Страница 4 из 8 · 38%

⎯ Sən yaxşısı budur, mənim fikrimi çaşdıran suallar vermək əvəzinə, siz Bakıya gələndən az sonra, Siranuşun əmisinin təşkil elədiyi o qonaqlığı yadına sal, bəy, o qonaqlıq sizinmi şərəfinizə təşkil olunmuşdu?

Aslan ani fikirdən sonra:

⎯ Yox, Haykaz Adamyan ⎯ Siranuşun əmisi o qonaqlığı Həsən Quluzadənin ⎯ o zaman təzəcə üçüncü təyin olunmuş Həsən Quluzadənin şərəfinə təşkil eləmişdi.

⎯ Hə, bax, indi mətləb üstünə gəlirsən. Qonaqlıq necə keçdi?

⎯ Keçdi də. Yaxşı bir süfrə açılmışdı ⎯ quş südündən başqa hər şey vardı ortalıqda, içki bol idi. Haykaz Həsəni çox istəyirdi ⎯ yaxın dostu idi. Onun üçüncü seçilməsini bayram kimi qarşılamışdı və dostunun təzə təyinatını yumaq qərarına gəlmişdi.

⎯ Çox adam vardı?

⎯ Yox, Həsən Quluzadə tək gəlmişdi. Haykaz idi, arvadı idi, bir də, bir də bizi çağırmışdı ⎯ Siranuşla məni.

⎯ Haykaz o məclisdə sizi təqdim edəndə dedimi ki, Siranuş mənim qardaşım qızıdı?

⎯ …

⎯ Yadına sala bilmirsən?

⎯ Deyəsən… demədi. Hə, xatırladım, sadəcə əziz qonşusu kimi tanış elədi bizi.

⎯ Sən bilən niyə?

⎯ Onda deyəsən belə bir söhbət olmuşdu ki, bilməsə yaxşıdı. Sonra Həsən elə bilər ki…

⎯ Sən onun qohumusan. Bu qonaqlıq sizə gün ağlamaq xatirinə təşkil olunmuşdu. Əvvəlcədən Haykaz səninlə bu barədə danışmışdı?

⎯ Yox.

⎯ Siranuşla necə?

⎯ Bilmirəm. Siranuş mənə bir söz deməmişdi.

⎯ Əlbəttə, deməzdi də. Onlar ⎯ əmi və qardaşqızı səndən xəlvəti bu işi qurub qoşmuşdular.

⎯ Nə bilim…

⎯ Sən qonaqlıqda heç nə hiss eləmədin?

⎯ Nə barədə?

⎯ Həsənin Siranuşla… belə də… hayıl-mayıl olması… və s.

⎯ Yox, yox. O, çox mədəni, intiligent bir adamdı. Özünü çox sadə, təmkinli, gözü-könlü tox aparırdı. Hətta təzə ailə qurmuş bizim şərəfimizə yaxşı bir tost da dedi, bizə xoşbəxtlik arzuladı… Yəni deyirsən…?

⎯ Hə, Aslan bəy… Bunları sənə deməyə də bilərdim ⎯ ancaq deməliyəm, sən Siranuşu yaxşı tanıyasan deyə deməliyəm. ⎯ Nə qədər ağır olduğunu, sənin kişilik heysiyyətinin necə təhqir olunduğunu başa düşürəm. Di gəl, çarə yoxdu. Ancaq mən bir şeyə heyrət eləyirəm ki, sənin kimi bic, hiyləgər adam necə olub ki, heç nə başa düşməyibsən. Mənim rəhmətlik dayım deyərdi: külü qoyum o kişinin başına ki, altındakı atın harda, haçan büdrədiyini bilməsin, başa düşməsin. Görünür, cavan olmusan, təcrübəsiz olmusan onda.

⎯ Yox, elə şey ola bilməz, Leyla. Siranuş, təzə gəlin…

⎯ Belə düşünməkdə haqlısan, Aslan. Qanunla, adətə görə, belə olmalıdı ⎯ təzə gəlinin sevib təzəcə getdiyi adama xəyanət eləyə biləcəyinə sən də, mən də, ümumiyyətlə, heç kəs inanmaq istəmir. Ancaq bu, mərd qadınların sifətidi, bəy. Qadın namərd olandan sonra ərə gedəndən üç gün keçən kimi də xəyanət eləyə bilər və nə qədər ürək ağrıdan olsa da, belələri var. Bir nəfər, iki nəfər də olsa var. Buna kim də inanmasa, sən inanmalısan, Aslan, çünki elə sənin özünün həyatında bir nəfər elə gəlin olub. Qaşlarını niyə çatırsan? Yoxsa xatırlaya bilmirsən?

⎯ …

⎯ Könül toydan sonra dördüncü gün həkimə gedirəm bəhanəsi ilə evdən çıxıb sənin yanına gəlməmişdimi? Elə kabinetinə…

⎯ Hə, düz deyirsən… minnətdarlığını bildirmək üçün…

⎯ Onun əhəmiyyəti yoxdu nə üçün. Fakt budu ki, gəlmişdi və o, həmin xəyanəti eləmişdi. Belə olan surətdə sən nə üçün Siranuşun ⎯ təzə gəlin olduğuna görə sənə xəyanət eləməyəcəyinə inanırsan? İnanmırsan əslində, ancaq özünü inandırmaq istəyirsən…

⎯ Hm… ⎯ Aslan siqaret yandırdı. ⎯ Sən məni lap öldürürsən, Leyla.

⎯ Ölməzsən, qorxma…

⎯ …

⎯ Haykaz səni həyətdəki anbardan turşu bankası gətirməyə göndərəndə… Həsən… Siranuşun şirin bir təbəssümlə ona baxdığını tutub, mehriban-mehriban gülümsünmüşdü və içkinin təsiri altında, özündə cəsarət hiss eləyib:

⎯ Sən çox gözəlsən, Leyla xanım ⎯ demişdi. ⎯ Sənin ərin dünyanın ən xoşbəxt adamıdı…

Leylanın bu sözlər canına yağ kimi yayılmışdı və əzilibbüzülüb: ⎯ Nu, çto vı, Qasan Qasanoviç… ⎯ söyləmişdi. ⎯ Sposibo za kompliment. Vı osçastvili menya.

Və Həsənin o bircə cümləsi hər şeyi ⎯ onun əxlaqını, taleyini, sənin ömrünün, mənliyinin, kişiliyinin taleyini həll eləmişdi, bəy. Sonra ertəsi günü Haykaz ⎯ o qoca əclaf, ⎯ sən insanda simasızlığa, şərəfsizliyə bax ⎯ öz doğma qardaşı qızını bəzi mətləblərdən hali etmişdi:

⎯ Sən görürsən də necə simpatiçni kişidi mənim bu Qasançikim?

⎯ Hə, çox.

⎯ Səndən yaman xoşu gəlib. Bu gün işə zəng eləmişdi. Sənə xüsusi salam göndərdi.

⎯ Oy, çox sağ olsun… Məndən də ona salam deyin.

⎯ Mən niyə deyirəm? Özünün dilin-ağzın yoxdur?

⎯ Mən onu harda görüm ki…

⎯ Telefonda.

⎯ O… Onunku pravitelstvennıy olar yəqin…

⎯ Hə, elədi.

⎯ Onda ona mən heç cür zəng eləyə bilmərəm…

⎯ Bilərsən, Siranuş. Əmin verər nömrəsini, sən də eləyərsən.

⎯ Hə, nə yaxşı, sağ olun…

Beləcə başladı onların telefon söhbəti. Və bir həftə keçməmiş, Həsən Həsənoviç özü sənə zəng eləyib yanına çağırdı, qapıda buraxılış vərəqəsi yazdırdı və səni içəri buraxdılar… Və sən bir həftədən də sonra… artıq onun ⎯ Həsən Quluzadənin ⎯ Üçüncünün köməkçisi idin. Elə deyilmi?

⎯ Elədi, ancaq…

⎯ Nə ancaq… Yoxsa…

⎯ Nə bilim, vallah… ⎯ Aslan qıp-qırmızı pörtmüşdü. Əsəbdənmi, gərginlikdənmi sağ yanağı səyriyirdi. Ayağa qalxıb gəzinməyə başladı, sonra bir qədəh konyak içdi… ⎯ Hm… Deməli, belə… Vicdansız… vicdansızlar… Demək, namusumu alıb, vəzifə verirmiş mənə… Üzümə gülürdü, inanırdı mənə, lap bir evli kimiydik, get-gəlimiz vardı… Əclaf imiş, sən demə… Maskalanmışmış, sən demə. Hayıf, sağ deyil, mən onu öz əlimlə güllələrdim, inan.

⎯ Güllələməzdin.

⎯ Niyə? Qorxardım?

⎯ Güllələyərdin, tutardılar səni, vəzifən gedərdi, partbiletin gedərdi…

⎯ Cəhənnəmə getsin…

⎯ İndi elə deyirsən. Amma onda elə deməzdin… Orda, o cəlallı binada işləyənlərin arasında bu günə salınan tək sən deyildin ki. Səndən başqaları da var idi və çoxu da bilirdi ki, işlər necədi… Amma susurdular. Çünki o, zəncirvari bir sistem idi. Hamısı bir-birinə baxıb təsəlli alırdı.

⎯ Sənin deməyindən elə çıxır ki…

⎯ Yox, bildim sən nə demək istəyirsən. Yox, ucdantutma hamısı elə deyildi. Orda təmiz, ləyaqətli adamlar da çox idi ⎯ bunları sən də bilirsən. Ancaq bunu da bilirsən yaxud bilməlisən ki, maymaqlar, yaramazlar, ləyaqətsizlər, lap namussuzlar da var idi onların arasında.

⎯ Belə çıxır ki, ⎯ o, ah çəkdi ⎯ o namussuzların biri də mən imişəm.

⎯ Təəssüf ki, belə çıxır, Aslan.

Aslan siqareti siqaretin oduna yandırdı. Konyakı yarıdan keçirmişdi, ancaq nədənsə sərxoş ola bilmirdi ⎯ sanki konyak yox, su, çay içirdi. Və gəzinə-gəzinə Siranuşla keçirdiyi ömrünü göz qabağına gətirir, xoş günlərini, saatlarını xatırlayır və ürəyində necə də rəhmsizcəsinə aldadıldığını, başına papaq qoyulduğunu düşünüb odsuz-tüstüsüz yanıb-yaxılırdı. Siranuş onu necə məharətlə aldadıb. Özü də Aslan kimi adamı. O necə inanıb ona? Bu uzun illər, qəribədi ki, Siranuş bir dəfə də olsa onu şübhəyə sala biləcək hərəkət etməyib. ⎯ Nə vaxt baxımından, hara, neçədə, niyə, kimin yanına və nə üçün getdiyini bitdə-bitdə danışıb, kim ona nə deyib ⎯ ona qədər söyləyib. Və Aslana elə gəlib ki, arvadı ondan heç nə gizlətmir, gizlətmək istəmir. Daha o, anlamayıb ki, olan məsələləri gizləyə bilər Siranuş.

Və bu da qəribə idi ki, Aslan indiyəcən Siranuşu heç kəsə qısqanmayıb. Niyə? Ona görə ki, inanıb ona sidqi-ürəkdən? Bəlkə də. Eşitmişdi ki, qısqanclıq pis xəstəlikdir ⎯ kişi gərək arvadını qısqanmasın, qısqanırsa, demək, onu təhqir edir. Haradansa, kimdənsə, haçansa ⎯ görünür, lap cavan vaxtı eşitdiyi bu axmaq fikir başına batıb ürəyinə işləmişdi və doğrudan da, o, Siranuşu heç kəsə qısqanmamışdı. İnsafən, Siranuş da onu qısqandırmamışdı. Yadına düşürdü onun sözləri: «Yer üzündə səndən ağıllı və səndən qüdrətli kişi yoxdu, Aslançik…» Və bu sözlər onda Aslanın canına sarı yağ kimi yayılırdı.

Sonralar bir ayrı söz də eşitmişdi: Sən o zaman qısqanmırsan ki, sevmirsən. Arvadın səni qısqanmırsa, demək, sevmir. Sən arvadını qısqanmırsansa, demək, sevmirsən. Hansı düz idi bu mühakimələrin, müxtəlif insanların həyatda yaşayıb, hiss edib, inanıb dilə gətirdiyi bu hökmlərin hansına inanasan?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on beşinci fəsil

Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?

5 мин
İkinci hissə, on altıncı fəsil

Havalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».

3 мин
İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 мин
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 мин

Стихи других поэтов