The Seven Beauties, chapter 37
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
لعل پیوند این علاقه دُرکز گهر کرد گوش گیتی پر
Dürlər peyvənd edən ləlin bağına,Gövhərlər düzəndə yer qulağına,
گفت چون هفت گنبد از می و جامآن صدا باز داد با بهرام
Yeddi tağ içində səsləndi mey, cam,Əksi-səda duydu aqibət Bəhram.
عقل در گنبد دماغ سرشداد ازین گنبد روان خبرش
Dimaq günbədində onu, kamalıFələyin dövründən eylədi halı:
کز صنم خانههای گنبد خاکدور شو، کز تو دور باد هلاک
Bu torpaq günbədin sənəmlərindənUzaq gəz, olarsan, yoxsa, həlak sən.
گنبد مغز شاه جوش گرفتکز فسون و فسانه گوش گرفت
Beyninin günbədi alışdı yenə,Göz yumdu əfsanə, nağıl sehrinə.
دید کاین گنبد بساط نورداز همه گنبدی برآرد گرد
Gördü ki, işrətə yol verməyən tağ,Hamı günbədlərdən toz qaldıracaq.
هفت گنبد بر آسمان بگذاشتاو رهِ گنبد دیگر برداشت
Yeddi günbədini atıb, unutdu,Başqa bir günbədin yolunu tutdu.
گنبدی کز فنا نگردد پستتا قیامت برو بخفتد مست
Bir tağ ki, fənadan heç tapmaz xələl,Ona həşrə kimi yetişməz bir əl.
هفت موبد بخواند موبد زادهفت گنبد به هفت موبد داد
Yeddi möbid oğlu eylədi dəvət,Verdi hər birinə bir uca günbəd.
در زد آتش به هر یکی ناگاهمعنی آن شد که کردش آتشگاه
Tağlara od vurdu, alışdırdı şah,Yəni hər birini etdi ataşgah.
سروبن چون به شصت سال رسیدیاسمن بر سر بنفشه دمید
Olardı bu zaman altmış yaşı,Yasəmən bitirdi bənövşə başı.
از سر صدق شد خدایپرستداشت از خویشتنپرستی دست
Ürəkdən sığındı uca Allaha,Etmədi özünə pərəstiş daha.
روزی از تخت و تاج کرد کناررفت با ویژگان خود به شکار
Tərk etdi sarayı bir axşamçağı,Bürüdü dəstəsi bütün ovlağı.
در چنان صید و صید ساختنشبود بر صید خویش تاختنش
Ov qovlayan zaman şah aydın-aşkarÖzünü eylədi necə gör şikar.
لشگر از هر سویی پراکندندهر یکی گور و آهو افکندند
Ordusu bürüyüb aldı hər yeri,Gur, ceyran yığırdı gəzib çölləri.
میل هر یک به گور صحراییاو طلبکار گور تنهایی
Qoşun ovlaq boyu gur axtarırdı,Şah isə özünə gor axtarırdı.
گور جست از برای مسکن خویشآهو افکند لیک از تن خویش
Qoşun arayırdı çölün gurunu,Bəhram arayırdı təklik gorunu.
گور و آهو مجوی ازین گل شورکهآهوش آهوست و گورش گور
Ətrafı gəzdikcə, o çəmən-çəmən,Ovladı ahunu öz bədənindən,
عاقبت گوری از کناره دشتآمد و سوی گورخان بگذشت
Gur gəzmə orda ki, torpağı şordur,Ceyranı bəladır, guruysa kordur.
شاه دانست کان فرشته پناهسوی مینوش مینماید راه
Bəhram Gur çöllərdə ov gəzən zamanGəldi bir gur keçdi onun yanından.
کرد بر گور مرکب انگیزیداد یکران تند را تیزی
Şah bildi çağırır onu cənnətə,Dərhal könül verdi belə dəvətə.
از پی صید مینمود شتابدر بیابان و جایهای خراب
İzləyərək guru, qovdu, çapdı at,İldırım sürətlə saldı çathaçat.
پر گرفته نوند چار پرشوز وشاقان یکی دو بر اثرش
Sürdü çöllər boyu, cumdu, tələsdi,Xərabə yerlərdə yel kimi əsdi.
بود غاری در آن خرابستانخوشتر از چاه یخ به تابستان
Köhləni açmışdı elə bil qanad,Sürdü iki nəfər arxasınca at.
رخنهٔ ژرف داشت چون چاهیهیچکس را نه بر درش راهی
Yayları buz kimi sərindən sərinBir mağara vardı olduqca dərin.
گور در غار شد روان و دلیرشاه دنبال او گرفته چو شیر
Rəxnəydi hər yanı, xeyli qorxulu,Kimsənin oraya düşməmiş yolu.
اسب در غار ژرف راند سوارگنج کیخسروی رساند به غار
Gur, igidlər kimi içəri girdi,Şah da arxasınca; o sanki şirdi.
شاه را غار پردهدار شدهو او همآغوش یار غار شده
Sürdü öz atını birbaş oraya,Keyxosrov xəznəsi bir mağaraya
وان وشاقان به پاسداری شاهبر در غار کرده منزلگاه
Girdi; bu yer ona pərdədar oldu,Mağara padşaha sanki yar oldu.
نه ره آنکه در خزند به غارنه سرِ باز پس شدن به شکار
cavan qulamlar da gəlib yetdilər,Mağara ağzını məskən etdilər.
دیده بر راه مانده با دم سردتا ز لشگر کجا برآید گرد
Nə girə bildilər zorla içəri,Nə dönə bildilər ov üçün geri.
چون زمانی بران کشید درازلشگر از هر سویی رسید فراز
Qoşun tutanadək o düzəngahı,Yağdırdılar çölə buz kimi ahı.
شاه جستند و غار میدیدندمهره در مغز مار میدیدند
Həmən hadisədən keçdi bir qədər,Qoşunlar hər yandan axıb gəldilər.
آن وشاقان ز حال شاه جهانباز گفتند آنچه بود نهان
Şahı yox, kahanı onlar görüncə,Ağzında möhrə bir şahmar görüncə,
که چو شه بر شکار کرد آهنگراند مرکب بدین کریچهٔ تنگ
cavanlar orduya gəldi yanaşdı,Dünya padşahından söz-söhbət açdı:
کس بدین داوری نشد یاوروین سخن را نداشت کس باور
"Çapdı öz atını eyləsin şikar,Gəlib dar dəhlizə girdi tacidar".
همه گفتند کاین خیال بد استقول نابالغانِ بیخرد است
İnana bilmədi bir nəfər buna,İnana bilmədi düz olduğuna.
خسرو پیلتن به نام خدایکی در این تنگنای گیرد جای
Dedilər ki: "Bu söz pis bir xəyaldır,Belə danışanlar naqiskamaldır.
و آگهی نه که پیل آن بستاندید خوابی و شد به هندوستان
Allaha and olsun, fil kimi bir şahGirə bilməz bura, istəsə hərgah".
بند بر پیلتن زمانه نهادپیل بند زمانه را که گشاد
Bilmədilər, edib vida bostana,Yönəlib gedibdir fil Hindistana.
بر نشان دادنِ خلیفهٔ تختمیزدند آن وشاقگان را سخت
Oldu filgüclünün zəncir hasili,Kim açar zəmanə bağlayan fili?
ز آه آن طفلگان دردآلودگردی از غار بردمید چو دود
Padşahın yerini versinlər nişanDeyə, cavanları döydülər yaman.
بانگی آمد که شاه در غارستباز گردید شاه را کارست
Uşaqlar qopardı yanıq-yanıq ah,Qalxdı mağaradan bir tüstü nagah.
خاصگانی که اهل کار شدندشاه جویان درون غار شدند
Səs gəldi: "Burdadır sizin tacidar,Qayıdınız geri, şahın işi var".
غار بن بسته بود و کس نه پدیدعنکبوتیان بسی، مگس نه پدید
Şahın adamları bunu sezdilər,Girib mağaraya onu gəzdilər.
صدره از آب دیده شستندشبلکه صد باره باز جستندش
Yoxdu mağarada hətta bir milçək,Qurmuşdu torunu yalnız hörümçək.
چون ندیدند شاه را در غاربر در غار صف زدند چو مار
Aradılar onu yüz dəfə, yüz yol,Tökdülər yolunda göz yaşı bol-bol.
دیدهها را به آب تر کردندمادر شاه را خبر کردند
Şahı tapmayınca, gəlib durdular,Mağara ağzında cərgə vurdular.
مادر آمد چو سوخته جگریوز میان گم شده چنان پسری
Ağlayıb durdular gözləri yaşlı,Anaya gedincə xəbər, təlaşlı
جست شه را نه چون کسان دگرکو به جان جست و دیگران به نظر
Gəldi, necə gəldi, bilmədi yolu,Əlindən getmişdi dağ kimi oğlu.
گل طلب کرد و خار در بر یافتتا پسر بیش جست، کمتر یافت
O başqası kimi gəzə bilməzdi,Onlar gözlə gəzdi, o, canla gəzdi.
زر فرو ریخت پشته پشته چو کوهتا کنند آن زمین گروه گروه
Gül gəzdi, meyvəsiz xara yetişdi,Oğlunu axtardı, hara yetişdi?
چاه کند و به گنج راه نیافتیوسف خویش را به چاه نیافت
Dağ kimi zər tökdü, o, günlər boyu,Qazısın adamlar orada quyu.
زان زمینها که رخنه کرد عجوزمانده آن خاک رخنه رخنه هنوز
Qazıtdı, üzünə xəznə gülmədi,Quyudan Yusifi tapa bilmədi.
آن شناسندگان که دانندشغار بهرام گور خوانندش
Həmin mağarada o gündən bəriQalır indiyədək xəndək yerləri.
تا چهل روز خاک میکندنددر جهان گورکن چنین چندند
Ellər zaman-zaman gəlib edir yad,Bəhram mağarası ona vermiş ad.
شد زمین کنده تا دهانه آبکسی آن گنج را ندید به خواب
Qırx gün qazıdılar yeri durmadan,Belə gor qazıyan çox görmüş cahan!
آنکه او را بر آسمان رخت استدر زمین باز جستنش سخت است
Əmək sərf etdilər, qazdılar əbəs,Onu yuxuda da görmədi bir kəs.
در زمین جرم و استخوان باشدو آسمانی بر آسمان باشد
Hər kimin olarsa asiman yeri,Saxlamaq çətindir bu səfərbəri.
هر جسد را که زیر گردون استمادری خاک و مادری خون است
Yerdə sümük qalar, sanma ruh qalar,Göyə mənsub olan qalxar, ucalar.
مادر خون بپرورَد در نازمادر خاک ازو ستانَد باز
İki analıdır hər bir yaranan,Bir ana torpaqdır, birisi də qan.
گرچه بهرام را دو مادر بودمادر خاک مهربانتر بود
Bəslər qan anası naz ilə onu,Açar yer anası ona qoynunu.
کانچنانش ستد که باز ندادساز چاره به چارهساز نداد
Bəhramın anası qoşaydı, eyvah,Daha əziz oldu yer anaya şah.
مادر خون ز جور مادر خاککرد خود را به درد و رنج هلاک
Aldı, qaytarmadı bir də dübarə,Çarə arayana vermədi çarə.
چون تبش برزد از دماغش جوشآمد آواز هاتفیش به گوش
Yer ana zülmündən o qan anasıBəlalar oduna oldu yanası.
کی به غفلت چو دام و دد پویانشیر مرغان غیب را جویان
Nə zaman ki, coşdu qızğın dimağı,Hatifdən eşitdi bir səs qulağı:
به تو یزدان ودیعتی بسپردچونکه وقت آمد آن ودیعت برد
"Ey divtək özünü hər yana vuran,Qeybin əsrarını axtarıb duran,
بر وداع ودیعت دگرانخویشتن را مکُش چو بیخبران
Tanrı bir əmanət vermişdi sənə,Zaman çatdı, geri istəyir yenə.
باز پس گرد و کار خویش بسازدست کوتاه کن ز رنج دراز
Əmanət üstündə qafil olmayaq.Özünü nə öldür, nə odlara yax.
چون ز هاتف چنین شنید پیاممهر برداشت مادر از بهرام
Zəhmətdən əlini çək, qayıt geri,Sal öz qaydasına bütün işləri".
رفت و آن دل که داشت در بندشکرد مشغول کار فرزندش
Hatifdən yetincə bu xəbər ona,Ana ağlamadı itən oğluna.
تاج و تختش به وارثان بسپردهر که زو وارثی بماند نمرد
Hicranla çırpınan qəlbini, getdi,Övlad işləriylə o məşğul etdi.
ای ز بهرام گور داده خبرگور بهرام جوی ازین بگذر
Verdi varislərə taxtı, tacı da,Vərəsə sahibi ölməz dünyada.
نه که بهرام گور با ما نیستگور بهرام نیز پیدا نیست
Sən, ey xəbər verən o Bəhram Gurdan,Tapıb məzarını uzaqlaş burdan.
آن چه بینی که وقتی از سر زورنام داغی نهاد بر تن گور
Görən yox bizimlə heç Bəhram Guru,Yoxdur xəbər verən hardadır goru.
داغ گورش مبین به اول بارگور داغش نگر به آخر کار
Hünər göstərərdi, bir zaman vardı,Adını dağ ilə gura vurardı.
گرچه پای هزار گور شکستآخر از پایمال گور نرست
Baxma bu gurlara vurulan dağa,Nəzər qıl son dağa, getmə uzağa.
خانه خاکدان دو در داردتا یکی را برد یکی آرد
Min gur ayağını qırdı o insan,Axır qurtarmadı gur tapdağından.
ای سه گز خاک و پهنی تو گزیچار خُم در دکان رنگرزی
Dünyanın var iki darvazası gen,Birindən boşalar, dolar birindən.
هر نواله که معده تو پزدخلطی آن را به رنگ خود برَزَد
Uzunun üç, enin bir arşın torpaq,Boyaq dükanında dörd küpsən ancaq
از سر و پای تا به گردن و گوشهست ازین چار خلط عاریه پوش
Mədə hər tikəni yeməyə durdu,Xılt alıb ona öz rəngini vurdu.
بر چنین رنگهای عاریهسازچه نهی دل که داد باید باز
Brovuz geyinib o, başdan-başa,Dörd xıltdan alaraq, eylə tamaşa.
غایبانی که رویبسته شدنداز چنین رنگ و بوی رسته شدند
Neylərsən, de görüm, belə rəngləri,Bir gün qaytarmalı olasan geri?
تا قیامت قیام ننمایدکس رخ بسته باز نگشاید
Onlar ki getdilər, atıb dünyanı,Qurtardı rənglərdən, iylərdən canı.
ره ره خوف و شب شب خطرستشحنه خفتهست و دزد بر گذرست
Qalxmaz, həşrə kimi yumar gözünü,Bu bağlı pərdədən açmaz üzünü.
خاکساران به خاک سیر شوندزیر دستان به دست زیر شوند
Yol ağır, gecəmiz qorxunc haldadır,Darğa yuxudadır, oğru yoldadır.
چون تو باری ز دست بالاییزیر هر دستْ خون چه پالایی؟
Torpaqpərəstləri doydurar torpaq,Enər alçaqlığa daima alçaq.
آسمان زیر دست خواهی، خیز!پای بالا نِه، از زمین بگریز
Ey yuxarı əldən sayılan insan,Nəyə bu şeylərçin qan ağlayırsan?
میرو و هیچ گونه باز مبینتا نیفتی از آسمان به زمین
Göy, sənin tabein olmaq istəsən,Yollan səmalara, yüksəl bu yerdən.
انجم آسمان حمایل تستچیستند آن همه وسایل تست
Arxana baxmadan yürü göylərə,Ta yıxılmayasan bir də bu yerə.
تنگی جمله را مجال توییتنگلوشای این خیال تویی
Sənin həmailin ulduz, asiman,Olmuşdur vəsilən bunlar hər zaman.
هر یک از تو گرفته تمثالیتو چهگیری ز هر یکی فالی
Səndən bütün varlıq tapmada macal,Təngiluşa sanar səni bu xəyal.
آنچه آنها کند، تویی آن نوروآنچه اینها خَرَد، تویی زان دور
Götürür işindən hər biri timsal,Açırsan nə qədər sən onlara fal.
جز یکی خط که نقطه پرور تستآن دگر حرفها ز دفتر تست
Səndən nur alıb da olmuşlar parlaq,Onlara uyandan uzaq ol, uzaq!
آفرین را تویی فرشته پاسو آفریننده را دلیل شناس
Nöqtəni bəsləyən bir xətdən qeyri,Dəftərindir bütün hərflərin yeri.
نیکمردی بین که بد نشویبا ددانی نگر که دد نشوی
Sənsən yaradılış pasibanı, bil,Ey mələk, sən ona dəlilsən, dəlil!
آنچه داری حساب نیک و بدستو آنچه خواهی ولایت خردست
Yaxşısan, pis işə əsla qoşulma,Vəhşilik eyləyib, gəl, vəhşi olma.
یا دری زن که قحط نان نبودیا چنان شو که کس چنان نبود
Pis-yaxşı nəyin var, demək, malındır,Lakin sənə vacib öz kamalındır.
دیده کاو در حجاب نور افتدز آسمان و فرشته دور افتد
Ya aclıq bilməyən bir qapını çal,Ya da xislətinlə xalqa ol misal.
چاشنی گیر آسمان زمیستمیزبان فرشته آدمیست
Nura qarşı hicab çəkilsə əgərSəmadan, fələkdən göz uzaq düşər.
روی ازین چار سوی غم برتابچند ازین خاک و باد و آتش و آب
Göyləri tanıyıb duyan bu yerdir,Mələyi saxlayan ancaq bəşərdir.
حجرهای با چهار دود آهنگبر دل و دیده چون نباشد تنگ؟
Nə qədər bu torpaq, yel, ataş, su var,Ol qəm aləmindən hər zaman kənar.
دو دری شو چو کوی طرارانچار بندی چو بند عیاران
Bu dörd pəncərəli hücrə ki vardır,Dardır ürək üçün, bu, aşikardır.
پیش از آن کهت برون کنند ز دهرخت بر گاو و بار بر خر نه
Oğru qapısıtək qoşadır, qoşa,Vurmuş əyyar kimi dörd bənd hər başa.
ره به جان رو که کالبد کُند استبار کم کن که بارگی تند است
Kənddən qovulmamış zorla uzağa,Yüklə paltarını öküz, ulağa.
مردهای را که حال بد باشدمیل جان سوی کالبد باشد
Ağırsan, yolunu canü-dillə get,Miniyin itidir, yükü yüngül et.
وانکه داند که اصل جانش چیستجان او بی جسد تواند زیست
İnsan kainata vida edəndəcanın meyli qalar yenə bədəndə.
تا نپنداری ای بهانه بسیچکاین جهان و آن جهان و دیگر هیچ
canın əgər bilsən qədrini hədsiz,Onda yaşayacaq ruhun cəsədsiz.
طول و عرض وجود بسیارستوانچه در غور ماست این غارست
Ey bəhanə quran, zənn etmə, guya,Nə var buradadır, heçdir o dünya.
هست چند آفریده زینها دورکاگهی نیستشان ز ظلمت و نور
Çoxdur uzunumuz, enimiz, ancaq,Getməz xəyalımız dünyadan uzaq.
آفرینش بسی است، نیست شکیو آفریننده هست، لیک یکی
Çox yaranmış da var uzaqlarda, bil,İşıqdan, zülmətdən xəbərdar deyil.
نقش این هفت لوح چار سرشتز ابتدا جز یکی قلم ننبشت
Sonsuzdur dünyada yaradılış, çox,Yaradan vahiddir, buna şübhə yox.
گر نه هفت ار چهار صد باشدزیر یک داد و یک ستد باشد
Bu yeddi lövhəli dörd nəqşə bir əlYazdı bir qələmlə hər şeydən əvvəl:
اولین نقطه و آخرین پرگاراز یکی و یکی نگردد کار
Əgər, deyil yeddi, olarsa dörd yüz,Bircə iradəyə tabedir, sözsüz.
در دویی ها مبین و در وصلشدر یکی بین و در یکی اصلش
Əvvəlinci nöqtə, sonuncu pərgarBirdir, birliyindən sanma qayıdar.
هر دویی اول از یکی شد راستهم یکی ماند چون دویی برخاست
Qoşaya baxma gəl vüsal zamanı,Onlar əslən birdir, sən biri tanı.
هر که آید در این سپنج سرایبایدش باز رفتن از سر پای
Hər cütü birlikdir əvvəl yaradan,Bir qalar çıxanda cütlük aradan.
در وی آهسته رو که تیزهشستدیرگیر است، لیک زودکشست
Hər kim ki, cumulub saraya gələr,Geri dönəcəkdir, yola düzələr.
گرچه در داوری زبونکش نیستاز حسابش کسی فرامش نیست
Orada asta get, iti görəndir,Gec tutansa əgər, tez öldürəndir.
گر کنی صد هزار باره چستنخوری بیش از آنکه روزی توست
O aciz öldürən bir hakim deyil,Çıxmaz xatirindən onun kimsə, bil.
حوضهای دارد آسمان یخبندچند ازین یخ فقع گشایی؟ چند؟
Yüz min hiylə qursan, işlətsən kələk,Payındır yenə də bir qarın yemək.
در هوایی کزان فسرده شویپیش از آن زنده شو که مرده شوی
Malikdir asiman donmuş hovuza,Yetməzmi bu qədər güvəndin buza?
آنکه چون چرخ گِردِ عالم گشتعاقبت جمله را گذاشت و گذشت
Aləmi çarx kimi hərlənən insanTərk edib hər şeyi köçdü dünyadan.
عالم ِ هیچکس به هیچش کشتچرخ پیچان به چرخ پیچش گشت
Fani aləm onu ölümə sürdü,Çarx onu çarx kimi büküb öldürdü.
از غرضهای این جهانی خویشباز برخور به زندگانی خویش
Dünya nemətini daim yada sal,Ondan sağlığında mənfəətlər al,
تا چو شمشیر و تیر جان آهنجهرچه زانت برد نداری رنج
Ta ki, can alanda qılıncla peykan,Asudə gedəsən fərsiz dünyadan.
از جهان پیش از آنکه در گذریجان ببر تا ز مرگ جان ببری
Özün bu dünyadan köçmədən əvvəl,Xilas olmaq üçün üz canından əl,
خانه را خوار کن خورش را خُرداز جهان جان چنین توانی برد
Azacıq yeyərək, evini xar et,Dünyadan canını belə apar, get.
در دو چیز است رستگاری مردآنکه بسیار داد و اندک خورد
cahanda yaxşıdır iki şey ancaq:Az yemək, bir də ki, çox bağışlamaq.
هر که در مهتری گذارَد گامزین دو نامآوری برآرَد نام
Böyüklüyə çatan hər kamil insanAncaq beləliklə çıxarar ad-san.
هیچ بسیار خوار پایه ندیدهیچ کم ده به پایگه نرسید
Yıxılmaz az yeyən ucadan, haşa!Çıxmaz tamahkar da ucaya, başa.
دِرّهٔ محتسب که داغنِه استاز پی دوغ کمدهانِ ده است
Darğa qamçısı ki, qəlbə vurar dağ,Az dovğa paylayan üçündür ancaq.
در چنین ده کسی دها داردکه بهی را به از بها دارد
Bu kənddə hər kimin əgər ağlı var,Zərdən yaxşılığı o yüksək tutar.
در جهان خاص و عام هر دو بسیستنه که خاص این جهان ز بهر کسیست
Xas ilə, avamla doludur həyat,Ancaq heç kimsənin deyil kainat.
چه توان دل در آن عمل بستنکو به عزل تو باشد آبستن
Necə bel bağlanar belə bir işə,Yox etməkdir səni qəsdi həmişə.
هر عمارت که زیر افلاک استخاک بر سر کنش که خود خاک است
Göy altında evlər, diqqət eylə, bax,Torpaqdır, başına tök sən də torpaq.
بگذر از دام اوی و دیر مباشمنبرت دار شد دلیر مباش
Fələyin torundan qaç yana, çəkin,Dar ağacı olmuş sənə minbərin.
زنده رفتن به دار بر هوس استزنده بر دار یک مسیح بس است
Dara getmək diri, əgər həvəsdir,Bir Məsih yürüdü bu yolda, bəsdir.
گر زمینی رسد به چرخ برینهم زمینش فرو کشد به زمین
Bir torpaq çatarsa əgər göy tağa,Torpaqlar enəcək yenə torpağa.
گر کسی بر فلک رساند تاجهفت کشور کشد به زیر خراج
Qaldırsa göylərə hər kim tacını,Alar yeddi elin o xəracını.
بینیاش ناگهان شبی مردهسر فرو برده، دردسر برده
Yenə də başını yerə əyincə,Yumar gözlərini, ölər bir gecə.
خاک بی خسف لاابالی نیستگنج دانش ز مار خالی نیست
Basar ağuşuna torpaq səni, bil,Bu yerin xəznəsi ilansız deyil.
رطبی کو که نیستش خاری؟یا کجا نوشمهره بی ماری؟
Bir xurma göstər ki, olsun tikansız,Varmıdır aləmdə möhrə ilansız.
حکم هر نیک و بد که در دهرستزهر در نوش و نوش در زهرست
Dünyada yaxşı-pis hər nə görünər,Şəkərdə zəhərdir, zəhərdə şəkər.
که خورد؟ نوش پارهای در پیشکز پی آن نخورد باید نیش؟
Söylə, kimdir yeyən o şirin balı?Ardınca görməyə neştər zavalı?
نیش و نوش جهان که پیش و پس استدر دَم و در دُم ِ یکی مگس است
Dünya nuşunuşi arıya bənzər,Ağzı bal səpələr, quyruğu zəhər.
نبود در حجاب ظلمت و نورمهره خر ز مهر عیسی دور
Zülmət, nur pərdəsi altda heç zamanUzaq olmaz eşşək mehri-İsadan.
کیست کاو بر زمین فرازد تخت؟کاخرش هم زمین نگیرد سخت؟
O kimdir bir zaman taxt qurdu yerdə,Axırda məzara salmadı yer də?
یارب آن ده که آرد آسانیناورد عاقبت پشیمانی
Asan şey ver mənə, ey qadir qəni!Sən peşiman etmə aciz bəndəni.
بر نظامی در کرم بگشایدر پناه در تو سازش جای
Kərəm qapısını Nizamiyə aç,Yer ver himayəndə, ona şəfəq saç.
اولش دادهای نکونامیآخرش ده نکو سرانجامی
Əvvəldə vermisən ona yaxşı ad,Eylə axırda da yaxşılıqla yad.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-yeddi-gozel-37
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Yurd şairləriUlusu deyilsə şeri, ilhamı,O şair ulusa ögeydir, ey dost!
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degülBillah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.