Dostum, aləm səninçin gər olur düşmən mana,Qəm deyil, zira yetərsən dust ancaq sən mana.

Eşqə saldım mən məni, pənd almayıb bir dustdən,Hiç düşmən eyləməz onu ki, etdim mən mana.

Canü tən olduqca, məndən dərdi qəm əskik deyil,Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana.

Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən,Zülməti-hicr etdi çox tarik işi rövşən mana.

Dudü əxkərdir mana sərv ilə gül, ey bağiban!Neylərəm mən gülşəni, gülşən sana, külxən mana.

Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könülKim, müqərrərdir bu gün ölmək sana, şivən mana.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, çıxsa can, çıxman təriqi-eşqdən,Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love