Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Страница 14 из 26 · 50%

5

Artıq dediyim kimi, İlyas Əfəndiyev ədəbiyyata 1939-cu ildə «Kənddən məktublar» kitabındakı hekayələrlə gəldi və vəfatından sonra nəşr olunmuş «Sən ey böyük Yaradan» kitabındakı hekayə və kiçik povestlər isə onun son əsərləri oldu.

Bu 57 yaradıcılıq ili ərzində İlyas Əfəndiyev altı roman («Söyüdlü arx» – 1958; «Körpüsalanlar» – 1960; «Dağlar arxasında üç dost» – 1963; «Sarıköynəklə Valehin nağılı» – 1976; «Geriyə baxma, qoca» – 1980; «Üçatılan» – 1981; bu romanların bəzisi povest kimi də təqdim olunub), beş povest («Kənddən məktublar»

– 1939; «Aydınlıq gecələr» – 1941; «Torpağın sahibi» – 1952; «Qaçaq Süleymanın ölümü» – 1993; «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» – 1996), böyüklü-kiçikli qırx yeddi hekayə, bir çox oçerklər və xatirələr yazmışdır və bu nəsr yaradıcılığı onun yaradıcı fəaliyyətinin daimi tərkib hissəsi olmuşdur, İlyas Əfəndiyev nəsri və İlyas Əfəndiyev dramaturgiyası daima bir-birini əvəz və davam etdirmişdir.

Orası da maraqlıdır ki, İlyas Əfəndiyev heç bir nəsr əsərini səhnələşdirməmişdir və o, bunu, ümumiyyətlə, qəbul etmirdi, «Pyes lap başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır!» – deyirdi, yazıçının öz romanını, povestini, hekayəsini səhnələşdirməsi barədə isə, yəqin bir az da hissə qapılaraq: «Aşığın sözü qurtaranda, sazım, dınqıl-dınqıl deyər!»– deyirdi.

İlyas Əfəndiyevin hekayələri haqqında və bu hekayələrin Azərbaycan hekayəçiliyinin və ümumiyyətlə, Azərbaycan nəsrinin, Azərbaycan bədii dilinin inkişafında, janrın poetikası baxımından estetik rəngarəngliklərin əldə edilməsindəki rolu barədə çox yazılıb və bu da çox maraqlı və yəqin ki, əlamətdar bir faktdır: onun o ilk hekayələr kitabının – «Kənddən məktublar»ın düz 63 il (!) bundan əvvəlki rezonansı bu gün də hələ unudulmayıb.

Oxucuların İlyas Əfəndiyevin hekayələrinə marağı ilə bağlı uzaq keçmişdə qalmış bir epizodu xatırlayıram.

1954-cü ilin yayında – o zaman mən beşinci sinifə keçmişdim – biz Şuşadakı Yaradıcılıq Evinə getmişdik və həmin yay İlyas Əfəndiyevin yeni yazdığı «Su dəyirmanı» hekayəsi radio ilə verildi, hekayə böyük olduğu üçün, üç gün dalbadal oxundu.

Şuşanın Bazar başı deyilən mərkəzində, taxta elektrik dirəyinin (şalbanın) başında gur səsi aləmi bürüyən bir radio aparatı var idi və o hekayə oxunan həmin üç gündə Bakıdan, ətraf rayonlardan Şuşaya istirahətə gələnlərin, Şuşa cavanlarının necə geyinib-kecinib Bazar başına yığışaraq hansı bir maraqla o radioya qulaq asmaları, Bazar başını bürümüş o gözəl hiss-həyəcan, Şuşadakı o «radio bayramı» və mənim də o adamların arasında daxili bir qürur və çox ciddi bir görkəmlə gözümü o radio aparatına zilləməyim tez-tez mənim yadıma düşür və elə bil, o hissləri yenidən yaşayıram....

Mən «radio bayramı» dedim, bəlkə də Şuşadakı «hekayə bayramı» demək daha düz olardı...

Və İlyas Əfəndiyev 1958-ci ildə ilk romanını – «Söyüdlü arx»ı yazanda, bu, ədəbi ictimaiyyətdə, bir növ, «sürpriz» kimi bir şey oldu, çünki o, artıq 20 il idi bir hekayəçi və dramaturq kimi tanınırdı, amma bu roman da ilk dəfə «Azərbaycan» jurnalının həmin ildəki 10 və 11-ci saylarında dərc olunan kimi, həm ədəbi tənqiddə, həm də oxucuların arasında böyük rezonans doğurdu.

Yadıma gəlir, jurnal romanın çapını təzəcə bitirmişdi ki, «Azərbaycan gəncləri» qəzetində Xəlil Rzanın, bu şairə xas olan bir emosionallıqla yazdığı «Söyüdlü arx» romanının qəhrəmanı Nuriyyəyə açıq məktub»u dərc olundu (11 yanvar 1959), sonra Süleyman Rəhimovun «Ədəbiyyat və incəsənət» qəzetində «Söyüdlü arx» barəsində» adlı iki böyük məqaləsi çıxdı, bundan sonra məqalələr bir-birini əvəz etdi və o dövrün mətbuatını nəzərdən keçirən olsa, bunun şahidi ola bilər ki, «Söyüdlü arx» Azərbaycan ədəbi tənqidində, o vaxta qədər olmayan bir bədii-estetik təlatüm yaratdı.

Bunu mən ona görə xüsusi qeyd edirəm ki, o vaxta qədər Azərbaycan ictimai fikrindəki «ədəbi təlatümlər» ideoloji xarakter daşıyırdı, bədiiyyat, poetika, estetik xüsusiyyətlər ədəbi tənqiddə ideoloji aktuallıqdan sonra gələn və haqqında ötəri bəhs olunan (ya da heç bəhs olunmayan!) ikinci dərəcəli əhəmiyyətə malik cəhətlər idi...

Çox keçmədi ki, «Söyüdlü arx» Tamara Kalyaginanın tərcüməsində Moskvada, «Drujba narodov» jurnalında (1960, № 12) dərc edildi, elə həmin 60-cı illərin əvvəllərində çex, slovak, gürcü, erməni, qırğız, eston, Ukrayna, latış dillərində nəşr olundu, sonra başqa dillərə çevrildi.

«Söyüdlü arx»ın oxucular tərəfindən, xüsusən, gənc qızlar, gəlinlər tərəfindən necə qarşılanması ilə bağlı, yalnız bir faktı (belə faktlar isə, olduqca çox idi!) misal gətirsəm, elə bilirəm ki, bu günün oxucusunda 50-ci illər oxucusunun «Söyüdlü arx»la bağlı hiss-həyəcanlarının koloriti haqqında təsəvvür yarana bilər: Bakıdakı 190 saylı məktəbin tanınmış ədəbiyyat müəllimi Sürəyya Mirabdullayeva bu romanı birinci cümləsindən tutmuş sonuncu cümləsinə qədər əzbər bilirdi (!).

«Körpüsalanlar»la bağlı mən artıq yazdım və İlyas Əfəndiyevin sonrakı romanlarının da ədəbi taleyi beləcə uğurlu oldu, amma «uğurlu oldu» o demək deyildi ki, hər şey hamar gedirdi, heç bir maneə yox idi və s.

Yox, belə deyildi.

Yenə bir hadisə yadıma düşür.

«Sarıköynəklə Valehin nağılı» romanının çapından sonra, oxucuların böyük marağını, tənqidçilərin istəyini nəzərə alaraq, Yazıçılar İttifaqı, bu romanın da, İlyas Əfəndiyevin başqa romanları və ümumiyyətlə, başqa əsərləri kimi, sovet ideoloji tələbləri baxımından ögeyliyinə baxmayaraq, Mərkəzi Komitədən də heç bir icazə almadan, məşhur Natəvan adına klubda romanın geniş müzakirəsini keçirdi və «Ədəbiyyat və İncəsənət» qəzeti bu müzakirəni geniş də işıqlandırdı (14 may 1977).

Və birdən-birə Mərkəzi Komitənin yüksək rütbəli çinovnikləri (xüsusən, mədəniyyət şöbəsinin müdiri) böyük bir cidd-cəhd və kin-küdurətlə Yazıçılar İttifaqından izahat tələb etməyə başladı ki, kimdən icazə alıblar və nə üçün bu romanın müzakirəsini keçiriblər, «Ədəbiyyat və İncəsənət» qəzetindən də başqa bir izahat tələb etdilər ki, nə üçün bu müzakirənin materiallarını dərc edib?

O zaman mən Yazıçılar İttifaqının katibi işləyirdim və o «MK tələbi»nin bütün təfərrüatı mənim yaxşı yadımdadır. İmran Qasımovu tez-tez MK-ya çağırırdılar, izahat tələb edirdilər, MK-nın ideoloji katibi, bilmirəm, romanı oxumuşdu, ya yox, amma İmran Qasımova: «– Bu roman inkişaf etmiş sosializm cəmiyyətinə (o zaman belə bir termin dəbdə idi– E.) yad bir əsərdir» – deyirdi, İmran Qasımov isə, heç bir izahat verməyəcəklərini bildirir və romanı müdafiə edirdi.

Nəhayət, rəhmətlik İmran Qasımov, görəndə ki, Yazıçılar İttifaqından da, «Ədəbiyyat və İncəsənət» qəzetindən də əl çəkmirlər, təlimat almış peşəkar «keçi suyu bulandırma mütəxəssisləri» artıq fəaliyyətə başlayıb və məsələ «Sarıköynəklə Valehin nağılı»na qarşı əməlli-başlı bir ideoloji «ifşa» kompaniyası ərəfəsinə gəlib çatıb, MK-nın o zamankı birinci katibi Heydər Əliyevin yanına getdi, məsələdən onu agah etdi və Heydər Əliyevin də elə İmranın yanındaca selektorun düymələrini basıb hadisəyə çox kəskin reaksiya verməsi ilə, həmin «izahat» tələbləri yox oldu...

Bununla bağlı bir maraqlı (və səciyyəvi!) epizod da yadıma düşür. Elə o günlərdən birində mən nə üçünsə MK-ya getmişdim və arakəsmədə mədəniyyət şöbəsinin müdiri ilə rastlaşdım. Məni sidq-ürəkdən qucaqlayıb rusca: «– Sağ olsun Heydər Əliyeviç!– dedi.– Filankəsi (MK-nın ideoloji katibinin adını çəkdi) yaxşı yerində oturtdu! İlyas müəllimə mənim təbrikimi çatdır!» Halbuki, həmin yoldaş Filankəsin qulağını elə bu adamın özü doldurmuşdu və «Sarıköynəklə Valehin nağılı» ətrafinda yaranmış o hay-küyün də səbəbkarı elə o özü idi. Bu adam 1968-ci ildə İlyas Əfəndiyevin «Unuda bilmirəm» pyesinin tamaşasını da «millətçilik» təbliğ etdiyinə görə qadağan etmək istəyirdi və mən irəlidə bu barədə yazacağam.

Bu gün bütün bunları xoş bir əhvalla xatırlamaq da, eləcə bir əhvalla oxumaq da mümkündür, çünki bu gün bunların hamısı artıq tarixin səhifələridir, o vaxt isə həmin bu tarixin yarandığı günlər idi və əhvalı pozurdu, qanı qaraldırdı, əsəbləri gərginləşdirirdi, bir sözlə, həyatı zəhərləyirdi...

Amma o vaxt da həyat davam edirdi...

Və İlyas Əfəndiyev həmişəki səliqə-səhmanıyla öz yazı mizinin arxasında idi.

«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» adlı povestini o, yuxarıda göstərdiyim kimi, 1996-cı ilin 28 mayında bitirdi və bir gənclik həvəsi, şövqü ilə, həmişə müəllifinə xas olmuş lirik-romantik üslubda qələmə alınmış bu kiçik psixoloji povest İlyas Əfəndiyevin yazdığı sonuncu bədii əsərdir.

İlyas Əfəndiyev nəsrlə ədəbiyyata gəldi, nəsrlə də getdi...

O, 1983-cü ildə yazdığı «Duyğuların estafeti» adlı essedə uşaqlıq çağlarını xatırlayır, nənəsinin ona danışdığı bir əhvalatı uşaqlıq dostu Əhəd Bağırzadəyə danışmasını və həmin əhvalatın onlara necə təsir etməsini yazırdı:

Случайное стихотворение

Другие произведения автора

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 мин
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 мин
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 мин
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 мин

Стихи других поэтов