Məzmun
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Səhifə 13 / 13 · 92%

Ata-anasını və müəllimini sevməyən uşaq

Ey mənim mehriban şagirdlərim!

Ata-ananın haqqını və zəhmətini itirən uşaqlar Allah taalanın da itaət və ibadətindən məhrum qalmağına şübhəmiz yoxdur. Çünki xüdavəndi-təbarək və taala valideynin itaət və ehtiramını özünə ibadət hesab edibdir. Ata-ananın övladdan razı və xoşnud olmağı, Allah taalanın ondan razı olmağına bir böyük nişanədir.

Odur ki, həmişə ata-anaya bir itaət və məhəbbət göstərəndə onların qəlbində bir mayəyi-fərəh zahir olub, övladlarını səfayi-xatirilə sevib, «Allah səndən razı olsun», deyərlər. Habelə övladdan bir itaətsizlik və bitərbiyəlik görəndə suzişi-qəlb ilə bir ah çəkib, onun haqqında nifrin və bəddua edərlər. Məazülla! Nə böyük xəta!

Valideynini sevməyən uşaqlar və onların itaət və məhəbbətini vacib bilməyən övlad qiyamət günündə divani-Kibriyada nə cavab verəcək?

Müəllim və ustadın ehtiramını gözlətməyən uşaqlar və onların təlim və tərbiyəsini zaye edən şagirdlər, insaniyyət və ruhaniyyət aləminə necə xidmət edə bilər? Xüdavəndi-aləm ondan necə razı ola bilər? Çünki müəllim ruhani ata mənziləsindədir. Bəlkə müəllimin ehtiram və itaəti ata-ananın ehtiram və itaətindən vacibdir.

Müəllim insanın təhzibi-əxlaq və mənbiri-əfkarına xidmət edir. Müəllim həmişə şagirdlərinin ruhunun qüvvətinə, zehninin vüsətinə və sair əxlaq və adabının hüsni-tərbiyəsinə çalışır.

Valideynini və müəllimini sevməyən uşaqlardan olmayın! Özünüzü həmişə müəllimlərin yanında və Allah taalanın nəzərində məhbub və möhtərəm və sahibi-şən olmağa qeyrət və diqqət edin, nuri-didələrim!

Qırxıncı imla

Məqaleyi-məxsusə

Ey mənim xoşəxlaq şagirdlərim!

Bu gün bu imla ilə dərsimiz qurtaracaq. Bir neçə gündən sonra imtahana hazırlaşmağınızı xatirnişan edirəm. İmtahan məclisində hər bir sualıma müvafiq cavab verməyinizə ümidvar oluram. Amma burasını nəzərdə tutmaq lazımdır ki, bu günə kimi sizlərə bir neçə gözəl və pəsəndidə xasiyyətlərdən, naşayəstə və nagüvara halətlərdən yazdırıb, oxudub, əzbərlətdim. Lakin onları bilmək və anlamaqdan əlavə, lazımlı dərəcədə əməl eyləmək sizləri bəxtiyar edəcəkdir. Yəni gərəkdir ki, gözəl xasiyyətlərə rəğbət göstərib və pis sifətlərdən nifrət edəsiniz. Tainki bu müddətdə çəkdiyimiz zəhmətlər zaye olmasın. Çünki elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzər. Bu bir ilin müddətində sizlərə əxlaqa dair verdiyim imla təriqilə dərslər elmi-əxlaqdan bir nümunədir. Hərgah bunlara kamilən amil olub, ata-ananızı və müəllimlərinizi özünüzdən razı edib və xalq içində zikri-xeyr ilə yad olunasınız.

İnşaallah gələcək ildə sizlərə «Risaleyi-əxlaq» adlı kitabdan dərs verəcəyəm ki, o kitab xoşəxlaq şagirdlərə elmi-əxlaqı kamilən bəyan eylər.

Xoşxülq və xoşxasiyyət olmağınıza hər bir halda ümidvaram, nuri-didələrim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri