Əvvəlimci məclis

ƏVVƏLİMCİ MƏCLİSƏvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki,

Mirzə Fətəli Axundzadə185120 dəq
Şəhid şeir

Əsirim, umdum ki, Xızrım gəlecək,Çıxdım ki, yollara edəm sorağın!

Əhməd Cavad1 dəq
Qitə 89

با غمزاتی که تو خانم کنیرخنه به دین و دل مردم کنی

İrəc Mirzə1 dəq
Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir

Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir,Qaşınlan qamətin şəkli mənə mehrabü mənbərdir.

Şah İsmayıl XətaiQəzəl1 dəq
Zərif gülüşlüm

Söylə, ey sevgilim,Sən tək yar hanı?

İslam Səfərli1 dəq
Bəhcətabad xatirəsi

Ulduz sayaraq gözləmişəm hər gecə yarıGec gəlməkdədir yar yenə olmuş gecə yarı

Məhəmmədhüseyn Şəhriyar2 dəq
Qəzəl 103

طریق مدرسه و رسم خانقاه مپرسز راه رسم گذر کن طریق و راه مپرس

Şəms MəğribiQəzəl1 dəq
Haşımbəy mərhum üçün

Haşımbəy Vəzirov cənablarının ruhuna ithaf*Ey yorulmaq bilməyən ustadımız!

Abbas Səhhət19161 dəq
Gözəlliyə səyahət

Möhtəşəm görünür qarlı Dəli dağ –Qartallar qalası, çoban oylağı.

Qasım Qasımzadə2 dəq
Cavab

İranda Azərbaycan xalqının milli varlığını danan, xalqımızı farslardan dönmə hesab edən "alimlər" peyda olmuşlar. Bunlardan biri də milliyyətcə azərbaycanlı olan Yəhya Zəkadır.*Özgə qapısına daş atan – azğın,

Bəxtiyar Vahabzadə19843 dəq
Qədim Bakı

Qaçmayır irəli,qaçamaz!

Mikayıl Müşfiq1 dəq
Məni

Başına döndüyüm, ay pirü qoca,Bir pəri salıbdı çöllərə məni,

Aşıq Qurbani1 dəq
İkinci pərdə

Pərviz xanın sarayında bir otaq. Hərəmlər, hərəmxana əmələləri çalıb oynayırlar.*Xacə** (daxil olur). Xan təşrif gətirdi. Özü ilə də bir maral gətiribdir ki, yemə, ismə, xəttü-xalına, gül camalına, tamaşa elə.

Əbdürrəhim bəy Haqverdiyev13 dəq
Sonuncu mogikan

Ay sonuncu mogikan!Ay son ümid, son iman.

Qabil3 dəq
Əzəl

Bu dünyada əqdəm olan,Təkdi bir Allah əzəl.

Novrəs İman1 dəq
Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

İlyas Əfəndiyev57 dəq
Onuncu fəsil

Rza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.

Mirzə İbrahimov34 dəq
Əli Kərimə

I**Sındı şerimizin kövrək qanadı,

Tofiq Bayram1 dəq
Xətayi

(poemadan parça)*Xətayi at belində,

Əli Kərim1 dəq
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

Mehdi Hüseyn1 saat 5 dəq
O çinar boylular...

Ölüm, yaxın düşmə igidlərimə,O çinar boylular balamdır mənim.

Həkimə Billuri1 dəq
Daha dəhşət…

Millətimiz öz yurdunda əsir-yesir,Anaların, bacıların ahı-dəhşət…

Cabir Novruz1 dəq
Tülkü və qoyun

Yazılıb bir maraqlı dastanda,Vardı bir tülkü bir biyabanda.

Abbasqulu ağa Bakıxanov5 dəq
Güllər

Sən təbiətə baxSarı, qırmızı, ağ,

Zeynal Cabbarzadə1 dəq
Əyil sular üstə!

Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.

Həbib Sahir1 dəq
Gözəllik

Daş-qaşlda axtarma gözəlliyi sən,Gözəllik çəməndə, çiçəkdə olar.

Mədinə Gülgün19791 dəq
Ağlama Nigar, ağlama

Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...

Xalq ədəbiyyatı1 dəq
Zanbaq

Bir zaman arx kənarında gördüm səni,oturub lap yanında

Balaş Azəroğlu19661 dəq
Üçüncü hissə, 10

Göytəpəlilər iki gündən sonra Çayqovuşan adlı səfalı bir yerdə düşərgə saldılar. Arabaları yoldan kənara çəkib köpüklü dağ çayının sahilindəki çəmənlikdə açdılar. İstidən təntimiş kəllər boyunduruğun altından çıxan kimi Özlərini suya verdilər. Fısıldaşa-fısıldaşa ləzzətlə çimdilər. Yol boyu arabaların sitkələyib yorduğu uşaqlar sevinə-sevinə qaçışmağa, yumru qara çay daşları ilə camışları yalamalamağa başladılar. Arvadlar arabaların kölgəsində palaz saldılar, yastıq, mütəkkə çıxartdılar. Kişilər balta götürüb yolun o üzündəki meşəyə, odun qırmağa getdilər. Molla Sadıqgil arabaları köçün o başında. Cahandar ağagil isə aşağı tərəfdə iri bir palıd ağacının altında açdılar. Ocaqlar qalandı, samovarlar çıxarıldı, kənddən tədarüksüz yola düşənlər xəmir yoğurub sac asdılar. Bəzi arabaların yanında qazan danqıldadı, yağda qızardılmış soğan iyi ətrafa yayıldı.Əşrəf pencəyini çiyninə salıb yola doğru getdi. Cahandar ağa kölgədə mütəkkəyə dirsəklənib fikirli-fikirli oturmuşdu. Ağız-ağıza qovuşan dağların arası ilə axıb gələn çaya tamaşa edirdi. Ayaq səsi eşitdikdə dönüb oğluna baxdı:

İsmayıl Şıxlı195718 dəq
Arpaçay əfsanəsi

Qədim vaxtlarda Muğanda iki elat olurdu. Elatın birinin qoyun sürüləri ağ, o birininki isə qara idi. Qoyun sürüləri ağ olana “Ağqoyunlu” qoyun sürüləri, qara olana “Qaraqoyunlu” deyirdilər. Hər iki elatın qoyun sürülərindən başqa, yalmanlı at ilxıları, buynuzlu mal-qaraları, əyriboyun dəvələri var idi. Hər iki elat öz sərhədinə çox çətin sığışırdı. Payızda-qışda aranda, yazda-yayda yaylaqda otlaq üstündə həmişə savaş gedirdi. Birdən o tərəf o tərəfdən, bu tərəf də bu tərəfdən öz çuxalarını çıxarıb sol qoluna dolayıb, bəlgə düzəldir, adamlar qızışır, qol-qılça sınır, baş-göz dağılırdı. Gah bu onun, gah da o bunun otlaq sərhədini tuturdu. Arada ədavət artır, düşmənçilik güclənirdi... Canı cəzana gələn hər iki tərəfin başbilən ağsaqqalları bir gün Muğanda arada olan sərhəd təpə üstünə toplaşdılar. Məsləhət-məşvərətdən sonra belə qərara gəldilər ki, daha dava-dalaş olmasın, arada qan qohumluğu başlasın, bir-birinə yapışıqlıq-qonşuluq yaransın. Bu tayfa, o tayfa sözü bilmərrə götürülsün, tayfalar bir-birinə qız versin, qız alsın. Belə də oldu. Daha sərhəd dava-şavası düşmədi, otlaq üstündə heç bir çəkişmə-didişmə getmədi. Elatların oğlan-qızları bir-birinə qarışdı. Oğlan-qız toyunda, el bayramlarında zurnanın cingiltisi, nağaranın gumbultusu, sazın-sözün sədası sümüklərə düşdü. Cavanlar ağ-qara çuxada əl-ələ tutuşub yallı getdilər... Cavanları belə görən bığıburma kişilər, kəlağayılı qadınlar, bunlardan sonra qocalar, qarılar cərgələndilər, barmaq barmağa keçirib yallı getdilər. Babanın birisi o tərəfdən, birisi bu tərəfdən gülə-gülə üz-üzə, göz-gözə baxdılar. Qohumların yallıları bir-birinə qarışdı.Günlərin bir günü Ağqoyunlu elatının qızı ilə Qaraqoyunlu elatının oğlu Ağgöllə Qaragöl arasında başlanan el şənliyində görüşüb, bir-birini sevməyə, yavaş-yavaş dillənib danışmağa başladılar:

Süleyman Rəhimov16 dəq