Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Страница 18 из 26 · 65%

O yerdə ki, oxucular qeyd etməyə başlayır ki, sən filan sözü qəhrəmanına qəsdən dedirdirsən, çünki sənə belə lazımdır, orada artıq sənət öz təsir gücünü itirməyə başlayır. Flober bu məsələ haqqında yazır: «Mən elə güman edirəm ki, romançı heç bir münasibətlə öz fikrini açıqdan-açığa qeyd etməməlidir».

Bir daha yada salaq ki, ən qəti (və qatı!) surətdə sosializm realizmi ədəbi prinsiplərinin əleyhinə deyilən, hakim ideologiyanın heç cürə qəbul etmədiyi və buna görə də, əslində, yasaqda saxladığı «insanın mürəkkəb daxili aləmini, onun saysız-hesabsız (!– E.) ziddiyyətlərini» bədii ədəbiyyatda görmək istəyən bu fikirlər, 1945-ci ildə, yəni «radio ilə idarə edilən» həmin «mexaniki adam»ın ədəbiyyatda hegemonluq etdiyi, yüksək qiymətləndirildiyi, dərsliklərə salındığı, müəlliflərinin mükafatlandırıldığı, «canlı klassik» elan edildiyi bir vaxtda söylənib...

Və bu xətt – ədəbiyyata, sənətə belə bir psixoloji-estetik meyarlarla yanaşmaq

– İlyas Əfəndiyev estetikasının əsas müddəalarından biri və bəlkə də, başlıcası idi və illər ötdükcə bu xətt onun özünün bədii yaradıcılığında da, onun ədəbi tənqidində də açıq-aşkar aparıcı magistrala çevrilmişdi.

Mən artıq yazmışam ki, mütaliə İlyas Əfəndiyevin gündəlik həyatının çox mühüm və dəyişməz bir hissəsi idi və onun bədii-estetik zövqünün formalaşmasında, şübhəsiz ki, mühüm də rol oynamışdı.

İlyas Əfəndiyevin mütaliəsi azad, sərbəst və eyni dərəcədə də özünəməxsus bir mütaliə idi, yəni bu mənada ki, xoşuna gəlməyən əsəri, kim nə qədər tərifləyir, tərifləsin, özünü məcbur edib axıra qədər oxumazdı, yaxud rus klassik ədəbiyyatını, xüsusən, Lev Tolstoyu və Anton Çexovu mükəmməl bilirdi və yüksək qiymətləndirirdi, amma müasir rus ədəbiyyatını izləmirdi, çünki ümumiyyətlə, sovet ədəbiyyatı onun üçün maraqlı deyildi, hərçənd «Sakit Don»u və ümumiyyətlə, Şoloxovu, Fadeyevin «Tar-mar»ını, Katayevin son povestlərini, Trifonovu, Belovu, Rasputini yüksək qiymətləndirirdi, Aleksey Tolstoyu və Konstantin Fedini istedadlı yazıçılar hesab edirdi.

Ən çox sevdiyi yazıçılardan biri, bəlkə də birincisi Stendal idi, Balzakı, Floberi, Dikkensi, XX əsr yazıçılarından Stefan Sveyqi, Folkneri, Heminqueyi, Remarkı, Apdaykı çox bəyənirdi. Şekspiri, Lope de Veqanı, Molyeri, Qaldonini, Bomarşeni, Şilleri tez-tez xatırlayırdı, onların əsərlərindən misallar çəkirdi.

XX əsr dramaturgiyasında Pirandellonu, Şounu, O’Keysini, O’Nili, Artur Milleri, Anuyu, Piter Ustinovu, Eduardo de Flipponu maraqla oxuyurdu. Rus dramaturgiyasında Çexovun pyeslərini böyük hadisə hesab edirdi, Ostrovskinin, Qorkinin isə dramaturgiyasını qəbul etmirdi. Lev Tolstoyu, dediyim kimi, çox yüksək qiymətləndirirdi, amma «Canlı meyit»i tamamlanmamış, üzərində işlənməmiş pyes hesab edirdi və Protasov xarakterindəki qeyri-dəqiqliyi Lev Tolstoy qələminə layiq bilmirdi. Rus sovet dramaturqlarından yalnız Rozov onun üçün maraqlı idi, bir də ki, son dövrlərdə Vampilovun pyeslərini həvəslə oxuyurdu və deyirdi ki, bu dramaturq, Çexovdan sonrakı rus dramaturgiyasında maraqlı (və faciəvi!) hadisədir.

Çox sevdiyi kitablar «Don Kixot» və «Robinzon Kruzo» idi və bu kitabları yeniyetmə çağlarında oxuduğuna baxmayaraq, bütün epizodlar, təfərrüatlarına kimi, yadında idi. Ümumiyyətlə, onun oxucu yaddaşı, həqiqi mənada, heyrətamiz bir şey idi.

1988-ci ildə yazdığı bir essedə belə bir hadisəni xatırlayırdı:

«Bir dəfə Lev Tolstoy barədə söhbət edirdik. Mehdi (söhbət Mehdi Hüseyndən gedir. – E.) Tolstoyun bir-iki ştrixlə obrazın portretini oxucunun gözü qarşısında necə canlandırdığından danışırdı. Andrey Balkonskinin arvadı Lizanın təsvirindən danışanda, onun üst dodağının alt dodağından bir qədər uzun olduğunu söylədikdə mən dedim:

– Əksinə, üst dodağı alt dodağından qısa təsvir edilmişdir.

Mehdi dərhal hirslənib:

– Gəl, mərcləşək!– dedi.

Dedim:

– Mərcləşək!

– Bir «İnturist» qonaqlığından?!

Dedim:

– Oldu!

Mehdi «Hərb və sülh» romanının birinci cildini götürüb həmin yeri açdı və məlum oldu ki, mən deyən kimidir. Mehdinin əməlli-başlı pərt olduğunu görüb dedim:

– Yəqin sən çoxdan oxumusan, Mehdi, amma mən bu yaxınlarda oxumuşam. Ona görə də yadımda qalıb.

Həqiqətdə isə, mən o romanı yalnız bir dəfə, özü də hələ yazıçı olmayanda – Füzulidə oxumuşdum. Hafizəm çox yaxşı olduğundan, «Hərb və sülh»ü çox sevdiyimdən detalların yadımda qalması təəccüblü deyildi.

Fatma xanım bərkdən gülüb:

– A kişi,– dedi,– uduzdun, apar uşaqların qonaqlığını ver».

40-50-ci illərdə, hətta 70-80-ci illərdə də ədəbi dairələrdə yalançı bir şüar hökm sürürdü: «Həyatı öyrənmək lazımdır!» və bu zaman həmin «Həyat» məfhumu, əslində, kolxozdan, sovxozdan, fabrikdən, zavoddan, bir sözlə, istehsalatdan ibarət idi.

Bu şüarın əks qütbündə isə, bu gün nə qədər qəribə səslənsə də, kitab dayanırdı, yəni, filankəs həyatı (yəni, neft, yaxud metal istehsalını, baramaçılığı, camışçılığı, yaxud qaynaqçı peşəsini və s.) bilmir, kitabdan gəlir...

İlyas Əfəndiyev söhbətlərində tez-tez bu mövzuya toxunurdu:

– Həyat ilə kitabı qarşı-qarşıya qoymaqdan da əbləh bir şey tapmaq mümkün deyil!– deyirdi.– Onda Qraf Tolstoy, ya lord Bayron gərək əllərinə qələm almayaydılar... Özləri kitab oxumur, çünki kitaba yad adamlardı, ona görə də ortaya belə şüarlar atırlar!..

Bir də İlyas Əfəndiyev deyirdi:

– Həyatı öyrənmək lazım deyil, həyatı hiss etmək lazımdı!

İlyas Əfəndiyev heç vaxt redaksiyaların sifarişi, yaxud kiminsə xahişi ilə məqalə yazmırdı, o, ədəbi tənqiddə də tamam sərbəst, azad bir adam idi və onun qələmə aldığı mövzunu, onun hissiyyatı, zövqü, sənət düşüncələri diqtə edirdi, o, həvəsi olmasa, qələmini nəyi isə yazmağa məcbur edən adam deyildi.

Artıq çox uzaqlarda qalmış bir epizodu da xatırlamaqla bu barədə söhbətimi yekunlaşdırmaq istəyirəm.

Mən 1969-cu ildə, 26 yaşımda namizədlik dissertasiyası müdafiə etdim və o müdafiə çox uğurlu keçdi, rəhmətlik Abbas Zamanov, opponentim olan Mehdi Məmmədov, Məmməd Hüseyn Təhmasib, Mirəli Seyidov, başqaları təklif etdilər ki, mənə birdən-birə doktorluq adı verilsin. O zamanın qaydasına görə dissertasiyanın avtoreferatını, sənədləri təsdiq olunmaqdan ötrü Moskvaya, Ümumittifaq Attestasiya Komissiyasına göndərdim. O materialların ardınca Moskvaya təcili anonim bir məktub göndərmişdilər ki, Elçinin dissertasiyasını özü yox, atası İlyas Əfəndiyev yazıb.

Bu hadisə İlyas Əfəndiyevi qəzəbləndirmək əvəinə, ona ləzzət eləmişdi və gülə-gülə deyirdi:

– Əşşi, mənim dissertasiya yazmaq həvəsim olsaydı, indiyə qədər elə oturub özüm üçün yazardım də!..

Случайное стихотворение

Другие произведения автора

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 мин
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 мин
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 мин
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 мин

Стихи других поэтов