Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Страница 5 из 26 · 15%

İlyas Əfəndiyevin sağlığında Yəhya Seyidov, Yaqub İsmayılov, Aida Salahova, Yaşar Qarayev onun haqqında beş elmi monoqrafiya yazıb nəşr etdirmiş, XX əsr Azərbaycan nəsri və dramaturgiyasının, Azərbaycan ədəbi dilinin, Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyev yaradıcılığının rolunu və bədii-estetik xüsusiyyətlərini təhlil və tədqiq etmişlər. (Yəhya Seyidov. İlyas Əfəndiyev, Bakı, «Azərnəşr», 1975; Aida Salahova. İlyas Əfəndiyevin yaradıcılığının poetikası, Bakı, «Yazıçı», 1984; Yaşar Qarayev. İlyas Əfəndiyev, Bakı, «Bilik», 1987; Yaqub İsmayılov. İlyas Əfəndiyevin yaradıcılıq yolu, Bakı, «Elm», 1991; Yaşar Qarayev. Xarı bülbülün nağılı, Bakı, «Azərnəşr», 1995.) Əmin Əfəndiyevin tərtib etdiyi geniş biblioqrafik göstərici nəşr edilmiş (İlyas Əfəndiyev, Biblioqrafik göstərici, Bakı, Azərnəşr, 1985.), İlyas Əfəndiyevin yaradıcılığı haqqında dissertasiyalar müdaifə olunmuşdur. (Avtoreferatlar: H.H.Nəsirov. İlyas Əfəndiyevin yaradıcılıq yolu, Bakı, 1967; B.A.Məmmədov. İlyas Əfəndiyevin dramaturgiyası, Bakı, 1974; I.B.Salmanov. Azərbaycan sovet ədəbiyyatında lirik-psixoloji dramların dil və üslub xüsusiyyətləri, İlyas Əfəndiyevin frazeologiyası əsasında, Bakı, 1983; M.Ə.Əlizadə. Lirik-psixoloji dramda qəhrəman problemi, İlyas Əfəndiyevin yaradıcılığı əsasında, Bakı, 1990 və s.)

Eyni zamanda, deməliyəm ki, İlyas Əfəndiyevin yaradıcılığından bəhs edən bu çoxsaylı məqalələr, istedadlı müəlliflərin ciddi tədqiqat əsərləri, təbii ki, Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında da az rol oynamamışdır.

Bəli, bütün bunlar belə idi.

Amma tamam səmimi deyirəm və istəyirəm ki, oxucular buna inansınlar: İlyas Əfəndiyevin, bəzən, özü haqqında yazılanları axıracan oxumağa hövsələsi çatmırdı və bu baxımdan onun üçün, bəlkə də, qat-qat artıq dərəcədə maraqlısı, bir insan və yazıçı kimi, onun hisslər aləmində daha artıq dərəcədə təsirlisi ard-arası kəsilmədən gələn oxucu məktubları idi. Yeni bir əsəri nəşr olunanda (misal üçün, «Söyüdlü arx» romanı), yaxud yeni bir əsəri tamaşaya qoyulanda (1964-cü ildə tamaşaya qoyulan «Sən həmişə mənimləsən»dən üzü bəri) isə poçtalyonlar hər gün onlarla, bəzən daha artıq oxucu məktubları gətirməkdən, o poçtalyonlardan birinin yadımda qalmış sözləri ilə desəm, onların «başmaqları yırtılırdı».

Bir də ki, tanınmaz-bilinməz adamların – oxucuların, tamaşaçıların (və xüsusən də qadınların!) – telefon zəngləri... Onların etibarla söylədikləri həyat tarixçələri... hisslərin etirafı... müşkül suallar... və bu suallara cavab axtarışları...

İlyas Əfəndiyevin xasiyyəti elə idi ki, bütün bunlarda onun üçün, hansısa bir iclasda, hansısa yüksək rütbəli bir çinovnikin, yaxud ədəbiyyat funksionerinin deyəcəyi tərifli sözdən, müqayisə olunmayacaq dərəcədə artıq bir hərarət – bəlkə də, bu yerdə məhrəmlik sözünü işlətmək olar?– var idi.

İlyas Əfəndiyev heç bir bəhanəni, bəraəti, səbəbi yaxına buraxmadan, şüurlu surətdə öz yazı masasının arxasındakı kreslonu – özünün vəzifə kreslosu seçmişdi, onun iş kabineti mənzilindəki iş otağı idi və belə bir seçim onun təbiətinin, xarakterinin çox təbii bir cəhəti, xüsusiyyəti idi.

İlyas Əfəndiyevin ən yüksək vəzifəsi 1958-ci ildən 1961-ci ilin əvvəllərinə qədər işlədiyi Yazıçılar İttifaqının məsul katibi vəzifəsi olmuşdu (o zaman Yazıçılar İttifaqının rəhbərliyi sədrdən və məsul katibdən ibarət idi).

Yaxşı yadımdadı, bu vəzifəyə razılıq verməsi üçün, həmin ərəfədə Mehdi Hüseyn bir neçə gün axşamlar bizə gəlirdi, atamı dilə tuturdu, dost kimi xahiş edirdi, əsəbiləşib ədəbiyyat naminə tələb edirdi. O zaman Mehdi Hüseyn Yazıçılar İttifaqının məsul katibi işləyirdi və bir-neçə gündən sonrakı plenumda İttifaqın sədri seçilməli idi, İlyas Əfəndiyev isə, orada dramaturgiya üzrə məsləhətçi işləyirdi və Mehdi Hüseyn sidq-ürəkdən istəyirdi ki, o, məsul katib vəzifəsinə gəlsin.

İlyas Əfəndiyev isə razılıq vermirdi və onun təkrar-təkrar dediyi söz indiyəcən mənim qulağımdadır:

– Mehdi, hərə gərək öz işi ilə məşğul olsun də!.. Mənimki yazı-pozudu!..

Təbiətən əsəbi bir adam olan Mehdi Hüseyn o saat pərtləşib alışırdı:

– Bəs, mənə yazı-pozunun dəxli yoxdu?

İlyas Əfəndiyev:

– Sən başqa...– deyib gülürdü.

Həmin gecələrdən birində Mehdi Hüseynin vəfalı həyat yoldaşı və İlyas Əfəndiyevin də çox hörmət etdiyi Fatma xanımın (mən tez-tez onlarda olurdum və ona «Fatma xala» deyirdim) bir zəngindən və dediyi:

– İlyas, sən Allah, onu orada tək qoyma!– sözlərindən sonra məsul katib seçilməyinə razılıq verdi.

«O» – Mehdi Hüseyn.

«Ora» – Yazıçılar İttifaqı.

Fatma xanımın o zəngindən bir gün sonra Mehdi Hüseyn «ora» sədr, İlyas Əfəndiyev isə məsul katib seçildi.

Ömrünün son illərində qələmə aldığı bir məqalədə İlyas Əfəndiyev katiblik fəaliyyətinə başlamasını belə xatırlayırdı:

«Bu yaxınlarda çox sevdiyim Amerika yazıçısı Mark Tvenin «Məni necə deputat seçdilər» adlı hekayəsini təzədən oxuyurdum. O hekayə vaxtilə mənə özümün Yazıçılar İttifaqının necə katibi olduğumu xatırlatdı. Mən katib seçildiyimin lap ilk günü İttifaqın çox hörmət etdiyimiz işlər müdiri poçtanı gətirib mənə təqdim etdi. Bir neçə məktub, teleqram və sairə verib, iki bağlı konverti saxladı. Mən dedim:

– Onları da açın, görək, nə var?

İşlər müdiri həmişəki kimi ciddi cavab verdi:

– Yoldaş İlyas, bu məktublar sizə aid deyil.

Mən təəccüblə soruşdum:

– Niyə?

– Çünki siz partiyaçı deyilsiniz!

– Deməli, bu məktubları ancaq partiyaçı katib oxuya bilər?

– Bəli!»

Beləcə fantasmoqorik iş günündən yeddi il sonra, 1965-ci ilin soyuq bir mart günündə Mehdi Hüseyn elə «oradaca» öz kabinetində haqq dünyasına köçdü...

İlyas Əfəndiyev isə bir müddət yeni vəzifəsində işləyəndən sonra, getməyi barədə söz saldı və 1960-cı ilin ortalarından etibarən işə çıxmadı. Sonralar İlyas Əfəndiyev ömründəki yeganə «vəzifədə» işləməyini belə xatırlayırdı:

«Ədəbi əsərlərin yüksək bədii keyfiyyəti, səmimiliyi uğrunda nələr etmək, qrafoman əsərlərlə necə mübarizə aparmaq haqqında, tarixi keçmişimizin bədii ədəbiyyatda əksi haqqında düşünürdüm. Lakin bütün bunlar barəsində tezliklə partiyaçı «yuxarı» ilə aramızda gizli konfliktlər başladı. Məsələn, mən «avtoritetli» müəllifin filan nəşriyyatda təzə çapdan çıxan filan «romanını» və ya «poemasını» oxuyub görürdüm ki, sünidir, quraşdırmadır. Fikirləşirdim ki, yazıçılar məclisində müzakirə eləyib, qüsurlarını göstərsək, başqalarına da görk olar. Müəllif yanıma gəlib, məmnun halda, əsərinin «yuxarıda» çox bəyənildiyini, yoldaş «rəhbərlərin» onu təbrik elədiyini söyləyirdi və bu söhbətdən çox keçməmiş görürdün ki, «Kommunist» qəzetində elə ağlasığmaz təriflərlə dolu bir məqalə çıxdı ki, adamın matı-qutu qurudu. Doğrusu, bu, mənim vəzifə borcuma toxunduğu və özümü, bir növ, təhqir olunmuş hiss elədiyim üçün, redaktora zəng eləyib soruşdum ki, siz özünüz o əsəri oxumusunuz?

Redaktor:

– Vallah, doğrusu, özüm oxumağa vaxt tapa bilməmişəm, gecə-gündüz rəsmi materiallarla məşğulam. Ancaq «yuxarıda» oxuyublar. Çox xoşlarına gəlib,– deyirdi.

... Bir gün öz-özümə haqq-hesab verdim ki... məndən İttifaqa nə xeyir dəyib və özüm nə yazmışam? Baxıb gördüm ki, bu sualların cavabı çox yarıtmazdır. Ona görə də, günlərin birində papağımı götürüb, heç kəsə heç nə demədən çıxıb getdim».

Və həmin gündən sonra İlyas Əfəndiyev Yazıçılar İttifaqında işə çıxmadı.

O, əslində, mehriban adam idi (düzdü, özü bunu büruzə vermirdi və ümumiyyətlə, İlyas Əfəndiyev hisslərin ifadəsi baxımından, əgər belə demək mümkünsə, qapalı adam idi, kimisə öz hisslər aləminə yaxınlaşdırmaqla arası yox idi, o aləm yalnız onun özünə məxsus idi), amma hərdən möhkəm sərtliyi də var idi və bir dəfə axşam eləcə bir sərtliklə telefonla Mehdi Hüseynə dediyi sözlər həmişəlik mənim yaddaşıma hopub:

– Bilirsən nə var, Mehdi? Birtərəfli dostluq olmaz! Mən ömrümün üç ilini «orada» çürütdüm! Daha bəsdir! İndi sən də yaxşı dost ol, get, yuxarıda mənim məsələmi həll elə! Mən işə çıxmayacağam!

«Yuxarı» – yəni ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və orada da İlyas Əfəndiyevin getməyinə razılıq vermirdilər, yəqin o «gizli konfliktin» aşkar olmasına ehtiyac yox imiş... Söhbət, əlbəttə, Mərkəzi Komitədə işləyən ayrı-ayrı adamlardan yox, Sistemdən gedir.

Yaxşı yadımdadır, bir gün Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi və İlyas Əfəndiyevin də xətrini istəyən Nazim Hacıyev evimizə telefon açdı, İlyas Əfəndiyevlə xeyli söhbət etdi, onu yola gətirmək, hətta şirnikləndirmək («İttifaqın məsul katibini deputat verəcəyik!») istədi, amma bir şey çıxmadı.

Mehdi Hüseyn ilə o zaman Mərkəzi Komitənin birinci katibi işləyən Vəli Axundovun hələ xeyli əvvəllərdən yaxın münasibətləri var idi və mən atamla Mehdi Hüseynin oğlu Əlinin ad günlərinə gedəndə, Vəli Axundov da həyat yoldaşı Sara xanımla həmişə onlarda olardı.

Bunu ona görə xatırlayıram ki, Nazim Hacıyevin zəngindən bir neçə gün sonra, çox güman, Mehdi Hüseynin təhriki ilə Vəli Axundov evə telefon açıb İlyas Əfəndiyevlə söhbət etdi, işdən çıxmaq istəməyinin səbəbini soruşdu. İlyas Əfəndiyev:

Случайное стихотворение

Другие произведения автора

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 мин
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 мин
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 мин
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 мин

Стихи других поэтов