İkinci fəsil
Страница 3 из 5 · 40%
⎯ Onun əri yox idi o vaxt?
⎯ Niyə yox idi? Var idi. Fizik idi, allahın məğmun bir bir bəndəsi idi və elm fanatiki idi. Səhərlər girirdi laboratoriyaya, bir də axşamlar çıxırdı, bəzən heç gecələr də evə gəlmirdi, elə orada qalırdı.
⎯ Hə, yadıma düşür. Qara, arıq bir adam idi. Xallının heç əlinə su tökməyə də layiq deyildi. Mən elə hey fikirləşirdim ki, ay bədbəxt, özün belə çirkin, qarazırttıq bir şey ola-ola niyə gedib o cür gözəl bir qız almısan? «Armudun yaxşısını meşədə ayı yeyər» ⎯ deyib həmişə yanıb yaxılırdım, inan. Amma Xallı deyirdi ki, mən onu çox sevirəm. Soruşurdum ki, sən necə, sevirsənmi? Deyirdi ki, o məni istəyəndən mən çox istəyirəm onu. Amma inanmırdım. Nədənsə mənə elə gəlirdi ki, Xallı məni ondan daha artıq sevirdi.
⎯ Yox. Sənə əvvəl hörmət eləyirdi Xallı. Sən böyük fədakarlıqla onun qulluğunda durduğunu hiss eləyəndə ⎯ yadındadımı, sən bunu çox ehtiyatla, xeyirxahlıq pərdəsinə bürüyərək eləyirdin, ürəyindəkini, əsil mətləbini gizləyirdin və elə bilirdin ki, o, bunu başa düşmür ⎯ sənə rəğbət bəsləməyə başladı. Yəqin bu da yadından çıxmamış olar ki, bir gün kabinetində, ikiniz tək qalan vaxtı, sən özünü cilovlayıb saxlaya bilməyərək onun ipək kimi yumşaq xurmayı saçlarında əl gəzdirib üzündən öpmək istəyəndə bozarıb: «Siz səhv eləyirsiz, professor, mən elə qadın deyiləm» ⎯ söylədi və sənin üzr istəməkdən başqa çarən qalmadı. Və üç gün səni dindirmədi, sən isə onun bu sərtliyinə dözməyib axırda ayağına getdin. Onun səninlə danışmağını da, üzünə gülümsəməyini də sən qənimət hesab eləyirdin o vaxt.
⎯ Hə, zalımın qızına bərk vurulmuşdum. Həyat idi mənim üçün, yaşamaq idi mənim üçün. Əsərini yazıb qurtarandan sonra… Niyə gülürsən?
⎯ Sən elə bilirsən ki, o namizədlik dissertasiyasını o özü yazmışdı?
⎯ Bəs… kim?
⎯ …
⎯ Doğrusu, mən də o vaxt şübhələnirdim. O mövzu çətin idi, mürəkkəb idi. Açığı ki, bayaq dediyin kimi, o, heç mənim özümün də xörəyim deyildi. Amma əsər yaxşı idi, səviyyəsi yüksək idi. Ürəyimə gəldi ki, bunu onun üçün kimsə yazıb. Bir dəfə özündən də zarafata salıb soruşdum. İncidi. «Xətrimə dəyirsiz, professor» ⎯ söylədi və acıq eləyib kabinetimdən çıxmaq istəyəndə qabağını kəsib yalvar-yaxar oturtdum, könlünü aldım.
⎯ Necə yaltaqlanırdın ona, aman allah. Adamın lap əti tökülürdü.
⎯ Hə. Ancaq neyniyim, özümnən bacara bilmirdim.
⎯ O əsəri o yazmamışdı, Paşa.
⎯ Bəs kim yazmışdı? Bizim kafedrada elə kişi yox idi ki, onun üçün oturub əsər yazsın. Qadınlar da yazmazdı. Bəs kim imiş o adam?
⎯ Mən də dəqiq bilmirəm. Amma onu dəqiq bilirəm ki, varıydı elə bir adamı o Xallının. Ya pula yazmışdı, ya da…
⎯ Amma axırı ki, arzuma çatdım. Ondan büsbütün gözümü çəkib əlimi üzəndən sonra, müdafiədən üç gün keçmiş, özü gəldi yanıma. «Mən bilirəm, Paşa bəy, sən məni çox istəyirsən. Bunu da sən bilirsən ki, mən səni çox incitmişəm, demək olar ki, sənə bu üç ildə zülm eləmişəm. İndi özüm gəlmişəm. Ancaq şərtim var» ⎯ dedi. İnanırsan, əlim-ayağım əsdi, məni titrətmə tutdu, dilim topuq çala-çala: «Nə şərt? Sənin özünə də qurban olum, şərtinə də. Nə qədər ağır şərt olsa da, canla-başla yerinə yetirməyə söz verirəm» ⎯ söylədim.
«Səni mən ağzıbütöv kişi hesab eləyirəm. Ümid eləyirəm ki, sən o kişilərdən deyilsən ki, elədiyin, orda-burda dilinə gətirib lovğalanasan. Elə deyilmi? «Min faiz, lap milyon faiz. İnan mənə». «Aramızda qalacaq. Bu bir. İkincisi, yalnız bir gecə sənin qonağın olacağam, yalnız bir gecə. Bağa gələcəyəm, gecə qalacağam, səhər də qayıdacağam. Vəssalam. Sənin görüb-götürəcəyin ancaq bu olacaq». «Mənim gözüm üstə». «Bu sözümü də yadında saxla: bir kəsdən, bir yerdən bu məsələni eşitsəm, onda özündən küs. Mənim intiqamımdan yaxanı, canını qurtara bilməzsən. On il də sonra, iyirmi il də sonra, hətta ölmüş olsan belə mən səndən intiqamımı alacağam, Paşa bəy. Yadında saxla ha».
⎯ Sözünün üstündə durdu. Gəldi də, qaldı da.
⎯ Hə.
⎯ O gecə aləm gecəydi. Lap nağıla, əfsanəyə oxşarı vardı. Mən hələ onacan və ondan sonra da o cür gözəl və şairanə gecə yaşamamışam. Sən o gecə elə hey deyirdin ki, ömrüm boyu unutmaram. Ancaq görünür, unutmusan.
⎯ Yox, yox. Nə danışırsan? Onu unutmaqmı olar? Sadəcə çox pis vəziyyətdəyəm, əlhəmdimi çaşdırmışam. Ona görə. Yoxsa…
⎯ Hm. Günü indiki kimi yadımdadı. Yanvarın otuzuydu, Soyuq, ancaq qup-quru, yağışsız, qarsız, küləksiz bir gecəydi. Gəldi və bağım cənnətə döndü. Yaxşı hazırlaşmışdım: bilirsən, mən yaxşı xörək bişirə bilirəm. Piti asmışdım yağlı qoyun ətindən. Maştağadan ətçimdən almışdım. Mer-meyvə də öz qaydasında. Konyakım da var idi. Qazı ertədən yandırıb otağı isitmişdim. Çöldə qış idi, otağımda isə yazdı. Yox, yaz ürəyimdəydi. Zarafat deyildi, dünyanın ən gözəl qadını o gecə mənim qonağım olacaqdı.
⎯ Qarateli də aldatmışdın.
⎯ Hə, demişdim ki, iki günlüyə Gəncəyə gedirəm, xaricdən qonaqlarım gəlib, Nizaminin qəbrini ziyarət eləmək istəyirlər.
⎯ Amma öz aramızdı, sənin bu yalanına heç ehtiyac yox idi. Yazıq Qaratel onsuz da sənin dalınca gəzib hər addımını güdən və səni hər kəsə qısqanan arvad deyildi. Sənin dalınca bağa da gələn deyildi o yazıq.
⎯ Hə, düz deyirsən.Qaratel elə arvad deyildi. Onu, sonralar, o ölüb gedəndən sonra başa düşdüm ki, çox incitmişəm, lap açığını söyləyim ki, zülm eləmişəm. Bilmirəm allah keçəcək günahımdan ya yox.
⎯ Keçər, allah sənin kimi qansız və insafsız deyil.
⎯ Amma o rəhmətlik də məni çox incitmişdi. Bilirsənmi, çox…
⎯ Neynəmişdi ki?
⎯ Başa düşmədi ömrü boyu məni. Məncə bu, zülmlərin ən böyüyüdü, Paşa. İyirmi beş il bir adamla bir damın altında yaşayasan, o, bilməyə ki, sən kimsən, nəçisən, nə yuvanın quşusan, nəynən yaşayırsan, nəynən nəfəs alırsan, dəhşətdi. Bütün o illər ərzində biz bircə dəfə də olsa, ağıllı-başlı, insan kimi oturub dərdləşə bilmədik. Başa düşmürdü məni çünki. Səviyyəsi yox idi. Onu da qınamıram ⎯ oxumamışdı. Oxumayan isə bilirsən, həyatda və cəmiyyətdə kor kimi olur. Buna baxmayaraq, mən o ən ağır zülmə, işgəncəyə dözərək Qarateli saxladım, boşamadım. Bilirsən niyə?
⎯ Hə, bilirəm. Ona görə boşamadın ki, əvvələn dost-doğma əmin qızıydı.
⎯ Biri və birincisi odu, doğru deyirsən. Amma ondan da əfzəl bir səbəbi vardı, Paşa. O da bu idi ki, Qaratel çox namuslu, qeyrətli bir arvad idi. Çox təmiz idi. Mən özümü o xoşbəxt kişilərdən hesab eləyə bilərəm ki, arvadının əlinə bir naməhrəm əli toxunmayıb: bir köpəkoğlu dodağını tərpədib deyə bilməz ki, mən ... İndiki zamanda, bu «papaq aldı qaç» dünyasında bu, kişi üçün çox böyük xoşbəxtlikdi, qardaş. Nə isə, qəbri nurnan dolsun Qaratelin. Hər günahını, əzabını bağışlayıram.
⎯ O səni çox istəyirdi. Nadir qadın idi, hayıf, qədrini bilmədin.
⎯ Hə. Qəribə idi ki, o gözəl gecə, bağda, o göylərdən enmiş gözəllik və məhəbbət ilahəsi olan Xallı da ondan danışdı, onu təriflədi, hətta məni danladı da ki, mən onun qədrini bilmirəm. Qəribə ağıllı, insaflı və həssas idi Xallı. Deyirdi: «Əvvəllərini bilmirəm, amma bunu sənə yəqin deyə bilərəm ki, mən sənin yanında peyda olandan sonra, sən məni görüb ağlını itirəndən sonra, sən o cür gözəl və sədaqətli, səni çox sevən bir qadının varlığını ⎯ yoxluğunu unutmusan, kişi. Bu isə günahdı. Mən gəldi-gedərəm, o isə sənin cəfakeşindi. Nə isə, mən səninlə birlikdə çox qadınlarla oturub-durmuşam, vaxt keçirmişəm, ancaq Xallı kimisini görməmişəm ⎯ çox insaflıydı. Elə deyil?
⎯ Elədi. Vicdanlıydı. Yadındadı? Şərt qoymuşdu ki, cəmi bircə gecə qonağın olacağam. Amma sənin onu hədsiz dərəcədə çox istədiyini, sonsuz dərəcədə əzizləyib xoşbəxt elədiyini görüb yanına sonra da üç dəfə gəldi və sənin ömrünə sevinclər bəxş elədi. Və sonra sənə elə bir yaxşılıq da elədi ki, indiyəcən, yəni əslində sən o gün o tufana düşənəcən onun sayəsində gur-gur gurladın. O görürdü ki, sən vəzifə üçün sinov gedirsən, hakimiyyət istəyirsən, xoşlayırsan ki, əlinin altında adamlar işləsin, qabağında əlləri sinələrində dayananlar olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-yandirilmis-adam-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
Стихи других поэтов
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,