Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst,Kimdir ol kəs ki, bilə məniyi-Quranı dürüst.
Sünbüli-zülfün o gül etsə şikəstə üzünə,Qalmaz əhli-vərəin din ilə iymanı dürüst.
Bülbül övsafi-rüxün qıldı məgər gülşəndə,Qalmadı bağdə bir qönçə giribanı dürüst.
Qönçənin könlü bütün, leyk yox əhdində vəfa,Bülbülün qəlbi sınıq, etdigi əlhanı dürüst.
Dura bilməz üzüvə mah müqabil bir gün,Ayda yüz dəfə əgər kim, ola nöqsanı dürüst.
Bir gecə hüsnüvə oxşatdı özün Ay, odu kim,Elə bir yanı şikəstə olu, bir yanı dürüst.
Məqtə — şairin təxəllüsü olan son beyt. Demə, Seyyid, ki şikəst eylədi peymanını yar,Hiç bir yar olurmu ola peymanı dürüst?!
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-nola-dil-bilmese-remzi-ruxi-canani-durust
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir Leyli sevib eşqdə sövdalərə düşdüm.Məcnunə dönüb daməni-səhralərə düşdüm.
Vəslində idim möhnəti-hicranı bilirdimVəslində idim möhnəti-hicranı bilirdim,Cənnətdə ikən atəşi-niyranı bilirdim.
Ta kuyi-yardə özümə mənzil etmişəmTa kuyi-yardə özümə mənzil etmişəm,Asan ikən özüm işimi müşkül etmişəm.
Ey könül, sərvi-səməndə sən idin, ya mən idim?Ey könül, sərvi-səməndə sən idin, ya mən idim?Yar ilə seyri-çəməndə sən idin, ya mən idim?
Başqa şairlərin şeirləri · Eşq
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
GözlərAman allah, sevgi necə şirindi,Məcnun Leyli deyin bu dağı gözlər.
Ey Pəri, dəhrdə yox sən kimi bir cananəEy Pəri, dəhrdə yox sən kimi bir cananə,Tən edir mehri-rüxün göydə məhi-tabanə,
Qəzəl: Ey biqərar sinədə neştərmisən, nəsənEy biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən