Məhtaban 19

Məmalik qulaq verincə, yatdığı otağın qapısı arxasında, enli dəhlizdə döşənən Təbriz fərşi üzərində asta hərəkət edən ayaq səsləri eşitdi: “Bu kim olsun belə? – deyə qoca qulaq verməyə başladı. – Ərmağan olmasın?1 Ərmağan xanım Məhəmməd qızı ilə mənim otağımın arasında dolaşmasın?1 Qulaq verib, qaranlıqda bizim nəfəslərimizi belə dinləməsin? Röyada ola bilən danışıqlarımızı eşidib bilmək istəməsin?1 İlahi, sən özün şahidsən ki, Ərmağanın anası Sərəncam xanım da bax, belə idil O, hey gendən mənə göz qoyur, danışıqlarıma da gizlicə qulaq verirdi. Guya aşkara gördükləri, eşitdikləri az idi, gizli qulaq verdikləri, gördükləri hesabda idil Arada bir məna olsun, olmasın, ciddi söz-sov olsun, olmasın?1”.Doğrudan da xan qızı Sərəncam xanımın peşəsi gizlindən qulaq asmaq, gizlindən güdmək idil Elə bil ki, Sərəncamın canı güdməkdə, bütün zövqü də xəlvəti qulaq verib, xəlvəti eşitməkdə idil Aşkar işdən Sərəncam xanımın zəhləsi gedərdi! Bir də Sərəncam göz açandan öz anasını gizlicə güdən, onu da öz ərinə xəlvəti qulaq verən, göz qoyan görmüşdü! Məmalik əzazil Sərəncamı xatırladıqca, Ərmağanın gəlişi ilə arvadının kabusu barigahda dolaşdıqca, Məmalikin təsəvvüründə illər uzunu canını xirtdəyinə yığan xan qızının pəstahları canlanır, kişinin əsəbləri yay kirişi kimi dartınırdı: “Bax, rəvayət edənlər deyərdilər ki, o Sərəncam xanımın anası məluna da hey Sərəncam xanımın atasını beləcə, mən sayaqda yay gününün üzülməz kölgəsi kimi təqib edirmiş!..”

Suleyman Rahimov10 min
Zeynal-bəy

Pristavun müavini Zeynal-bəy, sabah ertə dəftərxanaya gələndə, orada ayrı halət gördü; qaradavoylar süpür ha süpür salmışlar; pristav da dəli kibi otaqda oyan bu yana qaçır, qaradavoyların üstünə çığırırdı:– Müftəcə məvacib alıb, il uzunu bircə qəpiklikə də iş görmək istəmirsiniz: elə onu bilirsiniz ki, dəftərxanaya girəndən rüşvət alırsınız. Budur qubernator üç günə kibi gəlir; hamınızı, it kibi qulluqdan qoğacaq.

Yusif Vazir Chamanzaminli9 min
Məşədi Sicimqulu “Kefsiz”

Keçmiş günlərdən*“Molla Nəsrəddin”in birinci ilinin birinci nömrəsində “Molla Nəsrəddin” şivəsinə yarayan məzhək şeirlərdən bir nümunə çap olunmuşdu: “Lisan bəlası”.

Jalil Mammadguluzadeh14 min
Allah, Peyğəmbər, Xəlifə

Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,

Huseyn Ibrahimov15 min
Yusif və Esfir

Cavan və istedadlı sənətkar dostum*Mikayıl Mirzəyevə ithaf edirəm.*

Ilyas Afandiyev19919 min
Göbələk

Tiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.

Abdulla Shaig19129 min
Tərcümeyi-halım

Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.

Abdurrahim bey Hagverdiyev7 min
Köməkləşəlim

Həyat həmişəlik bir davadır. Bu davada hər kəsin düşməni isə birdir: zəhmət və məşəqqət – əski ədiblərcə çərxi-fələk.Kim zəhmət və məşəqqətə tab edib tutduğu işdə səbat göstərirsə, o, çərxi-fələyin qolunu bükmüş, düşmənini həlak etmiş olur. Buna görə böyük-kiçik, zəif-qüvvətli – hər kəs çalışır ki, düşməninə qarşı dursun, onu alt etsin ki, gələcəkdə rahat yaşaya bilsin.

Omar Faig Nemanzadeh19158 min
Tərcümeyi-halım

Mən, 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində anadan olmuşam. Hələ uşaq yaşlarında ikən atam ölmüş, anamın himayəsində qalmışam. 1885-ci ildə dayım Səfərəli Vəlibəyovun (seminariya müəllimi) yardımı ilə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şö’bəsi yanında olan ibtidai məktəbin əlifba sinfinə qəbul olunmuşam.1894-cü ilin iyun ayında seminariyanı bitirib, həmin il oktyabrın birində Bakının üçüncü şəhər rus-tatar məktəbinə müəllim tə’yin olunmuşam.

Suleyman Sani Akhundov7 min
Süleyman Sani Axundov

Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir.Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə halhazırda Qasım İsmayılov adınadır.

Suleyman Rustam6 min
Koroğlunun Ballıca səfəri

Çənlibelin qarlı uca dağları, sıldırım qayaları ağ buludların bağrını deşirdi.Dağlar arasında yerləşən Çənlibel Koroğlunun məskəni idi.

Folk literature8 min
Muğamat və xalq mahnılarının ifası haqqında

Yoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.

Uzeyir Hajibeyov12 min
“Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surəti

Mərhəmətli cənab Yakov Alekseyeviç!Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm.

Mirza Fatali Akhundov10 min
İyirmi beşinci fəsil

QIZILBAŞİYƏ DÖVLƏTİ DÜBARƏ NƏQZİ-ƏHD EDİB,İZHARİ-ƏDAVƏT ETDİYİN VƏ 1242HİCRİDƏ

Mir Mehdi Khazani15 min
Jenya Batumiyə gedir

Gənc xəfiyyə həddindən artıq sevinirdi. Nə üçün də sevinməsin? Bu səfərində o iki quşu bir güllə ilə vuracaqdı: həm gizli ədəbiyyat aparan Jenyanı Batumidə ədəbiyyatla bərabər tutduracaq, həm də Batumidə fəhlə hərəkatı rəhbərlərini öyrənib jandarm idarəsinə xəbər verəcək idi.Biletlər yumşaq vagona alınmışdı. Hambal, Jenya ilə gənc casusun çemodanlarını kupeyə qoydu. Orada iki nəfər başqa adam da oturmuşdu. Onlardan birisi Moskva taçirlərindən idi. O, çay əkini işləri ilə tanış olmaq üçün Çakvaya gedirdi. İkincisi də bir erməni keşişi idi. Onun oğlu Odessa şəhərində evləndiyi üçün atasını toya çağırmışdı.

Mammed Said Ordubadi12 min
Birinci hissə, 11

Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.

Ismayil Shykhly195714 min
VII

Hüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:

Suleyman Rahimov194411 min
Ağ buxaqda qara xal

Çağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından*Bir öpüş pay da verməz.*

Yusif Vazir Chamanzaminli8 min
Quzu

Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.

Jalil Mammadguluzadeh8 min
Xeyirxahlıq

Yay təzə girsə də, havalar isti keçirdi...Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...

Huseyn Ibrahimov10 min
Bizim təzə evə köçməyimiz və dəftərxana kağızlarının göyə sovrulması

Nəhayət, atamın tikdirdiyi binanın bir tərəfi hazır olandan sonra biz kirayədə olduğumuz evdən ora köçdük. Hamımız bayram içindəydik. Mən də, bacım da, anam-atam da təzə paltar geyinmişdik. Anam brilyant qaşlı qızıl bilərziklərini, aypara şəklində olan qızıl silsiləsini taxıb ortasında göz kimi iri yaqut olan enli, qızıl kəmərini bağlamışdı, ayaqlarında dikdaban lak tufli var idi və bütün bunlar mənim, onsuz da gözəl anama fövqəladə bir yaraşıq verirdi. Onun gözəl, duru gözlərində bir sevinc duyulurdu və bu, məni xoşbəxt edirdi. Mən həmişə anamı şən görəndə özümü xoşbəxt hiss edirdim. Həmişə çox ciddi, işgüzar bir adam olan atam da bu gün deyib-gülürdü. Təzə evimizin, bağçamızın barəsində anamın tərifinə məmnuniyyətlə qulaq asırdı. Atamın bu cür şadlığı, tez-tez gülüb zarafat eləməyi məni sevindirirdi.Bir də gördük ki, adamlar səs-küylə dəftərxanaya sarı yüyürürdülər.

Ilyas Afandiyev13 min
Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

Abdulla Shaig19129 min
Pir

“Qurban olum pir sana! Nə yatıbsan, dursana!”*Mirzə Cavad bərk yorulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil olub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qoydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qoyub, özünü yıxdı ocağın qırağına. Arvad əlində toxuduğu corabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qoydu. Mirzə başını mütəkkənin üstünə qoyub uzanmaqda olsun, biz də onun kim olduğunu nəql edək.

Abdurrahim bey Hagverdiyev8 min
Qəbahət sizdə və bizdə

“İrşad”ın 112-ci nömrəsində “Hadi” imzası ilə en bəsirətli bir alimimiz tərəfindən yazılan məqaləni diqqətlə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbanın ürəyindən qopan avazi-qüdsi və ruhanidir. Çox az alim tərəfindən izhar edilə bilən mütəvazehanə, lakin alicənabanə, doğrudan hadi-yanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifanə, fəzlanə, xudapəsəndanə kəlimatdır. Cənabi həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millət fazilləri öz elmi-hürriyyəti ilə aramızda artıq eləsin.Fəzilətli cənab Hadi əfəndi həzrətlərinin məqalələri ümumiyyətlə, gözəl yazılmışdır. Ancaq məqalələrin axırlarını eyni ilə qəbul etməkdə fikir və vicdanıma nə qədər dedim ki, “hər nə yazılmış isə çox əla, sənin xoşuna gəlmirsə, gəlməsin. Bəlkə həqiqət elədir. Hər sözü çəkib uzadıb peşindən düşmək “hüsn-zənnin” xilafıdır. Xüsusilə bu cür fazil rəbbatnilərin qabağında dinmək sənin həddin deyil…” Lakin nə çarə ki, belə zəif sözlər ilə məhkəmeyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddəi qüvvələr vicdanımın üstünə tökülüb dedilər: “Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq deməyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, bəlkə fəzilətdir…” İştə bu tövr bir mühakimə ilə vicdanıma məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cəsarət eləyirəm:

Omar Faig Nemanzadeh19066 min
Mister Greyin köpəyi

Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir dəhmada qoca anası ilə yaşayırdı. Bu cavan, küçə aktyoru idi. Öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.Bəxti gətirib 60–70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda «Ana can, yuy… yuy…» deyə onu səslərdi.

Suleyman Sani Akhundov6 min
Şəbüstər və Xamnə səfəri

Bizə xəbər verdilər ki, Xamnədə Azəri ədəbiyyatının fəxri Mirzə Fətəli Axundovun nəslindən Axundov adlı bir müəllim yaşayır. Biz bu xəbərdən çox sevindik. Həmin müəllimi görmək arzusu bizi Xamnə səfərinə sövq etdi.Yunis Hacıyev, rəssam İsmayıl Axundov, Zülfəli İbrahimov və mən bir dəstə opera sənətkarımızla birlikdə yola çıxdıq. Şəbüstərə çatdıq. Bu kənd Azəri poeziyasının şöhrəti, Cənubi Azərbaycan Sabiri Möcüz Şəbüstərinin vətəni idi. Şəbüstər çox mənzərəli bir yerdir.

Suleyman Rustam15 min
Koroğluynan Dəli Həsən

Günlərin bir günü Koroğlu Qırat minib Çənlibelin ətəyindəki yola çıxmışdı.Bir də baxdı budu, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir ki, dünyalara dəyər.

Folk literature6 min
Vəzifəyi-musiqiyyəmizə aid məsələlər

Azərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.O müsaidət nədən ibarətdir?

Uzeyir Hajibeyov7 min
On beşinci fəsil

RUSİYA QOŞUNU DÜBARƏ QAFQAZINBU TƏRƏFİNƏ GƏLMƏYİN VƏ

Mir Mehdi Khazani9 min
Nəsihət

Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.

Mammed Said Ordubadi13 min