Torpağa qoşulub gəzdim dünyanı,Mənasız keçmədi ömrün bir günü.Torpağa qoşulub duydum həyatdaZəhmətin ətrini, eşqin hökmünü.

Torpağa qoşuldum, qoşuldu mənə,Zəmilər, tarlalar, düzlər, zirvələr.Daşlardan süzülən çeşmələr kimiSüzüldü könlümdən odlu nəğmələr.

Ümmanlar qoynunda üzəndə beləDərələr, təpələr keçdi fikrimdən.Üfüqdən-üfüqə süzəndə beləTorpaqdan gözümü ayırmadım mən.

Nə qədər diriyəm, bu ana torpaqİlk andım, ilk eşqim, ilk ocağımdır.Öləndə torpağa qarışmağım daTorpağa qoşulub yaşamağımdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви