Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,Sayə tək sevdayi-zülfün payimal eylər məni.

Zəfi-tale, manei-tovfiq olur hər necə kim,İltifatın arizməndi-visal eylər məni.

Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,Arizi sərgəşteyi-fikri-məhal eylər məni.

Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love