Şəxsi məsələ
Страница 2 из 5 · 20%
Onlar "baba" dedikcə, Məsum kişinin ürəyi dağ qədər böyüyür.
Fərəhindən yerə-göyə sığmır.
Sən demə, bunlar, bu dadlı təsəvvürlər bir xəyal olaraq yollarda qalacaqmış...
Məsum kişi oğlunun xasiyyətinə və ailəsinə yaxşıca bələd olandan sonra şirin xəyalları, top vurmuş bina kimi sanki gurultu ilə uçub kişinin üstünə töküldülər, qocalıqdan əyilmiş belini kitab kimi daha da bükdülər.
Həpir atasını yazdığı kimi də qarşıladı. Evin tədarük işini ona tapşırdı. Məsum kişi həvəslə oğlunun yeni və xoşbəxt xanimanının təməlini qoymağa başladı. Təəssüf ki, bu sevincli günlər uzun sürmədi, hardansa əsmiş qara bir yelin təsiri ilə sanki, kişinin bütün əməl çiçəkləri soluxmağa, ölüşkəməyə üz qoydu.
Gəlin, aylardan bəri gözlənən o əziz qonaq, Həpirin evinə qədəm qoyan gündən hər şey başqalaşdı. Evin vəziyyəti, yaşayış qaydaları dəyişdi. Həpirin də atasına münasibəti özgə oldu. Mülayim baxışlar söndü. Sonra bu baxışlar etinasızlığa, daha sonra, nifrətə və nəhayət, qəzəbə, ədavətə çevrildi.
Məsum kişi bütün bu gözlənilməz şeylərə susur, səbir edirdi. Onun fikrincə bu müvəqqəti bir haldır. Yəqin işdə, idarədə, ya arvad ilə öz arasında sözü-sovu var. Ovqatı qarışıqdır. Həmişə belə getməz, oğludur, düzələr. Amma deyəsən belə deyildi. Günü-gündən Məsum kişi bu evdə artıq görünür, onun bütün sözləri, hərəkətləri ərin də, arvadın da qəzəbini artırırdı.
Gəlin onu astanadan içəri qoymur, itə atan kimi ona bir parça çörək verib mətbəxə qovurdu. Şübhəsiz ki, belə gözlənilməz, acı və qəribə bir vəziyyətə düşən kişinin ürəyindən qanlar axacaqdı. Lakin bu qanlar axdıqca axır, qurtarmaq bilmirdi. Kişiyə elə gəlirdi ki, onun ümid və arzu ilə bərkiyən qəlbi dərd ilə əriyir, qan olub tökülür.
Məsum kişi nə üçün qayıdıb kəndə, öz köhnə yurduna getmirdi?
Neçə dəfə bu niyyətə düşmüşdü. Amma mümkün deyildi. Bir də kəndə qayıda bilməyəcəkdi. Bunun mühüm səbəbi var idi:
Əvvəla ona görə gedə bilmirdi ki, kənd ilə həmişəlik vidalaşmışdı. Hər şeyini satıb sovmuşdu. Kor-peşman necə qayıtsın? İndi əliboş kəndə qayıdıb kolxoza girmək istəsə, deyəcəklər: "Aşna, öküzü, ev-eşiyi satıb altına vurmusan, bizə kələk gəlmək istəyirsən. Düz adamsan, təsərrüfatın ilə gəl. Əl-qolunu ata-ata niyə gəlirsən?"
Bundan əlavə Məsum kişi ağır bir böhtana da düşmüşdü. Çünki ata oğlu ilə deyişib çıxanda Cənnət xanım da onun dalınca mətbəxə gəldi. Gəldi ki, görsün, kişi doğrudan da yığışıb gedir, ya yox?
Qayınatasının soyunub yatağına girdiyini görəndə, hirsindən, bilmədi nə etsin. Ürəyində dedi: "Xeyr, bu kaftar əl çəkən deyil, asanlıqla bundan yaxa qurtarmaq olmayacaq. Bir çarə lazımdır".
Cənnət xanım o saat çarə düşündü.
Əvvəlcə hirsini soyutmaq üçün mətbəxin lampasını yandırdı. Kişinin gözü qabağında bankadakı ərik qurusunu, yumurtaları, tavadakı boyat kotletləri yığışdırıb evə apardı. Hirsli-hirsli, başıaçıq, o yan-bu yana vurnuxduqca gözaltı hərdən kişiyə baxırdı. Çalışırdı. Çalışırdı ki, o, bütün bunları görsün və anlasın.
Məsum kişinin gözünə yuxu getmirdi və getməyəcəkdi. O, gəlinin bütün hərəkətlərini görürdü.
Gəlin bununla da kifayətlənə bilmədi: "Kəndlinin, tərəkəmənin biridir. Belə şeyləri nə qanır, lap qıpqırmızı üzünə demək lazımdır!".
– Bilmirəm, - dedi, - bu mətbəxdə xörək-mörəyi hansı sancılanmış yeyir. Nə qoyursan, səhərəcən yarı olur. Köpək oğlunun xarabasında gərək soğan-sarımsağı da qıfıla vuraq. Belə də iş olarmı?..
Gəlin bu sözləri bərkdən deyir və Məsum kişinin dillənməsini istəyirdi. Kişi dilləndimi, o saat "atama söydü", - deyə qışqırıb tufan qoparacaq, bu saat evdən çıxmasını ərindən tələb edəcəkdi.
Deyəsən, Məsum kişi Cənnət xanımın niyyətlərini bilirdi. Ona görə də gördüyünə, eşitdiyinə qarşı dözür, cınqırını çəkmirdi. Bu böyründən o böyrü üstə çevrilir, bəzən də yorğanı başına çəkib, bir çox şeyləri eşitməmək üçün öskürürdü.
Olmadı, Cənnət xanımın hirsi soyumadı. Üzüyünü mətbəxdə çıxarıb masanın üstünə, Məsum kişinin toqqasının yanına qoydu və şarappaşarap ilə əl-üzünü yudu.
Gedib evdə qurulandı və bir xeyli güzgü qabağmda dayanıb nə isə düşündü. Sonra yavaş-yavaş gəlib mətbəxdən üzüyünü götürdü. Qapıları bağlayıb otağına çəkildi.
Səhər yerindən qalxandan sonra üzüyünü götürmək bəhanəsilə mətbəxə gəldi. Məsum kişi geyinib oturmuşdu, ac qarına papirosu papirosa calayırdı. Gəlin masaya baxıb Məsum kişidən soruşdu:
– Axşam üzüyü bura qoymuşdum, hanı?
– Görməmişəm, xanım.
– Necə görməmişəm, a kişi, brilyant üzük necə oldu buradan?
– Vallah bilmirəm, xanım.
– Bəs kim bilir, ay kaftar, burada yatan sən, necə "bilmirəm"; üzüyü bəri elə. Bircə bu qalmışdı.
Məsum kişi özünü itirmiş, qızarmış ayağa qalxdı, əllərini açıb andaman elədi:
– Din, iman haqqı, gəlin xaram, mən üzük-zad görməmişəm.
– A kişi, toqqa hanı?
Məsum kişi əli ilə göstərdi:
– Budu, belimdə!
– Bu toqqanı götürəndə bəs üzüyü neynədin?
– Bir oğlumun canı üçün, qızım, heç elə şey olar?
– Sarsaqlama, kişi, sən oğlunu istəyirsən ki, onun canına da and içirsən?
Məsum kişi toqqa məsələsindən şübhələndi. Masanın müşəmbəsini qaldırıb altına baxdı. Döşəməni diqqətlə gəzməyə başladı.
Gəlin şəhadət barmağını masaya döyə-döyə dedi:
– Kişi, bilmirəm hara qoymusan, bu saat mənim üzüyümü verməsən, qiyamət qopardaram. Bu saat üzüyü səndən istəyirəm, bu saat!!! Cənnət xanım mətbəxdən çıxdı. Zəng eləyib idarədən ərini çağırdı:
– Durma, gəl ki, dədən ev-eşiyi taladı!
Həpir evə gəlməmiş Cənnət xanım dizlərinə çırpıb vay-şivən saldı. Yaxın qonşular töküldü. Kimisi yeri-yurdu axtarır, kimisi təsəlli verir, kimisi də gəlinin halına acıyaraq Məsum kişiyə - "bu kobud kəndliyə" nifrətlə baxırdı.
Qəribə burasıdır ki, üzük itdiyinə hamıdan bərk inanan və hamıdan artıq heyifsilənən Məsum kişinin özü idi. O, mətbəxi ələk-vələk elədi. Su qablarına, qaloşların, çəkmələrin içinə, zibil yeşiyinə qədər eşələyib axtardı. Axtardıqca öz-özünə deyirdi:
"Hər bədbəxtlik məni tapar, təki axşam yığışıb cəhənnəm olaydım. Hər kəs məndən görəcək. Yer ayrılaydı mən girəydim, başıma bu iş gəlməyə idi."
Buna görə idi ki, Məsum kişi gedə bilmirdi. Dalanda kürəyini divara söykəyib düşünürdü.
Getsə, düşünə bilərdilər ki, kişi özünə daş-baş, əl-ayaq elədi, kəndə qaçdı.
Gözləyir, haradansa üzüyün tapılacağına, bu böhtanın açılacağına inanırdı.
Qoy Məsum kişi nə düşünür-düşünsün, Həpir ayrı fikirdə idi.
Həpirin yəqini idi ki, bu zırıltıdan sonra atası onun evində qalmaz, baş götürüb gedər, bununla "izbavitsa" olarıq, qalmaqal kəsilər. Hər halda, arvadının səsinə hay vermək, dərdinə şərik olmaq üçün qaş-qabağını tökür, ağzını dalana sarı tutub deyirdi:
– Bu da mənim yaxşılığımdır. Bu da mənim hörmətimdir. Haşa buradan bəzi köpək oğlu məni məzəmmət eləyir ki, atanla belə dur, belə otur, filan!.. Bu atanı dama basdırmaq lazımdır. O saqqalda kişi, evdən, öz gəlinindən oğurluq eləyəndə, daha nə deyəsən. Eybi yoxdur. Qoy itsin, getsin, cəhənnəm olsun, o da, üzük də...
Həpir, "bəzi köpək oğlu" deyə komsomolçu Tahir Əliyevi nəzərdə tuturdu.
Bir-iki ay bundan əvvəl Tahir haradansa Həpirin ailə həyatından xəbər tutmuşdu. Atasının başına nələr açdığını öyrənmiş və iclasların birində qalxıb demişdi.
Həpir özündən çıxdı. Əsdi-coşdu ki, bu, böhtandır, bu, yalandır. Bu, işçinin şəxsi işinə qarışmaqdır. Ata ilə oğul arasına girmək hansı qanunda var? Qərəzə bax ha, indi ev-eşiyimə əl atırlar. Qoymurlar işləyək.
Tahir ona toxtaq verir kimi danışırdı:
– Mayovkaya gedəndə yadındadırım, atana bilmirəm nə aldırmaq üçün pul vermişdin. Arvadın ona itin sözünü dedi. Az qaldım mən dillənəm, yenə özümü saxladım. Hər halda Cənnət xanım sənin ağzını yoxlamamış, o yaşda kişini hörmətdən salmağa cürət etməz.
Verdiyev ayağa qalxdı:
– Yoldaş Tahir, danışırsınız ha, siz nə bilirsiniz mənim atam nə sayaq adamdır? Neujeli, Cənnətin onunla pul haqq-hesabı çəkməyə ixtiyarı yoxdur. A kişilər, neujeli, mən, şəxsi işimdə də sizinlə məsləhətləşməliyəm. Sluşay...
Sədr onun sözünü kəsdi:
– Hər halda, yoldaş Verdiyev, o sənin atandır.
– Ata yəhər qoyub məni minməyəcək ki...
Tahir dedi:
– Guya o kişi səni incidir, hə?
Verdiyev Tahirin üzünə baxdı və tutqun səslə cavab verdi:
– Bilirsiniz necə pis xasiyyəti var!
– Mənə bax, qoca kişidir, avamdır, köhnə adamdır. Demirəm əziyyəti dəymir, amma gərək yola verəsən, atadır, sənə zəhmət çəkib.
– Mənə bir zəhmət çəkməyib.
– Səni böyüdüb bu boya gətirib, elə bilirsən keçmiş zamanda bala böyütmək asan idi?
Verdiyev qolunu tovladı:
– Bu bir zəhmət deyil, böyütməsə daha yaxşı olardı. Məni priyuta verərdilər, əməlli-başlı oxuyardım, indi də tərcümeyi-halımda, yurd uşağı olmağımın böyük köməyi dəyərdi. Daha nəinki kəndçi oğlu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-sexsi-mesele
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.
Qələmdan1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:
Silah qardaşları1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:
Mənim də haqqım varKonduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?
Стихи других поэтов
Badi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Birləşən iki nəhrTarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm