Страница 2 из 4 · 25%

Səməd bu heyrətli yalana cavab vermədi. Möhür kitelin döş cibində idi, yumşaq göy şivyotun altından dəyirmisi qabarmışdı. Səməd sol əli ilə Xəlvətin biləklərini birləşdirib, pəncəsində sıxdı, sağ əli ilə möhürü çıxartdı.

Xəlvət Muradovaya baxırdı:

– Yoldaş Muradova, şahid olun! Mirbağır müəllim, şahid olun! – deyirdi.

– Biz Kişinin xətrinə susuruq, ancaq xəbərdarlıq eləyirik buna, müqavimət göstərmirik. Şahid olun! – deyirdi.

Muradova susurdu. Mirbağır müəllim hələ də o yan-bu yana fırlanırdı və yenə elə “Vay-vay! Vay-vay!” – deyirdi.

Neştərlərin sevinci, təntənəsi isə tamam açıq-saçıq idi:

– Şahiddilər, Rəhim! Şahiddilər! Sənnən, Xalıqnan yox, öz əmisiynəndi bunun işi. Kişi sizi insan bilir, rəhbər işçi sayır, qapınızı açır, bu da onun acığına eləyir hamısını! Heç kəs tərpənməsin! Öz ixtiyarına buraxın, neyləyir eləsin! Kişi qayıdanda danışarıq bunnan, onda aşkara çıxar hər şey!

Səməd möhürü də Təftişə verdi.

– İşimin bir qismini qurtardım, Gülənov. İkinci qismi Sovetlər İttifaqı qəhrəmanı Xalıq Məmmədəli oğlu Qudalıynan bağlıdı. Bəlkə çağırtdırasan onu? Yoxsa, özüm gedim?

³⁴ “Xüsusi şöbə” işçisi.

Səməd etiraz gözləyirdi. Hesabla, “işin ikinci qismində” Gülənov ehtiyatlanmalı idi. Əmma Xaşdan çox qəribə, müəmmalı qəhqəhə qopdu.

– Ay uşaq, çağırın Xalıqı! – dedi.

Çax-çux uzaqda deyilmiş. Gizlinin birinin meydandan qaranlığa cumması ilə qayıtmağı bir oldu. Ardınca Çax-çux qaranlıqdan çıxıb, trubkası damağında, sakit yerişlə birbaş Səmədə doğru gəldi. Lap yaxınlaşıb, üç addımlıqda ayaq saxladı.

– Buyur, qadası. Bu da mən!

“Bu da mən” sözləri ilə birlikdə Xaşın qəhqəhəsindəki müəmma da açıldı: Səmədin qənşərində tamam başqa bir adam dayanmışdı. Bu adamın dəyirmi fanar gözləri, sifətinin qaralığı və trubkası “Çax-çux Xalıq” adında qatil olsa da, tün abı, yumşaq şivyot kitelinin döşündə bu dəfə iki qızıl ulduz, çiyinlərində polkovnik paqonları parıldayırdı.

Gizlinlər yığnağından başqa meydanda hamı sehrlənmişdi. Uzun illər ərzində “çax-çux eləyən”, İran kişmişi, Çin makentoşu, Çin fanarı sata-sata “ekspeditor”, alverçi və möhtəkir kimi tanınan Qudalı Xalıqın metamorfozası Muradova ilə Mirbağır müəllimi də çaşdırmışdı. Bu adamın haqqında əvvəlki təsəvvür elə yerli-yataqlı və möhkəmdi ki, indi gözlə görüləni ağıl kəsmirdi. Səməd isə elə sarsılmışdı ki, tamam kütləşib, Çax-çuxu nə üçün çağırtdığını unutmuşdu.

Ayılması həmin “çəkic zərbələri” ilə başlandı. Möhürü Xəlvətin cibindən çıxardıb Təftişə verəndən sonra beynindəki guppultular getmişdi, burda yenidən başlandı və Səməd özünə gəlib, yəqin ki, gün ərzində əzab çəkdiyini görə sifəti nisbətən solğun, hətta kübar kimi görünən iki dəfə Sovetlər İttifaqı qəhrəmanı polkovniki yaşıl furajkasından qara xrom çəkmələrinə qədər, yenidən gözdən keçirdi. Qoşa qızıl ulduzun bərqindən bir şəkil əmələ gəldi: Çax-çux indiki libasında əlli birinci ilin yayına qayıdıb, vaqonun açıq pəncərəsi arxasında əlinin ekzemasını şüşəyə sürtən Mirqəzəblə yanaşı dayanıb, “Cəlladla bir camdan qan içən qaniçən” oldu və bununla da Səmədin beyni tamam açıldı.

– Xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş!.. Gecə Bakıda gördüyüm mayor Qudalovnan indiki polkovnik Qudalovun fərqindən məncə belə nəticə çıxır ki, bu Qudalov yalnız o tayda Milli hökumətin devrilməyində yox, yalnız “Boqi obezqlavlenı” yazdıran Yağıra köməyinə görə yox, indi Ermənistan adlandırılan torpaqlarımızdan sürülənlərimizin müsibətlərində iştirak elədiyinə, Borçalıdan Lerikə qədər ərazinin müsibətlərinə görə də yüksək mükafatlar alıb!

Gülənov ustubluca yaxınlaşıb, Çax-çuxun bir tərəfində, möhürü cibindən çıxarıldığına baxmayaraq, daha da mötəbər görünən Qudalı ağsaqqalı da hiss olunmadan yaxınlaşıb, Çax-çuxun o biri tərəfində dayanmışdı. Səməd kürəyində bir-birindən zorba Gizlinlərin və bütün Qudalı xılının təpərli nəfəsini hiss edirdi.

Çəkic zərbələri gücləndi.

– Mən dedim xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş. Dedim, saydım xidmətlərini, niyə dillənmirsən?!

Çax-çux əmin-arxayın, trubkasını tüstülədirdi.

– Sən bu döşümdəkiləri sərf-nəzər elə. Qatil saydığın, qatil kimi tanıdığın Çax-çux Xalıqa deyilməli sözün nədi, onu de, qadası. Qulaq asıram. Buyur!.. Əmbə nəzərə al ki, Qılınc Qurbanın Məhərrəm Abbasoviçə umudu boş xülyadı. Nəinki respublika prokuroru, heç SSRİ prokuroru da sanksiya verəmməz mənim tutulmağıma. Diqqətli ol, gör necə ciddi danışıram sənnən. Bu iki ulduzdan başqa, müharibə müttəfiqlərimiz prezident Ruzveltin və Çerçillin şəxsən təqdim etdikləri böyük mükafatlara layiq görülmüşəm mən. Çax-çux Xalıq belə adamdı!.. Avtobioqrafiyamın gizlin tərəfləri çoxdu. Açmağa ehtiyac görmürəm, qadası. Bir başqa yerdə böyük məmnuniyyətnən açıb-tökərəm, bu aralıqlarda vurnuxmaqdan birdəfəlik əl çəkib rahat oturarsan. Dünya çox mürəkkəbdi, qeylü-qallıdı, qadası. Çax-çux Xalıq, Xaş nəçənnik, Xəlvət Rəhim və sair “mikroilan” adlandırılanlar “mikro” deyillər, qadası. Süleymanınızın xəzinəsinin üstündə bir yox, milyonlarnan ilan qıvrılıb, ay dünyadan xəbərsizlər! Buyur, indi sözünü de!

Səməd kürəyində Zorbaların nəfəsini duya-duya hiss etdi ki, burda basılsa, cəmaatın ümidi sınacaq, özü də sınacaq və bəlkə, doğrudan da məhv olacaq. İki dəfə qəhrəmanın inam və təmkinlə dediyi “Xəzinə sahibi olammıyacaqsınız” sözlərinə şübhə etmədən, özü ilə birlikdə əmisini də, bu cəmaati və bütün xalqı da dərin uçurum qırağında görüb, bayaq Çax-çuxu çağırtdıranda nəzərdə tutduğu “iş”in üstündə daha da möhkəmləndi.

– İlana bir kəlmə də sözüm yoxdu, – dedi. – Yəni söz deməyə çağırmamışam səni. Yadından çıxmayıbsa, yuxu danışmışdın mənə. O yuxun çin olub... – Kitelin yaxasından yapışıb sağa, sola necə dartdısa, düymələrin hamısı partapart töküldü. Təpərli, pis qoxulu nəfəslər Səmədin boyun-boğazına dolub tükünü ürpətdi: Gizlinlərlə birlikdə daim içkili məhlə milisionerləri də üstünə tökülmüşdü.

– Demədimmi toxunmayın! Çəkilin! – bu Gülənovun qışqırtısı idi.

Kiteli Çax-çuxun əynindən çıxardanda elə bir an oldu ki, Səməd ətrafından dağılışan gombullarla, milisionerlərlə birlikdə Xaşı da gördü. Daha doğrusu, ancaq neştərləri gördü: sevinc yox, təntənə də yox, neştərlərin parıltısında qələbə himni vardı. Əmma Səməd “işin ikinci qismi”ndən qalmadı: yeddi il səkkiz ay ərzində yuxuda və xəyalda qatili nə hala salmışdısa, indi eləcə bir hala saldı: ağ maykada cəsədsayağı qabırğaları sananan “qara həyula”da nəfəsdən başqa heç nə qalmadığını hiss edəndə nəfəsə toxunmayıb, Çax-çuxu it məhləsinə tərəf tolazladı.

Nə qədər imkanlı adam olsa da, belə xınc-mınc bədənlə qatil, cinayətlərini Persin üstünə yıxmaq imkanından məhrum olub, azı bir həftə, on gün yataqda qalmalı idi. O vaxta qədər, şübhəsiz, məhkəmənin qərarı çıxmalı, Sultan Əmirlinin, Məhərrəm Abbasoviçin başları açılmalı idi. Səmədə lazım olan da elə bu idi.

Xaş “Dəli Səməd”in belə uzağa baxan gözlərini görmürdü. Xaş bu günə, bu meydana baxırdı və qələbəsini də burda görürdü; Çax-çuxdan əl çəkib geri dönəndə Səməd dərhal başa düşdü ki, “çəkiyə çəkilən”in özünün özünü məhv etdiyinə heç kəsin şübhəsi yoxdur: Xaşın qələbə himni indi Bezobraziye törəmələrinin üzlərində, duruşlarında, tərpənişlərində də çalınırdı: əziz qohum və himayədar Xalıqa baxmırdılar, Xalıqın yerdə döşəli qaldığı bir vaxtda bu adamabənzər adamların hamısı bayram təntənəsilə dingildəşirdi, yırğalanırdı. Çünki Xəlvət Rəhim də paqonlarını taxmış kimi, gurultulu-amiranə səslə “Səməd Mədəd oğlu Əmirlinin çox açıq şəkildə nümayiş etdirdiyi siyasi əqidəsinə və cinayətinə şahidlərin” ad və familiyalarını deyə-deyə, Piylisinin əlindəki dəftərə siyahı yazdırırdı. Gülənovun qoşa ovcunda isə “naruçnik” işıldayırdı.

Səməd nəfəsini dərmədən, bu dəfə birbaş Gülənovun üstünə yeriyib, əllərini irəli uzatdı.

– İşimin ikinci qismini də qurtardım. Taxa bilərsən naruçnikini, Xaş nəçənnik!

Gülənov təhqirə cüzi əhəmiyyət də vermədi.

– Hə, indi doğrudan da taxmaq olar, eşq dəlisi!

Bircə an sonra Gülənovu yerdə – Səmədin dizinin altında, “naruçnik”i isə “nəçənniyin” özünün biləklərində görəndə Bezobraziye törəmələrinin işarələrə – əmrlərə tabe cəmdəkləri tamam hərəkətsiz qalıb qurudular.

Səmədin hərəkətlərində isə ildırım sürəti vardı. “Naruçnik”in zəncirindən yapışıb, yüz kiloluq xaş bədəni sürüyüb, Gülənovun öz maşınına tulladı. Şofer də məhlə milisionerlərindəndi: Gülənoğlu Molla Gülənə oxşayırdı. Bir az bundan əvvəl Xaşın özünün işarəsi ilə motoru işə salıb hazır dayanmışdı ki, “Dəlini birbaş dəlixanaya” aparsın. İşi tərsinə görəndə sözün əsl mənasında gözləri kəlləsinə çıxdı. Səmədin heybətli bağırtısı şoferin olan-qalan ağlını da aldı:

– Sür, köpəyoğlu! Rədd elə Xaşınızı burdan! Yoxsa, özüm sürrəm, aparıb meşənin fızıllığına tulluyaram, çaqqallara yem olar, sabah bağırsaqlarını yığarsınız kol-kosun arasından! Rədd ol burdan!

Təkərlərdən tükürpədən vıyıltı qopdu. Geriyə, yanlara toz-duman və yanıq rezin qoxusu yayıldı. Maşın meydanda əyri-üyrü qara izlər sala-sala, qıjıltı, gurultu ilə uzaqlaşdı.

Xəlvətlə Qıllı Çax-çuxa doğru, məhlə milisionerləri isə maşının ardınca getdilər.

Nə Abıdan, Təftişdən, o biri Qəlyanlılardan, nə də cəmaatdan səs-səmir çıxırdı. Bayaq Abı ayağa qalxıb qocalarla birlikdə irəli gələndə, Səməd ağ daş binanın həyətindəki xançal əhvalatını və Seyid kişinin qonaq evinin həyətindəki nitqi xatırlamışdı və Abı irəli gələndə məhz xançal əhvalatına və o nitqə bənzər bir şey olacağını zənn eləmişdi. Əmma Abı susurdu. Hadisə elə gözlənilmədən və elə sürətlə olmuşdu ki, nə baş verdiyini hələ heç kəs dərk edə bilmirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 мин
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 мин
Süleyman padşahın xəzinəsi 12

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

36 мин
Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 мин

Стихи других поэтов