Fuzuli: Safavid era
Kuhkəndən gözükür kuhdə asar hənuz,Ol nə bənzər mənə, onun əsəri var hənuz.
Getdi əldən sənəmin sünbili-mişkəfşaniGetdi əldən sənəmin sünbüli-mişkəfşani.Yenə dövr etdi pərişan məni-sərgərdani.
Gecələr ta halimə gərdun təmaşa etmədiGecələr ta halimə gərdun təmaşa etmədi,Tərk edib bidadını, bir mehr peyda etmədi.
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılınGəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!
Gər deyil bir mah mehrilan mənim tək zar sübhGər deyil bir mah mehrilən mənim tək zar sübh,Başin açib nişə hər gün yaxasın yırtar sübh.
Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdənGərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən,Tərki-ədəb etdin, nola düşsən nəzərimdən.
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sanaGərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana,Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana!
Giryədir hər dəm açan qəmdən tutulmuş könlümüGiryədir hər dəm açan qəmdən tutulmuş könlümü,Əşkdir xali qılan qan ilə dolmuş könlümü.
Göz xətindən mərdümin məhv etmədən bulmaz muradGöz xətindən mərdümin məhv etmədən bulmaz murad.Zaye eylər hüsnünü xəttin savad üzrə səvad.
Gör sirişkim şəbi-hicran, demə kim, qandır buGör sirişkim şəbi-hicran, demə kim, qandır bu,Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadıGördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Görməsəm hər söz açanda ol güli rəna üzünGörməsəm hər göz açanda ol güli-rəna üzün,Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanınGörüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.
Ləbin əksi gözüm yaşini mey tək laləgun etdiLəbin əksi gözüm yaşini mey tək laləgun etdi,Zənəxdanın muradım dəstgahın sərnigun etdi.
Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yoxLəblərin tək ləlü ləfzin tək düri-şəhvar yox.Ləlü gövhər çox, ləbin tək ləli-gövhərbar yox.
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlarLəhzə-ləhzə ləbin anıb edicək əfğanlar,Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Mehri könlümdə nihan olduğun ol mah bilirMehri könlümdə nihan olduğun ol mah bilir,Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.
Məgər xab içrə gördün, ey könül, ol çeşmi şəhlayiMəgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayiKi, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi.
Mənə basi-səba ol sərvi-gülrüxdən xəbər verməzMənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.
Mənim kimi bir ləbi-xəndan üçün giryanlığım vardırMənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır,Pərişan türrələr dövründə sərgərdanlığım vardır.
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!
Mərhəm qoyub önərmə sinəmdə qanlı dağıMərhəm qoyub önərmə sinəmdə qanlı dağı,Söndürmə öz əlinlə yandırdığın çirağı.
Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəsMəskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs,Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs.
Məhşər günü görüm derəm, ol sərvqamətiMəhşər günü görüm derəm, ol sərvqaməti,Gər onda həm görünməsə, gəl gör qiyaməti.
Tags are assigned automatically from keywords and refined by editors.