمیر دوشهنده، باشووا چدن دوشوبدی
Nə qədər başın salamat, əl-ayaqda başsız olmazAyağa dəmir düşəndə, başıva çuğun düşübdü
قویودان که خلقه قازدین، چیخا بیلمه سن سلامتآدام اینجیدن بلایه، آدام اینجیدن دوشوبدی
Quyudan ki xalqa qazdın, çıxa bilməyəsən salamatAdam incidən bəlaya, adam incidən düşübdü
چابالیر اورک سینهمده، باشی کسیلمیش تویوق تکپیلله نی چیخاندا گؤردوم، سینه نفه دن دوشوبدی
Çabalır ürək sinəmdə, başı kəsilmiş toyuq təkPilləni çıxanda gördüm, sinə nəfəsdən düşübdü
سئرچه دن سیچاندان آرتیق، توری بیز قوراندا دوشمزآمما شئر تورون قوراندا، فیل یا کرگدن دوشوبدی
Sərçədən siçandan artıq, toru biz quranda düşməzAmma şir torun quranda, fil ya kərgədan düşübdü
« شهریار » عدندن آیری، مرواری یئتیم قالاندایمن جنوبی دن ده، باخاسان عدن دوشوبدی
«Şəhriyar» Ədəndən ayrı, mirvari yetim qalandaYəmən cənubidən də, baxasan Ədən düşübdü
Kitabxana.az · https://kitabxana.az/works/sehriyar-turkce-seir-21
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çoxları incikdi ki sən onlara naz eyləmisənMən də incik ki mənim nazımı az eyləmisən
Azadlıq quşu «Varlıq»Hərçənd qurtulmaq hələ yox darlığımızdanAmma bir azadlıq doğulub varlığımızdan
Qəm basdı qəlyanımıQışın qara qeyidi alıb mənim canımıXortdan deyib qocalıq, kəsib mənim yanımı
Pərvanə və şamBərq olmadı, qızım gecə yandırdı laləniPərvanənin odumda baxırdım ədasına
Başqa şairlərin şeirləri
Dəli könül, heç ahu-zar eləmə,Hər iş qaydasında keçib gedəcək.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,