Namaz qılan və tramvay çəkən

Birisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib; birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə binamaz şura mühəndisləri bu günlərdə Bakının Dağ məhəlləsinə tramvay çəkib qurtardılar.

Jalil Mammadguluzadeh1 min
Yaponiya və biz

“Vışka” qəzeti 11 noyabr nömrəsində yazır ki, Yaponiyada paravozun təmiri 6 gün çəkdiyi yerdə bizlərdə haman paravozun təmiri 30 gündən 80 günə kimi çəkir.Buradan mən bir müşabihə götürürəm, bir dindar adamı və bir də dinlə işi olmayan Allah bəndəsini. Bu iki adama iş tapşırsan flan vaxta hərəsi öz işini qurtarsın. Əlbət ki, ikincisi işini qabaqkından tez qurtaracaq: səbəbi budur ki, işin şirin yerində qabaqkı dindar yoldaş cibindən saatını çıxarıb deyəcək: bəh, namazımın vaxtı keçdi.

Jalil Mammadguluzadeh1 min
Va şəriəta, yaxud ingilis politikası

Əgər durub düzünü danışsaq, ingilis politikasının şəriətə nə dəxli var?Amma işin əsli binövrəsinə baxsaq, ingilis politikasının tən yarı hissəsi islam şəriətindən material almaqdadır.

Jalil Mammadguluzadeh1 min
Bəlkə də səhv edirəm, qoy desinlər!

Qocalmışam, bəlkə də gözlərim yaxşı görməyir. Ola bilər ki, səhv edirəm. Qoy “Çorni və beli qorod” işçiləri cavab versinlər!Əhvalat belə idi:

Jalil Mammadguluzadeh3 min
İngilis hökuməti və din söhbətləri

Bircə mən bu sirri başa düşə bilmirəm ki, aya İngilis hökumətinin başında oturanlar və ingilis parlamanının üzvləri həqiqətdəmi dindardırlar, ya yox?Əgər doğrudan da dindardırlar, onda gərək elə güman edək ki, onların dünya elmindən və tarixindən heç xəbərləri yoxdur; zira dünya elmindən və tarixindən xəbərdar olan bir adam İsa və Musaya qail ola bilməz.

Jalil Mammadguluzadeh1 min
Yeni ibtidai məktəbdə Azərbaycan dili

Budur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150).Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.

Jalil Mammadguluzadeh4 min
Bəs Aspisova xanımın müsəlman qızları üçün məktəbi necə oldu?

İki aydan sonra Aspisova xanımın Tiflisdə müsəlman qızları məktəbi açmaq icazəsi üçün ərizə verməsinin bir ili tamam olacaqdır. İndiyədək bu xahiş qəbula keçməmişdir. Bizim dəftərxanalarda öz xahişinin qəbula keçəcəyinə hələ də ümid bəsləyən Aspisova xanımın nikbinliyinə təəccüb eləməmək olmur.İş ondadır ki, bu barədə verilən ərizə Aspisova xanımın etibarlı adam olub olmadığını aydınlaşdırmaq məqsədilə bir neçə ay yerli inzibati idarələrin dəftərxanalarını gəzəndən sonra rəy üçün Zaqafqaziya müftisi və şeyxül-islamına göndərildi; onlar isə Aspisova xanıma kömək etmək və müsəlmanlar üçün əhəmiyyətli olan belə bir təşəbbüsü yerinə yetirməkdə ona kömək etmək əvəzinə, Aspisova xanımın təqdim etdiyi şəriət proqramına höcəşdilər. Qafqaz təhsil dairəsinin cənab popeçiteli müfti və şeyxül-islamın rəyinə əsaslanaraq, məktəbin açılışı məsələsinə xitam verdi.

Jalil Mammadguluzadeh1 min
“Həblül-mətin” qəzeti Haaqa konfransının nəticələri haqqında

Qafqazda ikinci sülh konfransının çağırılması məsələsi Kəlküttədə nəşr olunan “Həblül-mətin” qəzetinin səhifələrində xeyli bədbinmülahizələrin ortaya çıxmasına səbəb olmuşdur. Bu qəzetin üçüncü fransının əks-sədası olaraq, böyük sürət və qızğınlıqla Port-Artur, Koreya və Çində hündür istehkamlar tikməyə başladılar.“Həblül-mətin”dəki məqalədə həyəcanla deyilir ki, bu da Avropa mədəniyyəti və insaniyyətinin meyvəsi! Sən ey müdrik insan! Qərbdən baş qaldırıb çıx və bax gör ki, Avropa torpağına səpilmiş sülh toxumları necə cücərmişdir! Böyük dövlətlərin adı bəşər tarixinə gör necə biabırçılıqla yazılacaqdır! Xalqların salnamələrində gələcək nəsillər üçün onlardan gör necə mənhus səhifələr yadigar qalacaqdır!

Jalil Mammadguluzadeh2 min
Tiflis müsəlmanlarının hürriyyət naminə şənlikləri

“Həyat”ın 88-ci nüsxəsində teleqraflar cərgəsində Tiflisdən vurulmuş belə bir teleqraf var: “Tətilçilərlə müsəlman dükançıları [arasında] müsadimə vüqu buldu... ”Bu xəbəri oxuyan özgə şəhərlərdəki müsəlman qardaşlar əlbət inanıb mütəəssif olacaqlar. Halbuki qərəzkaranə yazılmış yalan bir xəbərdir. O günü bir müsəlman qəssabı ilə digər bir kişinin əhəmiyyətsiz şəxsi münaziələri oldu. Amma müsəlman dükançıları ilə tətilçilərin arasında əsla müsadimə olmayıbdır. Görünür, belə adi bir vüquatı böyüdüb camaat müsadiməsi kimi göstərməkdə bir qərəz, bir fitnə var.

Jalil Mammadguluzadeh3 min
Jurnalımıza abunə yazılmaq şərtləri

Məlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəcmürdə.Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar?

Jalil Mammadguluzadeh2 min
“Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlər

May ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.

Jalil Mammadguluzadeh2 min
Biblioqrafiya (Ziya Paşa və Derjavin)

Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:

Jalil Mammadguluzadeh2 min
“Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarından

ElanƏbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir.

Jalil Mammadguluzadeh1 min
Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış

(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.

Jalil Mammadguluzadeh2 min
Məmmədəli! (23 avqust 1910)

Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən.Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka.

Jalil Mammadguluzadeh1 min
Məmmədəli! (25 avqust 1910)

Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (25 oktyabr 1910)

Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim.Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (14 may 1911)

Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (10 oktyabr 1911)

Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil

Jalil Mammadguluzadeh1 min
Həmidə! (14 iyul 1911)

İki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəlib aldım və dünən Ələkbərə göndərdim.Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sora mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (14 fevral 1912)

Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portağal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib.Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını İrəvana bildirəcəyəm.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (7 mart 1912)

Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram.Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmə [di] və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında [... ] manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməginən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicliklərinə şərik olur, dəxi sözüm yoxdur.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (27 noyabr 1913)

Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...

Jalil Mammadguluzadeh2 min
Əziz Həmidə! (1913)

Heç kəsə demə ki, sənə bu cür teleqramlar göndərirəm: məni başa düşməzlər və elə güman elərlər ki, mən sənin yanında lovğalanıram.Sənin Cəlilin

Jalil Mammadguluzadeh1 min
Həmidə! (1 aprel 1914)

Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (30 mart 1916)

Tiflis*Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün icazə almışam. Jurnal işləri ilə əlaqədar Bakıya gedəcəyəm. Orada “İslamiyyə” mehmanxanasına düşəcəyəm. Oradansa hara gedəcəyimi hələ bilmirəm. Ələkbər və uşaqlar necədir?

Jalil Mammadguluzadeh1 min
Həmidə! (14 aprel 1916)

Arxların məsələsini Ələkbər bəy Xasməmmədova tapşırdım və ona əlli manat pul və arxlara aid bütün sənədləri verdim. Bu gün buradan ona vəkalətnamə göndərirəm. Əgər vilayət məhkəməsində işi aparsa, onda üstəlik ona yüz manat da verəcəyəm, əgər uduzsa, işi Palataya keçirəcək. Orada isə Roxlin bizə kömək edəcək.Mənə yay pencəyimi və ciletimi, yay köynəyimi və mümkün olsa, həsir şlyapamı göndər. Lavrenti bunlar üçün kiçik bir qutu qayırsın.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (12 iyul 1916)

Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (11 iyun 1917)

Tiflis*Məktubunu aldım. Uşaqlar salamatdırlar, nigaran qalma. Ələkbərə yazmışam ki, arabanı sazlasın. Hazır olan kimi, dərhal Xankəndinə gedib, oradan da kəndə baş çəkəcəyəm. Jurnalımız çıxır. Sənə abunə kitabçaları göndərmədim. Axı, hələlik sənin abunə ilə məşğul olacaq halın yoxdur. Elə ki, lazım bildin, göndərərik. Buralar sərindir, yağış yağır. Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Tez-tez özün haqqında yaz. Mən hələlik Tiflisdəyəm. Jurnal 1500 nüsxə çıxır və hamısı satılır. Səhhətin və əlin necədir? Əziz Həmidəm, səni xəyalən bağrıma basıram. Hələlik, sağ ol.

Jalil Mammadguluzadeh1 min
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova

11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.

Jalil Mammadguluzadeh1 min