Sad
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandanBudur fərqi, könül, məhşər gününün ruzi-hicrandanKim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdirVəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir,Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir?
Qansı mahin bilməzəm mehrilə olmuş zar sübhQansı mahin bilməzəm mehrilə olmuş zar sübh,Hər gün eylər xəlqə bir daği-nihan izhar sübh.
Qeyrə eylər bisəbəb min iltifat ol nuşləbQeyrə eylər bisəbəb min iltifat ol nuşləb,İltifat etməz mənə mütləq, nədir bilmən səbəb?
Qəbrim daşına kim, qəm odundan zəbanədirQəbrim daşına kim, qəm odundan zəbanədir.Tən oxun atma kim, xətəri çox nişanədir.
Qəmdən öldüm, demədim hali-dili-zar sanaQəmdən öldüm, demədim hali-dili-zar sana,Ey güli-tazə, rəva görmədim azar sana!
Qəmzə peykanın gözün mən mübtəladən saxlamazQəmzə peykanın gözün mən mübtəladən saxlamaz,Sərf edər əhli-nəzər nəqdin gədadən saxlamaz.
Qəmindən başə dün həsrət əlilə ol qədər vurdumQəmindən başə dün həsrət əlilə ol qədər vurdumKi, sübh olunca mürdə cismimi toprağə tapşırdum.
Qıymadın sakini-kuyin olana peykanınQıymadın sakini-kuyin olana peykanın,Bir içim su ilə ağırlamadın mehmanın.
Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşımDegilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
Demiş hər qönçəyə aşiqliyim razın səba derlərDemiş hər qönçəyə aşiqliyim razın səba derlər,El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbibDərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib,Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib,
Dəhənin dərdimə dərman dedilər cananınDəhənin dərdimə dərman dedilər cananın,Bildilər dərdimi, yoxdur dedilər dərmanın.
Dəhənin şövqünü cansuz güman etməz idimDəhənin şövqünü cansuz güman etməz idim,Yoxsa birdəm onu mən munisi-can etməz idim.
Dil ki, sərmənzili ol zülfi-pərişan olmuşDil ki, sərmənzili ol zülfi-pərişan olmuş,Nola cürmi ki, asılmasına fərman olmuş.
Dostum, aləm səninçin gər olur düşmən manaO my loved one, though the world because of thee my foe should be,'Twere no sorrow, for thyself alone were friend enow for me.
Dün könül dildarə şərhi-qəmi-pünhan etdiDün könül dildarə şərhi-qəmi-pünhan etdi,Cəm ikən, könlünü bir parə pərişan etdi.
Ey bivəfa ki, adət olubdur cəfa sanaEy bivəfa ki, adət olubdur cəfa sana,Billah cəfadır, olma demək bivəfa sana.
Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!Tutma zühhadın müxalif pəndini, peymanə tut!
Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyənEy geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən,Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən.
Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxiEy göz, ol nərgisi-xunxarə nigah etmə dəxi,Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi!
Ey gül, nə əcəb silsileyi-mişki-tərin varEy gül, nə əcəb silsileyi-mişki-tərin var,Vey sərv, nə xoş can alıcı işvələrin var!
Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləzizEy məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz,Dəmbədəm zəhri-qəmin qəndi-mükərrər tək ləziz.
Tags are assigned automatically from keywords and refined by editors.