2. «Əzizimin cəfası» romanı
Страница 11 из 11 · 91%
Molla Əsədulla:
– Mən süzə dedim də!.. – dedi. – Onnardan yer almaq olar?..
Bu xəbər gedib məhəllə arvadlarına da çatdı və Xədicə arvadın evinə toplaşmış arvadlar təzədən kövrəlib ağlamağa başladılar. Kişilərin sifətində bayaqkı o təbəssümdən əsər-əlamət qalmamışdı:
– Alə, belə də iş olar? Ölümüzü basdırmağa yer tapmırıq...
– Neyniyək? Aparıb qoca arvadı çöldə basdıraq?
– Alə, onu təzə qəbiristanlığa aparsaq a, o çölün düzünə, bilirsən ruhu necə qarğış eliyəcək bizə?!
– Alə, belə də xarabaxana olar? Dünyada hansı ölkədə adam yer tapmır ki, dədə-baba qəbiristanlığında ölüsünü basdırsın?
– Alə, belə də hökumət olar?
Bu vaxt çörəkçi Ağabalanın arvadı, yazıq Xədicə arvadın evinin pəncərəsindən həyətə boylandı və belə bir məqamda abır-həyanı yaddan çıxarıb oğluna tərəf qışqırdı:
– Alə, kişi döyülsüz süz? Bu arvada nöş yer tapmırsız orda?
Çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu bu qədər kişinin içində anasının ö cürə qışqırmağından və bu cürə sözlər deməyindən daha artıq pərt oldu və gözləriylə qəzəb qığılcımı saça-saça:
– Sən öləsən!– dedi. – Gedib soxasan bıçağı oradakilərin ciyərlərinə...
Molla Əsədulla çörəkçi Ağabalanın oğluna baxdı:
– Alə, – dedi. – Sən onnarın ciyərinə bıçaq soxa bilərsən?
– Nöş soxmuram? Lap başlarını da kəsərəm!
Molla Əsədulla sağ əli ilə təsbeh çevirə-çevirə sol əlini havada yellədi:
– Ay-hay... Onnarnan bu boyda Sovet hökuməti bacarmır.
– Nöş bacarmır? İstəsə, bacarar.
– Bəs nöş istəmir, alə? İstəsin də...
Çörəkçi Ağabalanın oğlu hirslə yerindən qalxdı, amma Molla Əsədulla həmişəki təmkininə yaraşmayan bir sərtliklə:
– Otur!.. – dedi və dərhal da səsi mülayimləşdi. – Otur, bala, otur... Sən onnarı tanımırsan... Onnarnan hərbə-zorba danışmaq olmaz, nə Allah tanıyırlar, nə də hökumət. Ya gərək maya qoyasan, ya da gərək adamın olsun... Ya da ki... – Molla Əsədulla gözlərini bir-bir məhəllə kişilərinin sifətində gəzdirib Xosrov müəllimdə saxladı. – Ya da ki, bir az belə savaddı-zaddı danışasan onnarnan...
– Savaddı adam sən!
– Yox e-e-e. Orda mənim ağzıma baxan kimdi? Alə, onnarda müsəlmançılıq-zad qalıb begəm? Yenə, heç olmasa, tanımadıqları adam olsun, rusca-zadcada ki, danışan olsun... Mətbuatdan-zaddan bir az görürsən ki, çəkinirlər...
Molla Əsədullanın bu sözlərindən sonra, məhəllə kişilərinin hamısı başlarını çevirib Xosrov müəllimə baxdı, çünki hamı bilirdi ki, bu uzun, arıq və qaradinməz adam əvvəllər müəllimlik edib, rus dilindən dərs deyib və indinin özündə də həmişə qəzet oxuyur. Təkcə Balaniyaz Xosrov müəllimə baxmırdı, gözləriylə həyətin künc-bucağını axtarırdı. Xosrov müəllim məhəllə kişilərinin baxışları altında özünü, elə bil ki, daha artıq naqolay hiss etdi və o da öz növbəsində tələbəyə baxdı. Molla Əsədulla Xosrov müəllimin bu baxışını tutdu və tələbə Murad İldırımlıya müraciətlə:
– O arvad sənin xətrüvü ələ çox istəyirdi ki!.. – dedi, sonra açıq-aşkar bir hirslə Balaniyaza baxdı.
Balaniyaz tələsik Molla Əsədullanın sözlərini təsdiq etdi:
– Bəli!.. Əl-əlbət, belə idi!..
Molla Əsədulla:
– Görürsən? – dedi. – O arvad, Allah ona rəhmət eləsün, sənün xətrüvü bunnan... – Molla Əsədulla əli ilə Siçan Balaniyaza işarə etdi, – bunnan... az istəmirdi...
Siçan Balaniyaz yenə də gözləri ilə həyətin künc-bucağını axtarırdı, eyni zamanda başını tərpədə-tərpədə Molla Əsədullanın da sözlərini təsdiq edirdi:
– Əl-əlbət!.. Əl-əlbət!..
Birdən-birə o yazıq Xədicə arvadın tum kisəsi tələbənin yadına düşdü və tələbə fikirləşdi ki, yəqin bir neçə gündən sonra Balaniyaz o kisədəki tumu aparıb evdə uşaqlarına verəcək və uşaqlar da o tumu ləzzətlə çırtlayacaqlar, heç nənələrini yadlarına da salmayacaqlar. O tum kisəsi də, o balaca taxta kətil də, Xədicə arvadın özü də yalnız bu həyətin, bu qapı-bacanın yadında qalacaq və bir vaxt gələcək ki, buldozerlər bütün bu məhəlləni də söküb-dağıdacaq...
Molla Əsədulla təzədən üzünü çörəkçi Ağabalanın oğluna tutdu:
– Sən otur... – dedi. – Qoy bunnar getsin. Allah kərimdi...
Və həmin aprel günü tələbə Murad İldırımlı ilə Xosrov müəllim Tülkü Gəldi Qəbiristanlığına getdilər ki, yazıq Xədicə arvadı orada dəfn eləməkdən ötrü yer alsınlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-2-ezizimin-cefasi-romani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Стихи других поэтов
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Salamat qalEy dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.