Ильяс Эфендиев: Советские
Oğlan on səkkizinci yaranı alandan sonra yıxıldı. Adamların müdhiş bağırtıları, süngü cingiltiləri tamamilə eşidilməz olduqda, meşə dərin nəfəs alıb, ağır sükuta daldı.Yabanı alma ağacının çəhrayı çiçəkləri arasından bir bülbül başını çıxardıb, ürkək nəzərlərlə ətrafı süzdü və birdən aşağıda, meşə otları arasında qan aparmış oğlanı görüb fəryad qopartdı.
Yarımçıq qalmış portret haqqında mahnıQoca professor Elmarın gözlərini diqqətlə müayinə edəndən sonra başını qaldırıb, həyəcan və iztirab dolu nəzərlərini ona zilləmiş Güllərə baxaraq, qaşqabağını tökdü və heç bir söz demədən kabinetdən çıxdı. Güllər də onu təqib etdi.Professor öz otağında kreslosuna çöküb, dərindən nəfəs aldı. Güllər məhzun gözlərini ona zilləmişdi. Həyəcan və intizarı nə qədər qüvvətli olsa da, heç nə soruşmurdu, daha doğrusu, soruşmağa cəsarət etmirdi. Lakin, həkim onun baxışlarındakı sualı anlayırdı. O, Güllərin gənc və gözəl üzünə acıqlı bir nəzər salaraq:
Qarı dağıŞəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.
Atayevlər ailəsiİştirak edirlərXosrov Atayev*
Birinci pərdəBirinci şəkilXosrov Atayevin evi. Reyhan pianino çalır. Mehrican otağa daxil olur və dayanıb musiqini dinləyir. Reyhan, nəhayət, son akkordu vuraraq, dərindən nəfəs alır. Üzündə xoşbəxt bir ifadə var.*
İkinci pərdəDördüncü şəkilSadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada üstü cürbəcür yeməklərlə dolu böyük stol. Qapının zəngi vurulur. Lətafət tələsik addımlarla gedib açır.*
Söyüdlü arxMən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Məhv olmuş gündəliklərİştirak edirlərGövhər – həkim, 42 yaşında*
Birinci pərdəGövhərin evi. Sadə, təmiz bir otaq. Fərəh və sevinc ifadə eləyən bir musiqi. Fəridə bu musiqinin ahənginə uyğun bir xoşbəxtlik içində gəlib zəng eləyir. İşıq, eyni zamanda, telefon xəttinin o biri ucunda, stol arxasında oturmuş Ədalətin üzərinə düşür.*Ədalət** (*dəstəyi götürərək*)
İkinci pərdəMüasir ruhda və çox zəngin bir qonaq otağı.*Fəridə oturub gündəlik yazır.*
Tufandan sonrakinonovella*Xorla oxunan qədim bir Azərbaycan mahnısı sıldırımlı dağlardan axıb dərələrə töküldü...
Xurşidbanu Natəvanİştirak edirlərXurşidbanu Natəvan*
Birinci pərdəBirinci şəkilQafqaz canişininin malikanəsi. Pərdə açılanda geniş otaqda Xurşidbanu ilə Mirzə Ruhullah sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay iti addımlarla gəlib Xurşidbanunun qarşısında dayanır.*
İkinci pərdəDoqquzuncu şəkilXurşidbanunun malikanəsi. Xurşidbanu divanda əyləşmiş halda əlində açıq bir məktub yuxulamışdır. Açıq pəncərədən Şuşa qalasının duman içində olduğu görünür və bayırda bu duman içindən Knyaz Xasay çıxaraq ətrafa diqqətli nəzər salıb pəncərəyə yaxınlaşır və cəld hərəkətlə pəncərədən sıçrayıb içəri keçir. Xurşidbanuya tamaşa edir. Əlini uzadıb ona toxunmaq istəyir, lakin toxunmur.*
Sevgililərin cəhənnəmdə vüsalı[Mənbənin skanında burada mətn itib.]*Xumar**
Hökmdar və qızı1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*
Birinci şəkilŞuşa qalası. İbrahim xanın iqamətgahı. Ağaməhəmməd şahın Şuşanın istilası zamanı Balakənə qaçmış İbrahim xanın Ağa Məhəmməd şah öldürüləndən sonra təkrar sağ-salamat Şuşaya qayıtması münasibətilə sarayda şadyanalıq. Musiqi. Cavanlar rəqs edirlər. Xanın qızları Ağabəyim ağa və Səltənət bəyim də, Cavad xanın oğlu Hüseynqulu xan da, Qaradağ atlılarının gənc sərkərdəsi Saday Şirxan oğlu da onların arasındadır. Axund Mirmöhsün ağa zərif parçadan tikilmiş ağ libasda, ağ əmmamədə səhnənin yuxarısında görünür.*Mirmöhsün ağa**
İkinci şəkilAğabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**
Üçüncü şəkilSəltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Altıncı şəkilEyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Yeddinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.*Xidmətçi**
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.