Shah Ismail Khatai: Safavid era
Mehriban və bağışlayan Allahın adı ilə. Hökm Allahındır. Qalibiyyət atası şah İsmayıl Bahadur əl-Səfəvi sözümüz Dizmar vilayətinin divan istərinə vəzifədar olan və ən mühüm hökmranlıq vəzifələrini həyata keçirən əmirləri, hakimləri, darğaları, amilləri və mübaşirləri bilsinlər ki, [Quranda] dürr kimi düzülmüş - onlara deyin ki, sizdən, yaxın dostluqdan başqa heç bir sual etmir və heç bir mükafat istəmirik - sözünün tələb etdiyinə görə, böyük seyidləri möhkəmlətmək və himayə etmək ədalət şüarlı sultanlar və səma qüdrətli xaqanların vaciblər sırasında və zəruriyyət cümləsinde olan vəzifələrindəndir. Bu məsud saatlı vaxtlarda Şaha layiq sonsuz qayğı, şahlıq mərhəməti və mehribanlığı hörmət sahihləri olan əzəmətli və kəramətli seyyidlərin əhvalına şamil və arzularına öhdəçi olmuşdur. Peyğəmbərin - ona salam olsun - ən yaxşı övladının [hökmranlığı] günlərində əzəmətli seyyidlər və nəciblərin xəlifələri, Seyyid Ziyaəddin Rza, Seyyid Məhəmməd, Seyyid Cəfər, Seyyid Amir və qardaşlarına xeyirxahlıq niyyəti buyurub, onları malucəhət və divan hüququndan düşüncəli surətdə, bütünlüklə azad etdik və bağışladıq, vergilərdən və yazılı göstərişlərdən kənar edilməyə layiq buyurduq. Lazımdır hökmə müvafiq surətdə rəftar edərək malucəhat, ixracat, xariciyyət, hökmlü və hökmsüz ləvazirət adı ilə ələfə, ulufə, qonılqa, ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, əydi novruzi, zərparəyi pişkəş, savarı, çərik, ona yarım, məlikanə, mühəssilanə, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, darğalıq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, vərilmiş vədi yerinə yetirmək haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və malu-xaricə aid oluna biləsi diğər divan mükəlləfiyyətləri və şahlıq tələbatından hər ad və qayda ilə olursa-olsun, əziyyət verməsinlər və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafızə olunan və qorunan hesab etsinlər. Ötən göstəriş və davam edən qanun mövcibincə bağışlanmış və azad olunmuş bilərək, heç bir həvalə və tələb etməsinlər. Qeyd olunanları əzizləməyi və hörmətləndirməyi lazım bilsinlər. Onların minnətdar və [ya] şikayətliliyinin təsirli olmasını bilsinlər. Mübarək fərmanın tələbatından yayınmasınlar. Həmin qayda ilə rəftar etsinlər və bu mövzular üçün hər il yeni qeyd və əmr tələb etməsinlər. [Hökm] bütün dünyanın tabe olduğu yüksək şöhrətli itaət olunmanın yüksək və kaşarlı möhürü ilə zinətləndikdə, aydınlaşdıqda və cilalandıqda, etimad etsinlər. Yüksəyin əmri ilə yazıldı, Yüksək Allah onu yüksəltsin, nüfuzunu əbədi etsin. O, yüksəyə tabeçiliyi və itaətkarlığı ötəri etməsin.907-ci ilin cümada-as-sani ayının 25-də.
I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmüO, pak Allahdır.Mehriban və bağışlayan Allahın adı ilə [Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl şahimərdanın [Əlinin] quludur.
I İsmayılın Miskin Abdal haqqında olan fərmanıEy mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona sidq ürəklə inanın, nə mətləbiniz varsa ondan diləyin.
BayatılarXətaiyəm xəttarəm,Həq sirrine settarəm,
I Şah İsmayılın Musa Durğut oğluna Fərmanı300pxBismilləhir-rahmənir-rahim
I Şah İsmayılın Şəhabəddin Bayqu Ömər Zülqədərə Farsca fərmanıHov-Allahi-SubhanəBismi Allahı Rəhmanı Rəhim
Bir sözSözünü bir söyləyəninSözünü edər sağ bir söz.
DedilərQırxlar meydanına vardım,Gəl bəri, ey can, dedilər.
İstərlərSərsəri, girmə meydana,Aşiq, səndən yol istərlər.
Kərəm eyləGövhərin keçməyən yerdə,Satma, qardaş, kərəm eylə.
Nəzər eyləAqil, gəl bəri, gəl bəri,Gir könülə nəzər eylə.
Şah mənəmAllah-Allah, deyin, ğazilər,Ğazilər, deyin, şah mənəm.
Yol əhlininDil ilə dərvişlik olmaz,Halı gərək yol əhlinin.
Qamu Rum-u Çin-ü Xorasan-u ŞamQamu Rum-u Çin-ü Xorasan-u Şam,Açar bir bəy igid bunları tamam.
Baharın gəldiyin nədən biləyimBaharın gəldiyin nədən biləyim,Gül dikəndə bitər, bülbül daldadır.
BahariyyəQış getdi, yenə bahar gəldi,Gül bitdi və laləzar gəldi.
Həqiqət bəhrizatun əkbər olduHəqiqət bəhrizatun əkbər oldıSifətünden anun bir gövhər oldı.
Ah kim, sən getdin, ey ay üzlü, can qaldı manaAh kim, sən getdin, ey ay yüzlü, can qaldı mana,Can səninlə getdi cismi-natəvan qaldı mana.
Arizin kim ol rüxi-pürnuri-tab üstündədirArizin kim ol rüxi-pürnuri-tab üstündədir,Suyə bənzər kim, həmişə afitab üstündədir.
Arizində sünbülün ənbərfişan etmiş dururArizində sünbülün ənbərfişan etmiş durur,Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur.
Aşiq isən gəl bərü, kim, cani-canan məndədirAşiq isən gəl bərü, kim, cani-canan məndədir,Zahida, sən xandasan, kim, nuri-iman məndədir.
Aşiq odur kim, sözü canü dililə yar birAşiq oldur kim, sözü canü dililə yar bir,Bir durur aşiq əzəldən sevgili dildar bir.
Badi-sübh əz suyi-məşriq afitab almış gəlürBadi-sübh əz suyi-məşriq afitab almış gəlür,Ğaliba yarın cəmalından niqab almış gəlür.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Tags are assigned automatically from keywords and refined by editors.