Məzmun
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Səhifə 9 / 13 · 62%

Təmkinsiz uşaq

Ey mənim təmkinli şagirdlərim! Təmkinsiz uşaqlardan həmişə kənar olub və onların müsahibətindən ehtiraz eləmənizi arzu etməkdəyəm.

Təmkinsizlik yəni ədəbsiz və tərbiyəsizlik deməkdir. Cümlə qəbahətlərin qapısını insanın üzünə açan təmkinsizlikdir.

Təmkini olmayan şagirdlər tənəffüs vaxtında görərsən ki, oynamaqdan əl çəkib, ancaq uşaqlardan bir neçəsini başına yığıb, özünü onlara gülünc eyləyir. Məsələn:

Əl və ayağın oynadar, dilin çıxardar, dodağın büzər, gözlərin bərəldər və sair bu günə nalayiq hərəkətlər gətirər.

Bəzi bitəmkin uşaqlar vardır ki, bir məclisdə əyləşəndə heç sakit və təmkinli əyləşməz. Görərsən ki, gah qıçın uzadır, yoldaşına dayanır, gah başını və canını qaşıyır və yainki əlində bir şey oynadır, gah lənpəni əlləşdirir, maşanı götürüb manqalı, ya buxarını (sobanı) qarışdırır, yerini dəyişdirir, ucadan danışır, çayı püfləyə-püfləyə içir, xörəyi fısıldaya-fısıldaya yeyir, əzilir-büzülür, əyilir-düzəlir. Allah əsirgəsin, məktəbimizin ümum şagirdləri bu hərəkətlərdən ictinab etməlidir.

Bitəmkin uşaqların özləri xalqın nəzərində həqir və xar olmaqdan əlavə, ata və analarını da hörmətli şəxslərin yanında xəcalət və şərmsar eyləyirlər.

İndi ümidvar oluram ki, keçən imla dərsimizdə təmkinli və tərbiyəli insanların gördüyü işləri və tutduğu əməlləri əsla unutmayacaqsınız. Həmişə ədəb dairəsindən kənara çıxmayıb, özünüzə bir gözəl ad qoymağa çalışacaqsınız.

İyirmi səkkizinci imla

Təmiz və səliqəli uşaq

Təmizlik və nizafət insanın əvvəlinci vəzifəsi hesab olmaq kimi səhhəti-bədənin də əvvəlinci əsasıdır. Xüsusən bu təmizlik və məharət müsəlmanların qamətinə biçilmiş bir libasdır. Odur ki, deyiblər:

«Nizafət imanın əsəridir».

Bu da məlumunuz olsun ki, təmiz köhnə libas təzə çirkin libasdan əfzəldir.

Təmiz və səliqəli şəxslər yediyi xörəyin ləzzətini və geydiyi libasın rahatını anlayıblar. Libasın və bədənin təharət və nizafətinə diqqət eləmək kimi, sakin olduğu mənzilin və əyləşdiyi otağın da havası və özü təzə və təmiz olmağı lazımdır. Çünki havası qəliz və özü natəmiz məhəllədən bir para mərəzin zühura gəlməyi aşikardır. Pəs buna görə cəmi böyük və kiçiklər, ələlxüsus məktəb uşaqları bu barədə hər nə qədər diqqət və qeyrət etsələr yenə azdır.

Təmiz uşaq necə olur?

Təmiz uşağın həmişə dırnaqları tutulmuş, əl və ayağı, ağzı-burnu, üstü-başı və cəmi libasları pak və pakizə olur. Tənəffüs zamanında paltarlarını əsla toza və torpağa batırmaz. Məktəbə daxil olanda libaslarına və başmaqlarına elə diqqət ilə baxar ki, məbada napak və natəmiz olsun. Bunlardan əlavə, əllərini və burnunu silməkdən ötrü həmişə cibində bir təmiz dəsmal saxlar. Doğrudan-doğruya, belə uşaqların kitablarına və dəftərlərinə baxanda insanın qəlbi fərəhlənir. Təmiz və səliqəli uşaqlar hər yerdə hörmət və riayət görüb, hamının nəzərində məğbul olur. Heç kəs onların söhbətindən və ülfətindən ikrah etməz.

Əlhasil, məktəbimizin ümum şagirdləri nizafətə alışıb, təharət və təmizliyə diqqət etmələri lazım və bəlkə vazibdir.

İyirmi doqquzuncu imla

Natəmiz və bədsəliqə uşaq

Ey mənim təmiz və səliqəli şagirdlərim! Təmizlik aləmindən xəbəri olmayan şagirdlərdən xəbəriniz vardırmı?

Məktəbimizdə bir neçə bədsəliqə uşaqlar vardır ki, hərgah onlar bu adəti və bu xasiyyəti tərk etsələr bundan sonra bu qism uşaqları bu məktəbə yol vermək cayiz deyil. Onlar həmin uşaqlardır ki, dırnaqlarını dişlə tutan, burnunu ətəyinə silən, kitablarını-dəftərlərini cırıb, qaralayan, əlləri çirk, barmaqları mürəkkəbli, dırnaqları uzun, qələmdanı və sair təlim ləvazimatı bədsəliqə. Belə uşaqların qulaqlarının içinə baxanda insanın ürəyi qarışır. Belə natəmiz uşaqlar növ-növ mərəzlərə, cürbəcür naxoşluqlara düçar olurlar. Çünki taam yeməkdə, libas geyməkdə, dolanıb gəzməkdə, yatıb durmaqda bir para şeylərə diqqət və mülahizə etməzlər. Məsələn: Taamdan müqəddəm və taamdan sonra əsla əllərin yumazlar və libasları hər nə qədər çirkin və natəmiz olsa da ikrah etməzlər. Gəzib-dolanan vaxtda bağ və bağçaları, ağac kölgələrini, axar suların kənarını, gözəl-gözəl mənzərələri, təmiz-təmiz gəzib-dolanmalı yerləri qoyub, üfunətli və natəmiz yerlərdə gəzərlər. Nəmnak və havası qəliz məkanlarda əyləşərlər. Hələ belə uşaqlar sübh yerindən duranda nə ağzını yaxalar və nə dişlərin sürtər və nə də əllərini, üzünü, gözünü, ağzını, burnunu yuyar.

Pəs indi sizlərə vacibdir ki, həmişə nizafət və təmizliyə diqqət və qeyrətlə çalışasınız, tainki bir para pinti və natəmiz uşaqlardan olmayasınız.

Otuzuncu imla

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri