Nümuneyi-əxlaq
Məzmun
- İfadəyi-məram
- Bismillahi-rəhman ür-rəhim!
- Məktəb
- Məktəbə davam
- Təfəkkür və mülahizə
- Məktəbə davam edən uşaq
- Məktəbə gec gələn uşaq
- Fəhim və zəkavətli uşaq
- Nafəhim və zəkavətsiz uşaq
- Diqqətli uşaq
- Diqqətsiz uşaq
- İtaətli uşaq
- İtaətsiz uşaq
- Qeyrətli və çalışqan uşaq
- Qeyrətsiz və tənbəl uşaq
- Ədəbli və tərbiyəli uşaq
- Ədəbsiz və tərbiyəsiz uşaq
- Kibrli uşaqlar
- Kibrsiz uşaq
- Doğruçu uşaq
- Yalançı uşaq
- Zirək və huşyar uşaq
- Kəlləgic və bədhava uşaq
- Nəfsi salamat uşaq
- Nəfsi salamat uşağın hekayəsi
- Bədnəfs uşaq
- Təmkinli uşaq
- Təmkinsiz uşaq
- Təmiz və səliqəli uşaq
- Natəmiz və bədsəliqə uşaq
- Səxavətli uşaq
- Xəsis və paxıl uşaq
- Gülərüzlü uşaq
- Əbus uşaq
- Qəlbi saf uşaq
- Qəlbi fasid uşaq
- Cəsur və ürəkli uşaq
- Qısqanc və qorxaq uşaq
- Ata-anasını və müəllimini sevən uşaq
- Ata-anasını və müəllimini sevməyən uşaq
- Məqaleyi-məxsusə
Səhifə 5 / 13 · 31%
Ədəbli və tərbiyəli uşaq
İnsanla heyvanın təfavütü yalnız söz söyləmək və nitq cəhətindən deyil. Çünki heyvan da insan kimi yeyər, içər, yatar, durar, yeriyər, gəzər və yaranmaqda da hər ikisi bərabərdir. Ancaq insanla heyvanın fərqi elm və ədəb ilə bilinir.
Doğrudan-doğruya, insaniyyətin nişanəsi tərbiyə və ədəbdir. Necə ki, elmsiz alim meyvəsiz ağaca bənzər. Habelə ədəbsiz adam da ruhsuz cism kimidir.
Əlhəqq, dünya və axirətdə insanı xöşbəxt və səadətmənd edən və zülmət, cəhalətdən qurtarıb, nuri-mərifətə yetirən elm və ədəbdir.
Odur ki, ədəbli və tərbiyəli uşaqlar hər kəsin yanında əziz və məqbul olur.
Keçən günlərdə mən bir evdə Əhməd namında bir ədəbli şagird gördüm. Qapıdan daxil olub, ədəblə salam verib, evin aşağı tərəfindən ayaq üstə durdu. İzn hasil edəndən sonra əyləşib, danışdığımız sözlərə diqqətlə qulaq asırdı. Söhbət tamam olandan sonra bir neçə mətləb sual eylədim. Hamısına müvafiq qayda cavab verdi və sual-cavab əsnasında «bəli-xeyir, buyurursunuz, ərz edirəm, təşəkkürlərim var kimi» ədəbli kəlmələr ilə mətləbini əda edirdi. Sonra kitabın açıb Möhsünün çuxasının əhvalatını elə bir gözəl surətdə oxudu ki, qulaq asanları xoşnud və heyran elədi.
Soruşdum: - Möhsün nədir?
Dedi: - Möhsün addır.
Dedim: - Möhsün kimdir?
Dedi: - Möhsün oğlandır.
Dedim: - Möhsünün çuxası nədəndir?
Dedi: - Mahutdan.
Dedim: - Mahutu nədən toxuyurlar?
Dedi: - Yundan.
Soruşdum: - Dərzi kimdir?
Cavab verdi: - Ustaddır.
Necə ustad?
Libas (paltar) tikəndir.
Əlhasil, hər bir sualıma necə ki, lazımdır cavab verəndən sonra ona mərhəbalar oxuyub, afərinlər dedim. Ondan sonra ayağa durub, gedib o biri otaqda sabahkı dərslərini hazırlamağa və vəzifələrini cabəca etməyə məşğul oldu.
İndi belə ədəbli və tərbiyəli uşaqlardan olmağınızı təmənna və arzu eyləyirəm, oğlanlarım!
On altıncı imla
Ədəbsiz və tərbiyəsiz uşaq
Ey mənim ədəbli və tərbiyəli şagirdlərim! Bu gün sizlərə təkid ilə tapşırıb vəsiyyət edirəm ki, həmişə biədəb və bitərbiyə uşaqlardan kənar olasınız. Çünki tərbiyəsiz uşağın müsahibəti kömürə bənzər. Hərgah insanın libasını yandırmasa da, qaraldır.
Biədəb uşaqlarda əsla ar və namus olmaz. Böyük və kiçik tanımaz. Ata və anasının ehtiramını saxlamaz. Ustad və müəlliminin qədr və qiymətini bilməz. Elm və tərbiyənin ləzzətini anlamaz. Gələcək günlərini əsla xəyala gətirməz. Avara və sərgərdan adamlar kimi küçələrdə boş və bekar dolanıb, əziz ömrünü qəflət və cəhalətlə sərf edər. Böyüyəndən sonra öz-özünə düşünüb, - ey vay, zamanım bühudə yerə tələf olub keçdi və ömrüm nadanlıqla zaye oldu, özümə bir elm, bir sənət hasil etmədim, - deyib peşman olur. Ol vaxt peşmanlıq da faydasız olduğundan ömrünün bağisini (qalanını) zəhmət və məşəqqət ilə keçirir və xalq içində etibarı olmayıb, axırda çörək möhtacı olur. Bəlkə, elmsizlikdən və sənətsizlikdən oğurluğa və yol kəsməyə alışıb, növ-növ məzəllət və məzəmmətə və cürbəcür mərarət və həlakətə düçar olub, axırda həbsxanalarda qalıb çürüyür.
Belə ədəbsiz və tərbiyəsiz uşaqlar ilə heç kəs müsahibət etməz. Onunla oyun oynamaq istəməz.
Hansı müəllimdir ki, tərbiyəsiz uşağı təhsin etsin?
Hansı ata və anadır ki, biədəb övladdan razı olsun?
Hansı xalqdır ki, elm və tərbiyəsiz uşağı sevsin və mədh eləsin?
Ümidvaram ki, gün-gündən elm və tərbiyənin təhsilinə səy edəsiniz. Ədəb və kamalat əxz etməyə himmət və qeyrət göstərəsiniz. Tainki belə uşaqlara bənzəməyəsiniz.
On yeddinci imla
Kibrli uşaqlar
Bugünkü dərsimizdə sizlərə kibrdən bəhs edəcəyəm. O naşayistə sifətin barəsində bir müxtəsər məlumat verəcəyəm.
Kibr bir sifətdir ki, insanı dünya və axirətdə zəlil və həqir edər. Kibr sifəti hər kəsdə tapılsa, yəqin olunur ki, onun hərgiz insaniyyətdən və adəmiyyətdən bəhrəsi yoxdur.
Kibrli adam odur ki, özünü hamıdan artıq sayıb və hamını özündən əksik hesab edər.
Xudavənda! Kibr dediyimiz nə çirkin sifətdir. Bu çirkin sifət nə pis xasiyyətdir. Bu pis xasiyyət həqiqətdə bir mühlik mərəzidir.
Kibrli şagirdlər hərgiz tərəqqi edə bilməz. Çünki heç bir şey bilmədiyi halda özünü alim hesab edər. Söz yoxdur özünü alim hesab edən həmişə cahil qalacaqdır. Kibrli şagirdlərin yerişi ədəbli şagirdlərin yerişinə bənzəməz. Küçədən gedəndə heç bir kəsi saymaz. Ata və anası, qohum və əğrabası və sair möhtərəm şəxsləri görəndə ayaq üstə durub, təzim etmək istəməz. Özündən fağır və biçiz uşaqların söhbətini və müsahibətini əsla özünə rəva görməz. Məktəbdə və küçədə özünü hamıdan artıq sayıb, özündən kiçik və aciz uşaqları döyməyə və incitməyə cəsarət eylər. Məktəb yoldaşları ilə oyun oynamağa və gəzməyə və onlar ilə oxuşub-yazışmağa əbəda etina etməz.
Heç bir kəsə etina etmədiyi halda dərsləri sərasər səhv olub, dərs əsnasında oxuya bilməyib, rəngi təğyir tapıb qızarar. Bununla belə, uşaqlardan xəcalət çəkməyib, öz-özündən küsüb, yoldaşları ilə ədavət eylər. Əgər şagirdlərdən birisi onun təlim şeylərindən birisinə əl vursa, guya ki, qiyamət qopar. Həmişə yanında oturan yoldaşlarını (o yana çəkil, bu yana get, qoluma dəymə, məni dindirmə) belə namülayim sözlər ilə narahat eylər.
Məlumunuz olsun ki, belə mütəkəbbir uşaqları heç kəs dost tutmaz. Axırda özünü xalqın nəzərindən salıb, heç bir dərəcəyə və mərtəbəyə nayil ola bilməz.
İndi bu naməğbul və nalayiq sifətdən uzaq olmağınızı tövsiyə edirəm. Nadan uşaqlara əsla oxşamadığınıza ümidvar oluram, nuri-didələrim!
On səkkizinci imla
Kitabxana.az · https://kitabxana.az/works/sidqi-numuneyi-exlaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcəGülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.
Çoxlar şikayət eyləyir ol zülfi-tardanÇoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsənSəri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
Başqa şairlərin şeirləri
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Gözün ne oh ki atâ kemândan bini gözetGözün ne oh ki atâ kemândan bini gözetOh atmağ ile bârî kim andan bini gözet