The Treasury of Mysteries, chapter 23
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
صیدکنان مرکبِ نوشیرواندور شد از کوکبهٔ خسروان
Nuşirəvan qoşunla çıxmışdı bir gün ova,Düşdü öz dəstəsindən uzaq, at qova-qova.
مونس خسرو شده دستور و بسخسرو و دستور و دگر هیچکس
Padşaha bu səfərdə yoldaş ancaq vəzirdi,Hər ikisi at çapıb, axtarıb ov gəzirdi.
شاه در آن ناحیت صید یابدید دهی چون دل دشمن خراب
Düşmənin qəlbi kimi uçuq xaraba bir kəndGörüncə tacidarı bürüdü, aldı heyrət;
تنگ دو مرغ آمده در یکدِگَروز دل شه قافیهشان تنگتر
Xarabalıqda iki quş oxuyub durardı,Nəğmələri padşahın könlündən daha dardı.
گفت به دستور «چه دم میزنند؟چیست صفیری که بههم میزنند؟»
Padşah dedi: „Ey vəzir, bir dinlə bu avazı,Səncə bu fit vermənin, söylə, nədir mə’nası?“
گفت وزیر «ای ملک روزگارگویم اگر شه بود آموزگار
Vəzir cavab verdi ki: „Ey əsrin padşahı, mən,Nəql edərəm bu halı, ibrət almaq istəsən;
این دو نوا نز پی رامشگریستخطبهای از بهر زناشوهریست
Boş-boşuna oxumur gördüyünüz bu quşlar,Onların arasında bir kəbin söhbəti var.
دختری این مرغ بدان مرغ دادشیربها خواهد از او بامداد
Bax, bu quşa vermişdir o biri öz qızını,Bu isə qabaqcadan istəyir cehizini.
کاین ده ویران بگذاری به مانیز چنین چند سپاری به ما
Deyir: „Bu viran kəndi verdikdən sonra mənə,Buna bənzər bir neçə kənd verməlisən yenə“.
آن دگرش گفت کزین درگذرجور ملک بین و برو غم مخور
O biri quş deyir ki: „Əl çək, mənə dil tökmə,Padşahın zülmünü gör, yetər qəm-qüssə çəkmə.
گر مَلِک اینست نه بس روزگارزین ده ویران دهمت صد هزار»
Əgər padşah bu isə, onun sayəsində sən,Yüz min belə xaraba kənd alacaqsan məndən““.
در ملک این لفظ چنان درگرفتکاه برآورد و فغان برگرفت
Bu sözlər atəş kimi yaxdı Nuşirəvanı,İnlədikcə yüksəldi göyə ahı, fəğanı.
دست بهسر بر زد و لختی گریستحاصل بیداد به جز گریه چیست؟
Ağladı, öz əliylə vuraraq öz başına,Bəllidir ki, zülm edən qərq olar göz yaşına;
زین ستم انگشت به دندان گزیدگفت «ستم بین که به مرغان رسید
Dərin bir fikrə daldı, dişləyib barmağını,Dedi: „Quşlar da almış zülmümün sorağını.
جور نگر کز جهت خاکیانجغد نشانم بَدَل ماکیان
Zülmümlə, rəiyyətin canına od vururam,Toyuqların yerində bayquşlar oturduram.
ای من غافل شده دنیا پرستبس که زنم بر سر ازین کار دست
Bu dünyaya uyan mən, saysız dərd çəkəcəyəm,Gördüyüm bu işlərçin başıma döyəcəyəm.
مال کسان چند ستانم به زور؟غافلم از مردن و فردای گور
Bəs etməzmi soyduğum bu xalqı diri-diri,Unutmuşam, olmaya, mən qiyaməti, qəbri?
تا کی و کی دستدرازی کنم؟با سر خود بین که چه بازی کنم
Nə vaxtadək olacaq mənim bu əlim uzun?Açmışam öz başıma öz əlimlə min oyun.
مُلک بدان داد مرا کردگارتا نکنم آنچه نیاید به کار
Tanrı mənə onunçun verdi mülkü, dövlətiKi, bir pis iş görməyim, ucaldım ədaləti.
من که مسم را به زر اندودهاندمیکنم آنها که نفرمودهاند
Padşah edib, tutdular misimi bu qızıla,Mənə tapşırılana qulaq asmıram əsla.
نام خود از ظلم چرا بد کنم؟ظلم کنم وای که بر خود کنم
Adımı pisləyirəm yağdırmaqla qəm, sitəm,Özgəyə zülm etməklə özümə zülm edirəm.
بهتر از این در دلم آزرم دادیا ز خدا یا ز خودم شرم باد
Gərək insaf yağaydı işimdən və sözümdən,Nə tanrıdan utandım, nə ar etdim özümdən,
ظلم شد امروز تماشای منوای به رسواییِ فردای من
Bu gün zülm mənim peşəm, mənim tamaşam oldu.Sabah söyləyəcəklər gör necə bədnam oldu.
سوختنی شد تن بیحاصلمسوزد از این غصه دلم بر دلم
Böylə bədən layiqdir, mənçə, yandırılmağa,Baxınız bir sinəmə çəkilən çarpaz dağa.
چند غبار ستم انگیختن؟آب خود و خون کسان ریختن
Nə vaxtadək sürəcək zülmüm öz dövranını,Tökəcəyəm abrımı, öz xalqımın qanını?
روز قیامت ز من این ترکتازباز بپرسند و بپرسند باز
Etdiyim quldurluğu, — nə qədər günahım var,Qiyamət günü məndən bir-bir soruşacaqlar,
شرم زدهم، چون ننشینم خجل؟سنگدلم، چون نشوم تنگدل؟
Mən həyasız olmuşam, necə xəcil olmayım,Daş ürəkli olmuşam, necə zəlil olmayım?
بنگر تا چند ملامت برمکاین خجلی را به قیامت برم
Bilirəm ki, layiqəm töhmətə, məzəmmətə,Aparıram bunları özümlə qiyamətə.
بار من است آنچه مرا بارگیستچاره من بر من بیچارگیست
Mindiyim at ki, vardır boynuma yük olacaq,Mənə bir çarə varsa, çarəsizlikdir ancaq.
زین گهر و گنج که نتوان شمردسام چه برداشت؟ فریدون چه برد؟
Bu saysız xəzinədən, bu gövhərdən, bil, müdamNəriman nə apardı, söylə, nə götürdü Sam?
تا من ازین امر و ولایت که هستعاقبتالامر چه دارم به دست؟»
Böylə əməldən sonra hökmüranlığım, ölkə,Mənə kömək edərmi? Heyhat! Kim bilir? Bəlkə!..“
شاه در آن باره چنان گرم گشتکز نفسش نعل فرس نرم گشت
Şah elə bərk qızışdı, elə dəyişdi halı,Nəfəsindən yumşaldı atının dəmir nalı.
چونکه به لشگرگه و رایت رسیدبوی نوازش به ولایت رسید
Çapıb, öz qoşununa gəlib çatdığı zaman,Bir qayğı qoxusuyla məst oldu bütün cahan.
حالی از آن خطه قلم برگرفترسم ِ بد و راهِ ستم برگرفت
Əsarətin və zülmün evini etdi tarac,Yoxsul, kimsəsizlərdən bir daha almadı bac.
داد بگسترد و ستم درنبشتتا نفس آخر از آن برنگشت
Qalmadı bu ölkədə zülmündən zərrə əsər,Nuşirəvan çox adil oldu ölənə qədər.
بعد بسی گردش بخت آزمایاو شد و آوازه عدلش بجای
Bu gün o yoxdursa da bu vəfasız dünyada,Xalqı onu hörmətlə gətirir daim yada.
یافته در خطه صاحبدلیسکه نامش رقم عادلی
Xalqın halına qaldı, göz oldu ölkəsinə,Adil sözü yazıldı adının sikkəsinə.
عاقبتی نیک سرانجام یافتهر که دَرِ عدل زد این نام یافت
Çox yaxşılıqla yetdi başa ömrü, həyatı,Hər kim adil oldusa, aldı o da bu adı.
عمر به خشنودی دلها گذارتا ز تو خوشنود بود کردگار
Razı sal ürəkləri ömrün boyu sözündən,Allah da razı qalsın bəlkə sənin özündən.
سایهٔ خورشید ِ سواران طلبرنج خود و راحت یاران طلب
Günəş süvariləri qoy səndən razı qalsın,Özün incisən belə, qoy dostların ucalsın.
درد ستانی کن و درماندهیتات رسانند به فرماندهی
Al dərdli könülləri, həkim kimi ver dərman,Beləliklə səni də qoysunlar bir hökmüran.
گرم شو از مهر و ز کین سرد باشچون مه و خورشید جوانمرد باش
Ədavətdən uzaqlaş, olsun məhəbbətin bol.Ay kimi, günəş kimi yüksək ol, cavanmərd ol,
هر که به نیکی عمل آغاز کردنیکی او روی بدو باز کرد
Yaxşılıqla çatdırsa hər kəs işini sona,Yaxşı üz göstərəcək öz yaxşılığı ona.
گنبد گردنده ز روی قیاسهست به نیکی و بدی حقشناس
Bir qayda ilə daim dövr edən bu asimanYaxşıya və yamana düz qiymət verər hər an,
طاعت کن روی بتاب از گناهتا نشوی چون خجلان عذرخواه
Üz döndər günahından, çalış elə itaət,Xəcalətlilər kimi çəkməyəsən xəcalət,
حاصل دنیا چو یکی ساعت استطاعت کن کز همه بِه طاعت است
Bir saatdır dünyanın hasili, artıq deyil,İtaət et, hər şeydən itaət yaxşıdır, bil.
عذر میاور نه حیَل خواستنداین سخن است از تو عمل خواستند
Üzr gətirmə, səndən istəməmişlər hiylə,Səndən istənilən şey yalnız əməldir, dinlə,
گر به سخن کار میسر شدیکار نظامی به فلک بر شدی
Sözlə keçsəydi işlər, əsla olmazdı dərdi,Nizaminin şöhrəti fələkə yüksələrdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-sirler-xezinesi-23
Use ← → keys to move, R for a random poem
More by this author
Since ordinary unrhymed speech is as a gem to the jewellers,Remember this subtle point, see what a weighed subtlety would be when it is measured.
The Treasury of Mysteries, chapter 15When the defeat of the sun caused the earth to throw its shield on the water,The world was more exhausted than the sun and yellower than its shield.
The Treasury of Mysteries, chapter 16When my trainer began to break me in, he freed me from the knots of the nine spheres of heaven.Though the rope was full of knots, he did not give up the struggle to untie them,
The Treasury of Mysteries, chapter 17The wind lifted the veil sideways. The master hastily returned to his love-making.He saw one with scented breath and sweet laughter, who had given colour to the rose and sweetness to sugar.