Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Страница 5 из 5 · 80%

5

Bakı Soveti sədri, rəhbərə yazılan ərizə ilə tanış olandan və Məsum kişinin özünü danışdırandan sonra hirsindən dil-dodağını gəmirirdi. Bilmirdi haradan başlasın, Verdiyevi necə tənbeh eləsin ki, ürəyi soyusun.

Verdiyev onların işçisi idi. Həm də komsomolçu idi. Onun tutduğu bu bəd əməldən bütün idarə, komsomol katibindən tutmuş həmkarlar təşkilatçısına qədər, hamısı utanırdı. Sədr Verdiyevi kabinəsinə çağırmışdı. Verdiyev ərklə içəri girib sədrə əl verdi və təklifsiz-zadsız oturdu. Qıçını qıçının üstünə aşırdı. O güman edirdi ki, sədr onu, kim bilsin, hansı idarə işi, ictimai tapşırıq üçün çağırmışdır. "Axı mən komsomolçuyam, inanırlar, saya salırlar..."

Verdiyevin özünü belə saymazyana aparması sədrin acığını daha da artırdı. Sədr zəngi basıb qapıçısına tapşırdı ki, adam buraxmasın. Verdiyev bunu görəndə mühüm və ya xüsusi bir məsələ üçün çağırıldığına inanıb bir az döyükdü və özünü yığışdırdı.

Sədr dedi:

– Verdiyev, səndən material var, deyirlər, alverçilərdən üzük alırsan.

Sədrin sözündən Verdiyevin başı gicəlləndi, gözləri bərəldi. Stulundan qalxıb təzədən oturdu. Heyrətindən ağzıaçıq qaldı, nə isə demək istədi. Sədr davam etdi:

– Bəli, deyirlər, alverçilərdən arvadına brilyant üzük alırsan, doğ- rudurmu?

Verdiyev and-aman elədi:

– Vicdan və məsləkimiz haqqı yalandır, yoldaş Nadir. Mənim arvadımın iki dənə brilyant üzüyü var. İkisini də Mostorqdan almışam. Birini toyda, birini də beş-altı ay bundan qabaq. İstəsəniz...

– Onların kiftansiyası varmı?

– Var, bəli, bu saat istəyirsiniz...

Sədr istədi:

– Lazımdır, gətirin, kiftansiyaları olmasa da, Mostorq malı məlumdur. Bu saat gətirin, sonra danışaq.

Verdiyev yüyürərək gedib evdən üzükləri gətirdi. Cənnət xanım məsələni bilib təşvişə düşdü, geyinib ərinin dalınca yollandı:

– Özüm gedim, görüm bu nə böhtandır. Cənnət xanımı sədrin yanına buraxmadılar. O, qapıda müntəzir və səbirsiz gəzinirdi. Verdiyev sədrin qabağında dayanmış, stolun üstünə qoyduğu üzüklər barədə izahat verirdi.

– Bəlkə sizdə bunlardan başqa üzük olmuşdur. Sonra itib batmışdır.

Verdiyev əlini qətiyyətlə rədd elədi:

– Xeyr, xeyr, bizdə bundan başqa üzük-müzük olmayıb. Biz, vobşe, şey itirən deyilik. Handa qalmış üzük ola.

Sədr zəngi basdı. Məsum kişi içəri girdi. Sədr üzünü Verdiyevə tutdu:

– Bəs deyirlər bu kişi sənin evindən üzük oğurlayıb?

Atasım görəndə Verdiyevdə rəng-ruf qalmadı, elektrik vurmuş kimi qapqara qaraldı. Bütün taqəti getdi. Əl-qolu yanına düşdü. Bədəni od tutub yandı. Üzündən tər axdı. Nadir davam etdi:

– Bunu tamyırsan ki, deyirlər sənin üzüyünü oğurlamışdır?

Verdiyevin gözü alacalandı, dili söz tutmadı. Qorxusundan dizləri əsdi.

Sədr öz yerindən keçib gəldi, Verdiyevin lap qabağında şax dayandı. O, niyyətində tutmuşdu ki, "heç bir cəza ilə ürəyim soyumayacaq, bu vicdansıza bir şillə tutuzduram gərək, mənimki keçib."

Bu fikirlə də Verdiyevin lap gözünün içinə baxdı, sağ əlini cibindən çıxartdı. Məsum kişini göstərib bərkdən soruşdu:

– Tanıyırsan ki?

Verdiyev başını aşağı salıb yavaşdan dedi:

– Atamdır.

Məsum kişi dilləndi:

– Mənim o adda oğlum yoxdur, yoldaş Nadir.

Nadir güclə özünü saxladı, yerinə keçib dedi:

– Verdiyev, doğrusu, mən səndən qorxuram.

Verdiyev məzlum bir səslə cavab verdi:

– Mənim nəyimdən qorxursunuz, yol...

Sədr onun sözünü ağzında qoydu:

– Qorxmalıdır, vicdansız adamdan bir xalq, böyük bir ölkə də qorxmalıdır.

Bunu deyib katibini çağırdı. Komsomol komitəsi katibi Salman da gəldi.

– Yaz, bunun işini şəhər prokurorluğuna göndər. Yoldaş Salman, siz də bunun məsələsini komitədə qoyun. Baxaq görək hansı axmaq buna komsomol kitabçası verib.

Nadir Məsum kişinin qolundan tutub mənzil sektoruna apardı. Sektor naçalniki ayağa qalxdı, sədr ona tapşırdı:

– Yoldaş Rəhim, bu kişiyə nə təhər olsa, sabaha qədər bir otaq düzəltməliyik. Rəhbərin tapşırığı var, elə elə ki, ləngiməsin. Nəticəsini mən bilim.

Rəhim Məsum kişinin familiyasını, ünvanını yazıb götürdü.

Nadir Məsum kişi ilə yenə öz kabinəsinə döndü.

– Əmi, doğrusu, mən xəcalət çəkirəm o binamusun əvəzinə. Hərçənd sənin öz oğlundur. Amma bir yandan da bizim işçimizdir. Bizi biabır edir. Nə isə, Rəhimin verdiyi otağa köçərsən. Prokurorluq da baxacaqdır. Həpirin qazancından sənə çatası ata haqqını hər ay gəlib bizim kassadan apararsan. Ləngidib eləsələr, incitsələr bax, düz bu otağa, öz yanıma gələrsən.

Məsum kişi bilmirdi, sədrə necə, nə dillə razılıq etsin. Onun əlini ovucları arasına alıb bərk-bərk sıxır və ürəkdən deyirdi:

– Sizi görüm, oğul, pis gün görməyəsiz...

Məsum kişi Nadirin əllərini buraxmır, nə isə demək istəyirdi, lakin deyə bilmirdi. O, qızarmış və həyəcanlı gözləri ilə yuxarı baxır, əllərini şimala sarı qaldırıb deyirdi:

– Görüm, ay yoldaş, o Stalini, o kişini, o rəhbəri görüm min yaşasın. Onu görüm dünya durduqca sayəsi başımızdan əskik olmasın. Onsuz bir günümüz olmasın, bala.

Məsum kişinin, öz doğma oğlundan bəlalar, cəfalar görmüş qocanın rəhbərə məhəbbətini, duasını, duyğusunu görən Nadirin gözləri yaşardı. Kişini qucaqlayıb öpdü, öpdü...

Bu dəqiqədə Həpir pərt bir halda küçə ilə gedir. Cənnət xanım da onu təqib edirdi:

– Bəs demədin mənim şəxsi işimdir?

Həpir də qaşqabaqlı soruşdu:

– Prokurorluqda tanışın var?

Üç gün sonra Məsum kişi əlində uzun bir açar xamırgirin qolundan tutub çəkirdi:

– Sənsiz qədəm götürmərəm. Mənim oğlumsan. Mənimlə bir mənzilə köçməlisən, vəssalam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İki səs

Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.

19454 мин
Qələmdan

1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:

194515 мин
Silah qardaşları

1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

194520 мин
Mənim də haqqım var

Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?

19458 мин

Стихи других поэтов