Страница 3 из 3 · 67%

Sayalı qapıdakı camışı və gəbələrdən birini satdi. Hərbi xəstəxananın qapısına ayaq döyməyə başladı, çətinliklə də olsa, istədiyi adamı tapdı...

Bir aydan sonra Qurban yarım illik möhlət alıb evlərinə qayıtdı. Kənddə ona hörmət etdilər. Hətta arvadlar yığışıb onu sədr seçdilər. Qurban o qalmaqla qaldı.

İlk günlər o hamının hörmətini qazanmağa çalışdı. Əsgər ailələrinə kömək etdi, otu olmayana ot, taxılı olmayana taxıl payladı. Kolxozun sulu yerini əl altından bölüşdürüb istədiyi adamlara payladı. "Qarğıdalı əkin, bostan becərin. - dedi, - birtəhər başınızı dolandirın". Bəzən Sayalı ərinin hərəkətlərinin səbəbini soruşanda "arvad, sən qarışma, deyə Kosaoğlu cavab verirdi, - mən nə elədiyimi bilirəm".

Yavaş-yavaş kənddə Kosaoğlunun başına and içənlər çoxaldı. Arvadların dili ağzına sığmadı: "Allah onun ömrünü uzun eləsin, o olmasa axırımız itərdi".

Kosaoğlu öz hərəkətlərindən məmnun qalır, "belə etməsəm olmaz, - deyirdi, - yoxsa ağzıgöyçəyin biri məsələni öyrənər, gedib xəbər verər. Ondan sonra tribunaldan yaxamı qurtara bümərəm. Bir də ki, mən nə itirirəm, kolxozun varı-dövlətidir, paylayıram".

Aylar keçdikcə Qurban yerini möhkəmlədirdi. Onun qapısına gəlib-gedənlər çoxaldı.

Kazımla Kosaoğlunun dostluğu da elə bu vaxtdan başlamışdı. Soyuq bir qış axşamı Kazım boynunu büküb sədrin evinə gəldi. Onun qabağına çay-çörək qoydular. Ancaq Kazım dilinə heç nə vurmadı. Bunu görən Kosaoğlu:

– Ə, boğazın tikilməyib ha, niyə çörək yemirsən?

– Vallah düz deyirsən, elə boğazım tikilmiş kimidir, bu saat gözümə çörək-zad görünmür.

– Ə, nə olub?

– Qurban qağa, paveska gəlib, deyəsən, əsgər aparacaqlar, - Kazım doluxsundu. – Mənə kömək elə, birtəhər vayonkomla danış, möhlət versin.

Kosaoğlu ona söz verdi, səhəri rayona getdi. Hamıdan xahiş etdi ki, heç olmasa qoyun, kolxozda bir kişi briqadiri qalsın. Bir sədr kimi onun sözünü eşitdilər. Bundan sonra Kazım Kosaoğlunun qarşısında əlibağlı qula döndü. Qurban yavaş-yavaş onu özünə köməkçi etdi. Kolxozun sulu yerindən ona da bir hektar verdi. "Özünə bostan ək" - dedi. Kazım sevinə-sevinə həmin yeri becərdi. Payızda isə qarpızları şəhərə satmağa apardı. Kəndə bir ətək pulla qayıtdı.

Bir gün Kosaoğlu onu yanına çağırdı:

– Bəs mənim payım?

Kazımın məsələni başa düşmədiyini hiss edən Kosaoğlunun qaşları çatıldı:

Özünü niyə qanmazlığa qoyursan? Səni əsgərlikdən saxladım, kolxozun yerini verdim, bostan əkdin. Elə bilirsən bunlar müftə başa gəlir? Təkcə sən yox, elə hamınız beləsiniz. Heç olmasa sənə çəkdiyim xərci ödə.

Kazım heç nə demədi. Dinməz-söyləməz evə qayıtdı, bostandan qazandığı pulun yarısını gətirib Kosaoğluna verdi.

Var-dövlət artdıqca Kosaoğlu özünə dost tutmağa çalışır, rayondan kolxoza gələnləri dərhal evinə aparır, onları yedirib-içirməmiş buraxmırdı. Ortada əl iyi kimi fırlanan Kazım gah dükana, gah anbara qaçır, gah da kolxozçuların birinin qapısını döyüb, "kişinin rayondan qonağı gəlib, bir heyvan ver" - deyirdi.

Bəzi rayon işçiləri bu evə ayaq açandan sonra Kosaoğlu daha da dirçəldi.

Sayalı evinin cah-cəlalını gördükcə sevinir, Qurbanın başına pərvanə kimi dolanırdı. Əvvəllər qonaqlara özü qulluq edən Sayalı yavaş-yavaş əlini işdən çəkdi. Nə çox idi qonum-qonşuda bir qarın çörək üçün kömək istəyən...

Sayalı nəyinki ev işindən, kolxozun işindən də əl çəkdi. Qurban ona dedi ki, "evdə otur, heç yerə getmə. Görürsən ki, qapımızdan qonaq əksik olmur". Aylar ötdükcə Sayalı ətə dolub qəşəngləşir, ipək paltarın birini soyunub, o birini geyinirdi. Kənddə bir toy, bir məclis onsuz keçmirdi. Oğluna nişan qoyan da, qızını ərə verən də, evinə gəlin gətirən də, əsgərlikdən oğlu gələn də əvvəlcə onunla məsləhtıtləşməliydi, yoxsa Sayalının burun-damağını yığıb-yığışdırmaq olmazdı.

Müharibədən sonra da bu vərdiş bir müddət davam etdi. Onsuz bir iş olanda Sayalı əlini belinə qoyub qışqırırdı: "Nə tez yadından çıxdı? Dava vaxtı səni mən saxlamadımmı? Neçə dəfə qapıma gəldin, çörəkləyib yola saldım. İndi ağzınız genişliyə çıxıb? Qurban olmasa idi heç sümüyün də qalmamışdı. Yoxsa axsaya-axsaya gəlib yalvardığın, məni uşaqların başma çevir dediyin yadından çıxıb?" Kosaoğlu da arvadından geri qalmırdı. Müharibə dövründə kəndə hökmranlıq edən bu adam heç kəsi tanımaq istəmir, nəyin hesabına olursa-olsun sədrliyi əlində saxlamağa çalışırdı.

...Çay-çörəkdən sonra Şahnaz süfrəni yığışdırıb qonşu otağa keçdi. Ər-arvad tək qaldı. Qurban gümüş qutusunu çıxardıb sarı saçaqlı tütündən papiros eşdi.

– Bu gədə bizim başımıza oyun açmasa yaxşıdır. Sayalı təəccüblə ərinin üzünə baxdı.

– Hansı gədə?

– Tükəzbanın oğlunu deyirəm. Deyəsən, atası kimi tərsin biridir.

– Elə şey olmaz, a kişi, dünən yolda gördüm, yaman xoşuma gəldi. Deyəsən, mərifətli uşaqdır. Heç inanmazdım ki, dul Tükəzban belə oğul böyüdə.

Kosaoğlu istehza ilə güldü:

– Eləliyinə baxma, şuluq uşaqdır.

– Olmaya aranızda söz olub?

– Yox, - deyə Qurban sakitcə cavab verdi, - hələ heç nə olmayıb.

Amma ağzının havasından görürəm ki, bizimki tutmayacaq. Mən belə fikirləşmirdim.

Bir anlığa aralığa sükut çökdü.

– Bəs necə fikirləşirdin, a kişi?

Kosaoğlu köksünü ötürüb mütəkkəyə dirsəkləndi, ayaqlarını uzadıb yerini rahatladı, sağ əlini qırxıq başında gəzdirdi.

– Doğrusu, yaman diribaş uşaqdır. Elə bil od parçasıdır. Elə ürəyimə yatırdı ki...

O, papirosunu sümürdü. Gözlərini qıyıb otuzluq lampaya baxdi. Sayalı ərinin fikrini başa düşən kimi oldu. Nədənsə Şahnaz gəlib gözlərinin önündə dayandı.

– Düz deyirsən, əyə, birlik olmasa iş yeriməz. İllah da ki, kənd yerində.

– Nə isə, arvad...yer sal yataq. Yaman yuxum gəlir.

Sayali yer saldı. Lampanın piltəsini aşağı çəkdi. Bir azdan Qurban xoruldadı. Sayalı isə gözünü tavana zilləyib, işə necə başlayacağını fikirləşdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, 1

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.

195714 мин
Birinci hissə, 2

Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.

19576 мин
Birinci hissə, 3

Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.

195721 мин
Birinci hissə, 4

Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.

19576 мин

Стихи других поэтов